Reklam verin!

Aşura günündə talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçiriləcək

qanverme prossesi

Bu il aksiya yanvarın 19-na təsadüf edir

Bu gün Hicri təqvimlə Məhərrəmlik ayının 2-ci günüdür. Müsəlman aləmində bu ay ağır aylardan sayılır və 40 gün ərzində şadlıq mərasimləri keçirilmir, müxtəlif xeyriyyə aksiyaları təşkil olunur.
Hər il olduğu kimi bu ildə Aşura günündə talassemiyalı şəxslər üçün qanvermə aksiyası keçiriləcək. Bu il aksiya yanvarın 19-na təsadüf edir. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə hər il İmam Hüseyn şəninə qana ehtiyacı olanlara qan verilir. Dindarlar zəncir vurmağı, baş yarmağı şəriətə zidd hal kimi qiymətləndirir. Bunun əvəzində isə Aşura günü Azərbaycan dindarları bu xeyirxah aksiyaya qoşulmağa çağırırlar.


Bu barədə məlumatı İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay verib. Onun sözlərinə görə, Kərbəla hadisəsi fəlsəfi bir  anlamdı. «Biz gənclərə aşılamalıyıq ki, İmam Hüseynin Kərbalada vətən naminə insanların azadlığı və hürr olması naminə vuruşub. Müasir alimlər İmam Hüseynin Kərbala hadisəsini yaxşı mənada azadlıq rəmzi kimi qəbul edirlər».
Hacı bildirib ki, Aşura günlərində özlərinə əzab verməsi yəni baş yarma, sinə döymə, zəncir vurma ilə qan çıxrmaqdansa donor olmaq daha müstəhəb əməl kimi bəyənilir.

Xatırladaq ki, İraqın Kərbala düzündə 71 müsəlmanın qətlə yetirilməsindən 1366 il keçir. 1366 il əvvəl İmam Əlinin oğlu İmam Hüseyn və onun 72 tərəfdarı Kərbala düzündə Yezid İbn Müaviənin ordusu ilə döyüşə çıxıb. Nəticədə İmam Hüseyn və tərəfdarları şəhid olub. O vaxtdan həmin gün, Məhərrəm ayının 10-u, yəni yanvar ayının 19-u Aşura mərasimi qeyd olunur. Məhərrəm ayı 40 gün davam edir. İmam Hüseynin 40 mərasimi fevral ayının 27-ə, Səfər ayının əvvəli isə martın 8-ə təsadüf edir. /ANS TV/

Baxış sayı: 140
Açar sözlər: qanvermə hüseyn matəm mərasim 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 17
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 200
Ümumi hit: 500635





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites