Reklam verin!

“Hüseyni (ə) qarşıda böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcək"

kerbela

Həzrət Peyğəmbər (s.ə.s) dəfələrlə Hüseyni qucağına alıb öpər, ağlayar və belə buyurarmış

Aşura günü bir çox əlamətdar hadisələr baş versə də müsəlmanlar bu günü daha çox Hz. Muhammədin (Ə) nəvəsi imam Hüseynin (Ə) şəhid olduğu gün kimi xatırlayır.


İmam Hüseyn Əleyhissəlam
İmamin şəxsiyyəti
Adı: Hüseyn (ə)
Ləqəbi: Seyyidüş-şühəda
Künyəsi: Əbu Abdullah
Atası: Əli (ə)
Anası: Fatimeyi-Zəhra (s)
Babası: Peyğəmbər (s.ə.s)
Doğum ili: Hicri 4-cü il
İmamlıq müddəti: 10 il
Ömrü: 57 il
Şəhidlik: Hicri 61-ci ildə Yezidin əmri ilə şəhid edildi.
Məzarı: Kərbəlada (İraq)

Təvəllüdü

Həzrət Fatimənin ikinci övladı 4-cü hicri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açıb. Həzrət Peyğəmbər (s.ə.s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızının evinə tərəf yola düşüb. Əziz Peyğəmbərimiz (s.ə.s) körpəni qucağına alıb, sağ qulağına azan, sol qulağına isə iqamə oxuyub. Həzrət Hüseyni (ə) birinci dəfə Allahın adı ilə yaxından tanış edib.
Təvəllüdün yeddinci günü Allah tərəfindən Həzrət Peyğəmbərə (s.ə.s) nazil olan mələk belə dedi: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli (ə) də sənin dostun və qardaşındır. Buna görə də bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcə Hüseyn) qoy”. Beləliklə, Həzrət Hüseyn əleyhissəlamın adı Allah tərəfindən qoyuldu.
Həzrət Peyğəmbər (s.ə.s) dəfələrlə bu uşağı qucağına alıb öpər, ağlayar və belə buyurardı: “Hüseyni (ə) qarşıda böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcək. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar”.

Peyğəmbərin Hüseynə olan məhəbbəti

Həzrət Peyğəmbərin (s.ə.s) əshabından olan Salman Farsi bu barədə belə deyib: “Peyğəmbərin (s.ə.s) oğlu Hüseyni (ə) dizi üstündə oturdub onu öpərkən nəvaziş etdiyini gördüm. Bu zaman həzrət belə buyurdu: Sən imamsan, imamın oğlu və imamların atasısan. Sənin nəslindən doqquz imam dünyaya gələcəkdir ki, onların axırıncısı vəd olunmuş Məhdidir”.
Peyğəmbərin (s.ə.s) Hüseynə (ə) olan sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn (ə) məndən, mən də Hüseyndənəm (ə). Hər kim Həsən (ə) və Hüseyni (ə) sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir”.

Hüseyn (Ə) ata-anasına köməkçi idi

Həzrət imam Hüseyn əleyhissəlam ömrünün altı ilini babası Peyğəmbər (s.ə.s) ilə keçirib. Peyğəmbərin (s.ə.s) vəfatından sonra isə otuz il atası Əli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə atasını müdafiə etmişdi. Necə ki, bir gün Peyğəmbərin (s.ə.s) məscidinə gəlib ikinci xəlifənin babasının minbəri üstündə oturub danışdığını görəndə, Hüseyn (ə) fəryad edib dedi: “Babamın və atamın minbərindən düş aşağı! Ora sənin yerin deyil”.
Atasının xəlifə olduğu bir neçə il ərzində fədakar və yorulmaz bir əsgər kimi İslamı müdafiə edir, eləcə də zalımlar əleyhinə mübarizə aparırdı. Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində o da, qardaşı imam Həsən Müctəba (ə) kimi iştirak etmiş, dəfələrlə atası ilə çiyin-çiyinə düşmənə qarşı döyüşmüşdü. Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və imam kimi qəbul etmiş və özünə verilən sualları qardaşı imam Həsənə (ə) həvalə etmişdi.

İmam Hüseyn (Ə) Müaviyənin dövründə

İmam Həsən əleyhissəlam Müaviyə tərəfindən şəhid edildikdən sonra Əli əleyhissəlamın 46 yaşında olan ikinci oğlu imam Hüseyn əleyhissəlam xəlifəlik və imamət məqamına yetişmişdi.
İmam Hüseyn əleyhissəlam çox yaxşı bilirdi ki, müsəlmanların başına gələn bütün bədbəxtliklər Müaviyə tərəfindəndir və Müaviyə müxtəlif hiylə və planlarla İslamın əsaslarını məhv etmək istəyir. Amma Müaviyə özünü xalqa elə göstərirdi ki, guya, İslam və müsəlmanların halına yanan yeganə adamdır. Buna görə də imam Hüseyn əleyhissəlam onunla aşkar şəkildə mübarizə apara bilmirdi. Çünki bilirdi ki, mübarizəyə qalxarsa, taleyi qardaşının taleyi kimi olacaq. Buna görə də imam (ə) çalışırdı ki, xalqı cəhalət və nadanlıq yuxusundan ayıldıb, tədricən şüurlu adamları öz tərəfinə çəkərək onlardan İslamın mənafeyi naminə istifadə etsin. İmam (ə) hələ mömin şəxslərin tərbiyəsi ilə məşğul ikən, bəzən Müaviyənin əleyhinə də danışırdı. Müaviyə oğlu Yezid üçün xalqdan beyət aldığı zaman, imam Hüseyn əleyhissəlam bu işə qarşı çıxıb Müaviyəyə göndərdiyi məktublar vasitəsilə onu rüsvay etmişdi. Həmin məktublardan bəzilərini qeyd edirik:

1. “Ey Peyğəmbər xəlifəsi olduğunu iddia edən Müaviyə! Sən Əzra çölündə Hicr ibn Ədiyyi və dostlarını öldürmədinmi? Demək, sən qatil və günahkarsan, səni cəzalandırmaq lazımdır və sənin ümmətin rəhbəri olmağa haqqın yoxdur”.
2. “Ey Müaviyə! Sən illər boyu xalqın arasında atası bəlli olmayan Ziyadı öz qardaşın və əbu Süfyanın haramzadə oğlu olaraq tanıtmadınmı? Beləliklə, sən öz ailənin təmiz olmadığını etiraf edibsən. Buna görə də sənin İslam ümmətinə rəhbərlik etməyə haqqın yoxdur”.
3. “Ey Müaviyə! Sənin çirkin əməllərindən biri də budur ki, Yezid adlı səfeh bir cavanı xalqa hakim edib onun üçün camaatdan zorla beyət alırsan. Deməli, sən Allahın dinini xarab edib müsəlmanları oyuncaq hesab edirsən”.
/İSTİOT/

Baxış sayı: 216
Açar sözlər: imam hüseyn kərbala düzü 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 24
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 253
Ümumi hit: 500688





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites