Bu gün Aşura günüdür
Bu gün Aşura günüdür. Bu gün Kərbəla şəhidləri ilə yanaşı, 20 Yanvar, Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar da yad ediləcək. Məscidlərdə bu münasibətlə qanvermə aksiyası keçiriləcək. Bu barədə ölkə axundlarının Göy Məsciddə keçirilən toplantısında qərar qəbul edilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla əlaqədar hazırladığı fitva axundların nəzərinə çatdırılıb. Fitvada bu günlərdə ehtiyacı olanlara qan verilməsinin ən münasib təziyədarlıq olduğu qeyd edilib.
Qazilər Şurasının fitvasında təziyyə günləri dindarlara Aşura mərasimlərinin yalnız məscidlərdə, ibadət ocaqlarında keçirilməsi, matəmin mahiyyətini dərk etməyən azyaşlıların burada iştirakının məqbul sayılmadığı, qan çıxarmaqla özlərinə xəsarət yetirməmək tövsiyyə olunub.
Hacı Allahşükür Paşazadənin sözlərinə görə, "Təzəpir", "Göy Məscid", "Bibiheybət" də daxil olmaqla bir çox məscidlərdə qanvermə aksiyası keçiriləcək. Şeyx bu kampaniyanın bütün rayonlarda yerli icra strukturları ilə birgə təşkil olunmasını tövsiyyə edib./ANS TV/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















