Paris məhkəməsi Məhəmməd peyğəmbərin karikaturasının dərci ilə bağlı işə bu gün yenidən baxacaq. 2006-cı ildə Fransada nəşr olunan həftəllik «Şarli-Ebdo» qəzeti Danimarkanın «Yulands Posten» qəzetindən götürdüyü karikaturaları özünün əlaqələri ilə dərc etmişdi. İslam təşkilatları isə karikaturaların müsəlmanların heysiyyatına toxunduğunu bildirmişdi. Lakin 2007-ci ilin martında keçirilmiş məhkəmə iclasında qəzetin baş redaktoru Filipp Valı rəhbərlik etdiyi nəşrin heç bir cinayətə yol vermədiyi bildirilmiş və məhkəmə ona bəraət vermişdi.
Lakin, Fransadakı İslam Təşkilatları Şurası məhkəmə qərarından şikayət edərək, yerli məhkəmənin müsəlmanları təhqir etmiş baş redaktoru məsuliyyətə cəlb etməyəcəyi təqdirdə Avropa insan haqqları məhkəməsinə müraciət ünvanlayacağını bildirib. Qeyd edək ki, ötən məhkəmədə Filipp Valı bir sıra Fransa siyasətçiləri, o cümlədən Nikola Sarkozi müdafiə etmişdi. Məhkəmə iclasında ifadə verən 14 şahid də baş redaktora dəstək vermişdi.
Bu gün keçiriləcək məhkəmə islasında isə şahidlər iştirak etməyəcəklər. /ANSPRESS/
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





