Naxçıvanda qədim məscidin bərpasına başlanılıb
Memarların fikrincə, bina XVIII əsrə aiddir və inşa edildiyi vaxtdan Cümə Məscidi kimi tanınır
Naxçıvanda XVII əsrə əsrə aid memarlıq abidəsi olan məscidin bərpasına başlanılıb. Bəzi mənbələrə görə, bu memarlıq nümunəsi XVIII-XIX əsrlərdə yaşamış Hüseyn Təbrizinin əsəridir. Hazırda tikilidə təmir işləri aparan bərpaçı-memarların fikrincə isə, bina XVIII əsrə aiddir və inşa edildiyi vaxtdan Cümə Məscidi kimi tanınır.
SSRİ dövründə məscid binası baxımsızlıq ucbatından qəza vəziyyətinə düşmüşdü.
Muxtar respublika Nazirlər Kabineti yanında Elmi Bərpa İstehsalat İdarəsinin sahə rəisi Qoçəli Əliyevin ANS-ə verdiyi məlumata görə, ümumi sahəsi təxminən 1000 kvadratmetr olan məscid binası qədim milli memarlıq üslubunda bərpa edilir və təmirdən sonra məscid Naxçıvan şəhər sakinlərinin ibadət yeri kimi fəaliyyət göstərəcək. /ANS TV/




