Qurani Kərim
Qur'an kəliməsinin mənası oxumaq qiraət etmək deməkdir. Qur'an ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (a.s.) vasitəsiylə son peyğəmbər Məhəmməd (s.a.s) ə endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə ilə başlayıb Nas surəsi ilə bitən ən son səmavi kitabdır.
Qur'anın adları;
Qur'anın yenə Qur'an tərəfindən bildirilən bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qur'andır. Bunların bir qismini misal olaraq qeyd edək:
Əl-Kitab - Qur'anda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.
Ümmül-Kitab - Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.
Əl-Furqan - Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
Əl-Huda - Hidayət edici deməkdir.
Əz-Zikr - Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.
Qur'anın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır.
Ayə
Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Qur'anın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır.
Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməktədir. Nafiyə görə 6217, Şeybəyə görə 6214, Kufəlilərə görə 6236, Misirlilərə görə 6219, Müfəssir Zəməxşəriyə görə isə ayələrin 6666'dır.
Ayələrin Tərtibi
Ayələrin tərtibi, yəni Qur'andakı yeri və sıraları Allah tərəfindən bildirilmişdir. Peyğəmbərimiz (s.ə.s), nazil olan hər ayə və ayələrin hansı surənin harasına qoyulacağını bildirirdi. Vəhy katibləri də onları buna görə yazarlardı. Ayələrin tərtibində heç bir zaman dəyişiklik olmamışdır.
İlk və son nazil olan ayələr
İlk nazil olan ayələrin Alaq surəsinin ilk beş ayəsi olduğu bilinməktədir. Əl-Müdəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yerə aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə Bəqərə surəsidir.
Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə görüş vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğunu iləri sürən alimlər vardır. Bəqərə 278, 281, Nisə, 176; Tövbə 128-129; Nur, 1-3 və Maidə 3.
Ən məhşur olan görüşə görə ən son nazil olan ayə Maidə surəsinin 3-cü ayəsidir.
В«Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə ne'mətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim.В»
Surə
Surə kəliməsi: dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə: Qur'anın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.
Qur'anda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. В«Ey insanlarВ» deyə başlayan surələr Məkkə, В«Ey iman edənlərВ» deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır.
Qur'anın yazılması
Hər ayə və surə nazil olduğunda,Peyğəmbərimiz vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi.
Ömərin (r.a) təklifi ilə Zeyd b.Sabitin başçılığı ilə Əli(r.a), Osman(r.a), Übeyy b.Ka'b (r.a), İbn Məsud (r.a), Əbu Hureyrə (r.a), Əbu Dərda (r.a) kimi səhabələrdən meydana gələn bir komisiya quruldu. Çalışmalar nəticəsində Qur'an bir kitab halına gətirildi. İbn Məsudun (r.a) təklifi ilə Qur'ana Mushaf adı verildi. Bu mushaf Xəlifə Əbu Bəkrin (r.a) yanında mühafizə olunmağa başlandı.
Qur'an elmləri
Qur'anın doğru bir şəkildə təfsir ediləbilməsi üçün lazım olan elmlərə Qur'an elmləri deyilir.
Əsbabul-Nuzul.
Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir.
Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin önəmi böyükdür. Beləki Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürlərdi. Ancaq hər ayənin bir gəliş səbəbi var deyə bilmərik. Əl-Vahidi demişdir: В«Ayənin nüzül səbəbini bilmədikçə, onu tam olaraq anlamaq mümkün deyildirВ»
Nəsih-Mənsuh
Nəsihin lüğət mənası: izalə etmək, yox etmək, dəyişdirmək, nəql etmək deməkdir. Bir termin olaraq isə: Bir ayənin və ya hədisin hökmünün, daha sonrakı bir ayə və hədislə ortadan qaldırmaq mənasına gəlir. Bir başqa tərif də: Dini bir hökmün, başqa bir dini dəlil ilə qaldırılmasıdır.
Nəshedən dəlilə nəsih, hökmü qaldırılan ayə və ya hədisə də mənsuh deyilir. (Təfsir üsulu s.122)
Bir ayədə nəsihlə əlaqəli olaraq belə buyrulur:
В«Biz hər hansı bir ayəni dəyişdirir və ya unutdururuqsa, ondan da yaxşısını və ya bənzərini gətirirk. Sən bilmirsənmi ki, Allah hər şeyə qadirdirВ» !В» (Bəqərə 2/106)
Məsələn В«Haraya yönəlirsiniz yönəlin Allahın qibləsi oradırВ» (Bəqərə 2:115) ayəsini В«Üzünüzü Məscidil Həram tərəfə çevirinВ» (Bəqərə 2:144) ayəsinin nəshetdiyini görürük.
Möhkəm və Mütəşabih ayələr
Qur'andakı ayələrin bir qismi məna baxımından açıq, digər bir qismi də birdən çox mənalı olub, anlaşılması başqa bir səbəbə bağlıdır.
Halal, haram, namaz, oruc kimi əhkamla əlaqəli olan ayələr, məna baxımından açıq olan ayələrdir. Bunlara В«Möhkəm aylərВ» deyilir. Gizliliyi olan ayələrə də mütəşabih ayələr deyilir.
В«Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı ayələr vardır ki, bunlar Kitabın əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır. Qəlblərində sapma meyli olanlar fitnə fəsad törətmək, (istədikləri kimi) izah etmək arzusu ilə oxşar məВ»nalıya uyarlar. Allahdan başqa isə onun izahını heç kəs bilməz. Bilikdə möhkəm olanlar deyərlər: В«Biz ona inandıq, hamısı Rəbbinizdəndir.В» Bunu ancaq ağıl sahibləri anlayarlar. (Ali İmran 37)
В«Bu ayələri möhkəm qılınmış bir kitabdır.В» (Hud 111)
Həqiqət və Məcaz
Kəlimələrin öz mənalarında işlənmələrinə həqiqət, başqa bir mənada işlənmələrinə də məcaz deyilir. Qur'ani Kərimdəki kəlimələr, öz mənalarında işləndikləri kimi, bəzən də məcazi mənalarında işlədilmişdir.
İslam alimlərinin çoxu Qur'anda məcazın varlığını qəbul edirlər. Bəzi alimlər isə Qur'anda məcazın yoxluğunu iddia etmişlər. Çünki məcaz bir şeyin ifadəsində çətinliyə düşüldüyündə başvurulan bir yoldur. Qur'an isə bundan uzaqdır.
Qur'andakı məcaz iki qismə ayrılır:
Əqli məcaz və ya məcaz fi-tərkib. Buna Bəqərə surəsinin 16-cı ayəsini misal gətirə bilərik.
В«Onların ticarəti kar vermədi.В»
Buradakı kar vermədi və ticarət kəlimələri, məcazi mənada işlədilmişdir. Mənası budur : Onların hidayəti buraxıb, dəlaləti seçmələri özlərinə heç bir fayda gətirməz.
Lüğəvi məcaz və ya məcaz-fil-müfrəd. Buna misal olaraq yenə Bəqərə surəsinin 19-cu ayəsini qeyd edə bilərik.
В«Onlar barmaqlarını qulaqlarına soxurlar.В»
Əslində barmaqları qulağa soxmaq mümkün deyildir. Burada barmağın ucu nəzərdə tutulmuşdur. Dolayısıyla bu bir məcazi ifadədir.Peyğəmbərimiz başqası Quran oxuyarkən dinləməyi xoşlayardı.
O (s.a.s) başqasının tilavətindən təsirləndiyi üçün, səhabələrindən Quran oxumağı xahiş edərdi və özü oturub dinləyərdi.
Bir gün Rəsulallah ibn Məsuddan Quran oxumağı tələb edir. İbn Məsud da təəccüblənir. Peyğəmbər (s.a.s) isə Ona (r.a) başqasından dinləməyi xoşladığını anladır. İbn Məsud Nisa surəsindən oxumağa başlayır.
Qurani Kərim Peyğəmbərə (s.a.s) vəhy olunub və məhz Ona (s.a.s) nazil olsa da, O (s.a.s) həmişə Quranı dinləməyi xoşlayardı.
Bir gün də Rəslullah (s.a.s) məscidin yanından keçərkək Əbi Musa əl-Əşarinin Quran oxuduğunu görür, dayanıb ona qulaq asmağa başlayır. Səhəri Rəsulullah (s.a.s) Ona (r.a) deyir: “Dünən görsəydin, mən sənin qiraətinə qulaq asırdım...” Əbi Musa da : “Ya Rəsulallah, bilsəydim ki, mənə qulaq asırdın, (qiraətimi) Sənin üçün daha gözəl (avazlı, təcvidli) edərdim.”
Budur Rəsulullahın dinlədikləri.
Müsəlman qardaşım və bacım! Əsəblərini və hisslərini Rəbbinin kitabını dinləməklə sakitləşdir. Gözəl avazla, təcvidlə və təmiz oxuyan bir qarinin tilavətinə qulaq as, qoy Rəbbinin kəlamını oxusun, sən isə sakitcə bu kəlamı dinlə. Bununla həm Rəbbinin rizasını qazan, həm nəfsinin hiddətini azalt, həm də qəlbin salamtlıq və rahatlıq hiss etsin.
Necə ki, Rəsulullah (s.a.s) Qurani Kərim dinləyərdi. Onun əməli sənin üçün nümunə olsun. Gündəlik bir necə dəqiqə ayır, yaxud səhərdən gecə yatana qədər olan müddət ərzində bir vaxt ayır, qısa da olsa, Quran dinlə. İstər kasetdən, istər CD-dən, istər evdə, istər maşında, istər kompütəerdə və s. Onsuz da həyatın sıxıntısı, dünya problemləri və başqalarının təzyiqi hər gün səni kifayət qədər incidir. Rəbbinin kitabından, kəlamından daha münasib rahatlıq və sükunət tapa bilərsənmi?
“Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (rahat olar)” (ər-Rad, 28)
Tanınmış müsəlman yazıçılarından biri, bir dəfə Avropada səfərdə olur. Gəmidə olarkən həmin gəmiyə Yuqoslaviyalı bir qadın da minir. Titonun zülmündən baş götürüb qaçmış birinə bənzəyirdi. Həmin günü də Cümə olduğundan bu yazıçı gəmidə olan müsəlmanları bir yerə yığır, xütbə verir və namazı qıldırır. Kommunist olan Yuqoslaviyalı bu qadın kənardan onları süzür. İmam namazda ƏLA və ĞAŞİYƏ surələrini oxuyur. Namazdan sonra qadın o yazıçıya yaxınlaşıb nə oxuduğunu soruşur. Yazıçı Allahın kitabından oxuduğunu bildirir. Qadın təəccüblənmiş halda qalır.
“(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.” (əl-İsra, 88)
Quranın həqiqətən qəlbə və ruha təsiri var. Quran həqiqətən insanın daxilinə işləyir. Keçmişimiz, Rəsulullahın davamçıları, səhabələr və tabenlər Qurani Kərimin mənasına dəhşətlənirdilər:
“Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır).” (əl-Həşr, 59)
“Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər).”(ər-Rəd, 31)
“(Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?! ” (əl-Mursələt, 50)
24 saat insan təşviş və həyəcan içində yaşayır. 360 dərəcəli təzyiqdən qısa bir müddət ayrılıb Rəbbinin kəlamını dinləsə, nəfsini, qəlbini və ruhunu bu qüvvənin təsirinə buraxsa, dincələr, beyni rahatlanar və əsəbləri soyuyar.
Biz Rəbbimizin kəlamını dinləməklə dincəlmiriksə və qəlbən fərəhlənmiriksə, bundan üstün nə ola bilər ki, bizi rahatlasın?! Qəribədir ki, bir çox insanlar rahatlığın, dincliyin və xoşbəxtliyin açarı msiqi olduğunu iddia edirlər. Bu münasibətlə kitablar yazır, elmi yığıncaqlar keçirir, musiqinin möhtəşəm təsirindən danışırlar. Kimlər də həyatlarının ən dəyərli və ən xoşbəxt anlarının musiqi olduğunu deyir. Qərb yazıçılarından xoşbəxtliyin və həyəcanı dəf etməyin yolunu musiqidə görurlər.
Rəsulallah (s.a.s) rahatlandmaq və dincəlmək istəyərkən müxtəlif cür nəğmələrə və yaxud müğənnilərə deyil, Qurana qulaq asardı. Allahın kəlamını dinləməklə rahatlıq tapa bilməyən və müsiqiylə bunu əvəz edən müsəlman necə buna səbəblər axtara bilər?!
“Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz).” (Fussilət, 42)
Quranı dinləməyimiz, bununla həzz almağımız və rahatlanmağımız imana Muhəmməddə (s.a.s) tabe olmağımıza dəlalətdir.
Quranla deyil, məhz musiqiylə rahatlıq tapmağımız isə cahilliyimizdən və səfeyliyimizdəndir.
“İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman, 6) Qurani-Kərimin enməyə başladığı, Ramazan ayının son on günün tək günlərindən biri, İslamda ən müqəddəs və fəzilətli gecə Qədr gecəsidir. Qədr gecəsi min aydan daha xeyirlidir. Qurani-Kərimdə bu gecənin fəzilətini bildirən müstəqil bir surə vardır. Bu surədə Uca Allah buyurur:
Bismillahir-rəhmanir-rəhim!
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
(əl-Qədr surəsi / www.quran.az)
Bu gecəyə Qədr gecəsi deyilməsi onun şərəf və qiymətindən irəli gəlir.
Çünki:
- Quran Kərim bu gecədə nazil edilmişdir.
- Bu gecədəki ibadət, içərisində Qədr gecəsi olmayan min aydan daha xeyirlidir.
- Gələn ilə qədər baş verəcək olan hər cür hadisələr Allah Talanın əzəli qəza və təqdiri ilə bağlı mələklərə bu gecə bildirilir.
(Təcridi Sarih Tərcüməsi, VI, 312)
- Bütün olacaq şeylərin hamısı Lövhi-Məhfuada əvvəlcədən yazılıb. Qədr gecəsi isə Lövhi-Məhfuzdan məxluqatın bir illik qədəri təyin edilir. Uca Allah buyurur: “Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur.” (əd-Duxan surəsi 3 - 4-cü ayələr).
- Bu gecədə yer üzünə Cəbrayıl (ə.s) və bir çox mələklər enər.
Bu gecə dan yerinin ağarmasına qədər sabitlikdir, hər cür pisliklərdən uzaqdır. Yer üzünə enən mələklər rast gəldikləri hər bir möminə salam verərlər.
- Qədr gecəsinin hansı gecə olduğu dəqiq olaraq bilinməməklə bərabər ümumiyyətlə Ramazanın iyirmi yeddinci gecəsində olduğu daha ehtimal olunur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bunun qəti olaraq hansı gecədə olduğunu bildirməmiş, ancaq; Siz Qədr gecəsini Ramazanın son on günü içərisində tək rəqəmli gecələrdə axtarın deyə buyurmuşdur.
(Buxari, Leylətül-Qadr, 3, Müslim, Siyam, 216)
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Ubey İbn Kəb (Allah ondan razı olsun) Belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır.”
(Bu hədisi Muslim, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir).
İslam qaynaqlarının bildirdiyinə görə Allah Tala bir çox hikmətlərə dayanaraq Qədr gecəsini və onun xaricində daha başqa günləri də gizli tutmuşdur.
Möminlər bu gecəni qəflət içərisində keçirməməli, ibadət və zikr ilə dəyərləndirməlidirlər. Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur:
Kim Qədr gecəsinin, fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və zikr ilə keçirərsə keçmiş günahları bağışlanar.
(Buxari, Qədr gecəsi 1)
Qədr gecəsinin əlamətləri:
-Həmin gecə sakitlik, əmin-amanlıq olur.
-Möminin qəlbi rahat olur.
-Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)”.
(əl-Qədr surəsi 5-ci ayə).
-Həmin səhər günəş şüasız olaraq çıxır.
Qədr gecəsində nələr edilir:
Qədr gecəsini, namaz qılaraq, Qurani-Kərim oxuyaraq, tövbə edərək, bağışlanma diləyərək, dua edərək keçirmək lazımdır.
Aişə (r.a) demişdir: Peyğəmbərə (səllallahu aleyhi və səlləmə) “Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gəlsəm necə dua edim deyə soruşdum. Rəsulullah (səllallahu aleyhi və səlləm) –
Allahummə innəkə afuvvun tuhibbul affa fafu anni:
-Allahım sən çox bağışlayansan, bağışlamağı sevirsən, mani bağışla deyə dua et buyurdu.
(Təcridi Sarih Tərcüməsi, VI, 31)
Bu gecənin elə bir anı vardır ki, o anda edilən ibadət və dualar mütləq qəbul olar. Bu önəmli anı yaxalamaq üçün gecənin bir hissəsini tövbə və zikrlə keçirmək lazımdır.
Öz mübarək kitabında «Allahın izni olmadan (qiyamətdə) onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər», «De ki: bütün şəfaət yalnız Allaha məxsusdur» sözlərini buyuran Allaha həmd və səna olsun. Allahın qulu və elçisi – böyük şəfaət sahibi Peyğəmbərimiz Məhəmmədə salavat və salam olsun!
Əziz həmvətənlərimiz! Bu risalədə, Allahın izni ilə, cahiliyyə dövrünə məxsus mövhumat və xurafatdan başqa bir şey olmayan, İslama xas edilən mövzunu az da olsa açıqlayacağıq. Bu, bütün ibadət və itaətlərdə Allahın təkliyini iqrar edən şəhadət kəlməsi «Lə iləhə illəllah»la bağlı mövzudur. Cəmiyyətimizdə hələ də baş alıb gedən, hökm sürən dini savadsızlıq, insanların ibadətin müxtəlif növlərində Allahdan qeyrisinə tapınmasına səbəb olmuşdur ki, bu qeyrilər- şəfaətçilər, vasitəçilər və s adlanırlar. Bunu nəzərə alaraq islamda şəfaət mövzusunu açıqlayırıq.
Şəfaət iki cür olur. Onlardan biri məqbul sayılan şəfaətdir ki, Qurani-Kərimdə təsdiq edilmişdir. İkincisi – rədd edilən, qəbul olmayan şəfaətdir. Onu Quran qadağan edir. Şəfaətin əhəmiyyəti uluhiyyə tövhidindən məlumdur. Şəfaət istəyənlərdən çoxları Allaha deyil, digər vasitələrə əl atmaqda ifrata yol vermiş, hədlərini aşmış, öz vasitəçisinə ad vermişdir. Allaha deyil, başqalarına Allahın hüzurunda özləri üçün şəfaət etməsinə görə dua etmişlər və beləliklə, ən böyük şirkə yol vermişlər. Bu onları qəbul olunmuş şəfaətdən uzaqlaşdırmışdır. Adı «Şəfaət» olan bu kitab uluhiyyə tövhidini əhatə edir.
Rububiyyə tövhidini isə Allaha şərik qoşanlar da (müşriklər də) qəbul etmişlər.
Bu kitabın ikinci hissəsində suallara cavablar vasitəsilə şirkin qalan növlərindən bəhs olunacaqdır. Allahdan müsəlman alimlərin, hakimlərin və xalqlarının saleh işlər görməsini, onların haqq sözündə birləşməsini və düzgün yolda olmasını istəyirik. O öz mübarək Kitabında buyurmuşdur: «Doğrudan da Allaha şərik qoşmaq böyük zülmdür!» (Loğman, 31:13).
Allahın qulu və elçisi Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.
Çevirən Elvin Vəliyev və Kamran Ağayev © 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















