1. Etiqadi Problemlərin Meydana Gəlmələ Səbəbləri və Əsas Etiqadi Məzhəblər
A. Etiqadi Problemlərin Meydana Çıxma Səbəbləri
Hz. Peyğəmbər (ə.s.) dövründə mövcud olan mütləq təslimiyyət və inkişaf (böyük ölçüdə davam etməklə bərabər), Onun vəfatından sonra yavaş-yavaş yerini ixtilaflara tərk etməyə başladı. Etiqadi mövzularda meydana çıxan ilk ixtilafları və ilk fikri axınları ələ almazdan əvvəl, bunların çıxışına zəmin hazırlayan səbəbləri maddələr halında sıralayaq.
1) Xilafət çəkişmələri: Peyğəmbərimizin vəfatının ardınca müsəlmanlar xəlifə (dövlət başçısı) seçimi məsələsi ilə qarşılaşmışlar və bu mövzuda ixtilafa düşmüşlər.2) Müsəlmanlar arsında ortaya çıxan iç savaşlar: Üçüncü xəlifə Hz. Osman (v.35-656)ın şəhid edilməsi, daha sonra Cəməl hadisəsi və Sıffin savaşının ortaya çıxışı, müsəlmanlarda böyük təsir yaratmış, bu iç savaşlar həlli çətin olan bəzi əqidə problemlərinin ortaya çıxışına səbəb olmuşdur. Məsələn, iç savaşlarda İslamın böyük günah saydığı adam öldürmə çoxalmışdır. Böyük günah (mürtəkibi-kəbirə) işləyən kimsənin halı iman baxımından necə olacaq? Belə bir adam mömin, kafir, yoxsa fasiqmi sayılacaq? O halda imanın sərhəddi, aidiyyəti və əhatəsi nə olacaqdır? Bundan başqa, qətl feelini işləyən kimsə bu feeli azad iradəsi ilə işləmişdir, yoxsa buna məcbur idi? kimi suallar müzakirə edilməyə başlamışdır.3) Müsəlmanların müxtəlif din və mədəniyyətlərə mənsub millətlərlə əlaqə qurması: İslamiyyət Hz. Peyğəmbər (ə.s.) dövründə Ərəb yarmadasından kənara çıxmamışdı. Peyğəmbərimiz (ə.s.)in vəfatından sonra fəth edilən ölkələrin insanlarının, köhnə din və mədəniyyətlərindən gətirdikləri bir çox inanc və düşüncələri unuda bilməmiş olmaları və ya müsəlman olduqdan sonra da davam etdirmələri ilk fikri axınları meydana gətirən başqa səbəblərdəndir. Bir İslam aliminin sözləriylə bunu belə ifadə edək: "Bu səbəb, məsələlərin doğmasında və icad edilməsində şəxsən rol oynamamış, bəlkə də məsələlərin su üzünə çıxışını tezləşdirmişdir". 4) İslamın insanlar üçün tanıdığı fikir və vicdan hürriyyəti: Qur’ani-Kərimin bir çox ayəti bilavasitə və ya dolayı olaraq oxumağı, saymağı, düşünməyi və beləcə həqiqəti tapıb qəbul etməyi əmr edir. Peyğəmbərimiz (ə.s.)in vəfatı ilə vəhy qaynağının ortadan qalxmasından sonra müsəlmanlar, Qur’an və hədislə bilavasitə qarşı-qarşıya gəlmişlər, bunları açıqlama, təfsir və izah etmə məcburiyyəti hiss etmişlər. Üstəlik, problemi həll etmək, İslamı yaşanan bir din olaraq sürdürmək üçün ayət və hədislərdən hökm çıxarmaq zəruri idi. Ancaq insanların düşünüş və anlayışları fərqli olduğundan fərqli görüşlər və fikir ayrılıqları ortaya çıxmış, beləcə İslamın gətirdiyi fikir azadlığı şəraiti, ixtilafın doğuşundakı amillərdən biri olmuşdur. 5) Fəlsəfənin tərcümə edilərək İslam dünyasında yayılışı.6) Elmsizlik səbəbiylə doğan fikir ayrılıqları: İnsanların Ərəbcəni və bu dildəki qavram və incəlikləri yaxşı bilməmələri, dini hökmlərin məqsədlərini anlaya bilməmələri, ağlın söz sahibi ola bilməyəcəyi mövzularda, onu tək hakim olaraq görmələri kimi səbəblər də bəzi etiqadi problemlərin doğuşuna səbəb olmuşdur.7) Bəzi insanların dini mövzularda şəxsi görüş və arzularına uymaları, dövlət adamlarına və xalqa yaltaqlanmaq, istəklərinə qovuşmaq, hər hansı bir yer və mənfəət əldə etmə düşüncəsi ilə onların arzularına uyğun görüş açıqlamaları və hökm vermələri ixtilafların bir başqa səbəbini təşkil edir.8) Təqlid: Cahil xalqın, gördüklərinə, eşitdiklərinə və adət etdiklərinə uyması, səhv və həqiqətə tərs belə olsa ondan ayrılmaq istəməməsi. 9) Ayət və hədislərin öz xarakterlərindən doğan səbəblər: Ayət və hədislərin bir qisminin, birdən artıq mənaya ehtimalı olması, həqiqi və məcaz mənalarda işlədilmələri, bəzi nassların (mətnlərin) mənası açıq (muhkəm), bəzilərinin açıq olmaması (mütəşabih), mütəşabihləri izahın caiz olub-olmayacağı, izahı caizdarsə, hansılarının izah ediləcəyi kimi səbəblər də etiqadi ixtilafları doğuran səbəblərdir. 10) İnsanların getdikcə peyğəmbərlik nurundan uzaqlaşmaları.11) İlahi qədər: Bütün bu saydıqlarımızın yanında, etiqadi ixtilafların doğuşuna təsir edən İlahi qədəri də unutmamaq gərəkir. Çünki dini bu dərəcə incəlikləri ilə bilən, eyni vəhy qaynağından ilhamlanmış, eyni qibləyə yönələn adamların fikir ayrılığına düşüb qruplaşmalarını insan, İlahi qədərə, alın yazısına bağlamağa məcbur qalır.Hud surəsinin 118 və 119-cu ayətləri də insanlar arasındakı görüş ayrılıqlarının yaradılışdan gəldiyini xəbər verir: "Əgər Rəbbin istəsəydi insanları bir tək ümmət edərdi. Ancaq onlar ixtilafa davam edəcəklər. Ancaq Rəbbinin rəhmət etdiyi kimsələr müstəsna. Allah onları bunun üçün yaratmışdır". Hz. Peyğəmbərin vəfatından sonra xəlifə seçimi mövzusunda ortaya çıxan siyasi ixtilafı, etiqadi olmadığı üçün bir kənara buraxsaq, səhabə dövründə, Əsri-Səadətdə olduğu kimi Əqaidə dair hər hansı bir ixtilaf görülmür. Ancaq səhabə dövrünün sonlarına doğru, Mabəd əl-Cühəni (v. 80-699) ilk dəfə qədər haqqında danışmış və qədəri inkar etmişdir. Daha sonra Qaylan əd-Diməşqi (v.126-643) onun görüşlərini davam etdirmişdir. Hətta Abdullah bin Ömər (v.73-692), Cabir bin Abdullah (v.78-697), Əbu Hüreyrə (v.59-679), İbn Abbas (v.68-687), Ənəs bin Malik (v.93-712) kimi səhabələr onlardan uzaqlaşmışlar və onlara salam verilməməsini, cənazə namazlarının qılınmamasını istəmişlər.İlk etiqadi ixtilaflardan biri də Allahın sifətləri məsələsində meydana çıxmışdır. Cad bin Dirhəm (v.118-736), Qur’anın məxluq olduğunu söyləyərək, Allahın Kəlam Sifətini inkar etmiş, ondan bu görüşü Cehm bin Safvan (v.128-745) alaraq sistemləşdirmişdir. Cehm, bundan başqa qulun iradəsini inkar edərək, cəbr fikrini ortaya qoymuşdur.İç savaşlarda qətl felini işləyən kimsənin halının nə olacağı sualının, imanın tərif və sərhəddi mövzsunda ixtilaflar doğurduğunu əvvəldə qeyd etmişdik. Əgər maddələşdirəcək olsaq, İslam tarixində Əqaid sahəsində meydana gələn ilk ixtilaflar əsasən bunlardır:1) Allah-Taalaya məxsus sifətlər.2) Qədər.3) Böyük günah işləyənin halı.4) İmamət (siyasi ixtilaf).
B. Əhli-Sünnət
Qur’ani-Kərimi və Hz. Peyğəmbər (ə.s.)in səhih hədislərini rəhbər tutan, Allah elçisi Hz. Məhəmməd ilə onun əshabının əqaid (İnanc) mövzusunda təqib etdikləri yolu izləyənlərə "Əhli-Sünnət" və ya "Əhli-Haqq" deyilir. Hz. Peyğəmbər (ə.s.)in hədisdə, qurtuluş tapacaqlarını xəbər verdiyi, "Mənim və əshabımın yolunu izləyənlər" ifadəsinə ən çox yaxınlaşan topluluq, Əhli-Sünnətdir. Həqiqətən”, etiqadi məzhəblərin prinsip və görüşləri incələndikdə görüləcəkdir ki, inanc sahəsində kitab və sünnətə ən çox bağlı qalan, bu iki qaynaqda mövcud inanclara dair dəlilləri İslamın ana prinsiplərinə və ruhuna uyğun bir şəkildə izah edən, xüsusilə nəqlə əsaslanan mələklərə və axirətə iman kimi mövzularda nəqlə təslim olan topluluqlar Əhli-Sünnət topluluqlarıdır. Bundan başqa Əhli-Sünnət, əshabın hamısına hörmət və sevgi ilə bağlı qalmış, onları rəhbər olaraq tanımış, iman mövzusunda onların yolunu izləmişdir."Əhli-Sünnət" adını verdiyimiz topluluqları, bidət və dəlalət (uydurma və sapıq-azğın) sayılan məzhəblərdən ayıran bir sıra xüsusiyyətləri, sahib olduqları müəyyən prinsip və qanunları vardır. Bunları belə sıralaya bilərik: 1) Bütün kainat və hadisələr sonradan olmadır.2) Kainat vəhm və xəyaldan ibarət olmayıb, onun xüsusi varlığı və həqiqəti vardır.3) Kainatın və hadisələrin yaradıcısı, Tək Tanrı olan Allahdır.4) Allah birdir, başlanğıcı və sonu yoxdur. Varlığı zəruridir (Vacibul-Vücuddur). Doğmamış, doğulmamışdır. Zaman, yer və ölçü kimi cisim xüsusiyyətlərindən yüksəkdədir. Ondan başqa Tanrı yoxdur. Yeganə ibadət ediləcək varlıq Odur.5) Allahın əzəli və əbədi olan, Zatından ayrı olmayan, Zatı ilə var olan Sifətləri vardır. 6) Allah, axirətdə möminlər tərəfindən görüləcəkdir. 7) Qədər haqdır, ancaq qul, məcburiyyət altında deyildir. 8) Peyğəmbərlər və onların möcüzələri, vəlilər və onların kəramətləri haqdır, doğrudur. Ancaq heç bir vəlidə və peyğəmbərdə Tanrılıq xüsusiyyəti yoxdur, onlar da insandır. 9) Allahın Kəlamı əzəlidir. Səs və hərf kimi maddi şeylərdən təşkil olunmayıb. 10) Axirət və halları-- cənnət, cəhənnəm, sırat, mizan, şəfaət... haqdır. 11) Peyğəmbərdən sonra ən üstün adam, Əbu Bəkr (r.a.), Ömər (r.a.), Osman (r.a.) və Əli (r.a.)dir. Hz. Peyğəmbər (ə.s.)in əshabı, çox dəyərli və hörmətə layiq adamlar idilər. 12) Əməl İmanın bir parçası deyil. İnandığı halda əməl etməyən və ya günah işləyən kimsə dindən çıxmaz. 13) Bir başçı təyini müsəlmanlara fərzdir. Bunun yolu da şura (seçim) ilədir. 14) İnsanları yaradan, insaların feellərini də yaradan Allahdır. Qul seçən, Allah yaradandır.15) Yaxşılıq edənlərə mükafat, pislik edənlərə cəza veriləcəkdir. Ancaq Allah istədiyi mömin qulların günahlarını əfv edər.16) İslamı qəbul edən və mömin olduqları bilinən kimsələr ancaq bunlardan (aşağıdakılardan) birini etdikdə "kafir" sayılırlar, yoxsa inkarçı sayılmazlar. Bəlkə də bidətçi, azmış və ya günahkar mömin olarlar:a. Allah-Taalanı inkar. b. Ona ortaq və yoldaş tanımaq (şirk).c. Peygəmbərliyi və peygəmbəri inkar. d. Təvatür yoluyla sabit olmuş, hər kəs tərəfindən bilinən və ya bilinməsi gərəkən əsaslardan (zərurəti-diniyyə) birini inkar.e. Haramlığı və ya halallığı dəqiq nassla (ayət və ya mütəvatir hədis) sabit olan halala haram, harama halal deyə inanmaq.Əhli-Sünnət də öz arasında Sələfiyyə, Maturidiyyə və Əşariyyə olmaq üzrə üç qola ayrılır. a) Sələfiyyə
İlk alimlər və ya keçmiş İslam böyükləri mənasına gələn bu termin, iman əsasları ilə əlaqəli mövzularda, ayət və hədislərdəki məlumatlarla kifayətlənib (mütəşabehlər də daxil olmaqla), bunları eynilə qəbul edərək, təşbeh (Allhı məxluqlara bənzətmək) və təcsimə (Allahı cisim sayma) düşməyən, təvil (bir başqa mənaya izah etmə) yoluna da getməyən Əhli-Sünnət topluluğuna verilən addır.Peyğəmbərimizin və səhabələrinin inancda təqib etdikləri yolu doğrudan-doğruya izləyən zümrə, Sələfiyyədir. Tabiun, məzhəb imamları, böyük müctəhidlər və hədisçilər Sələfiyyədəndir. Əşarilik və Maturidilik çıxana qədər, sünni müsəlmanlara hakim idi. Sələfiyyənin ən çox nəzərə çarpan xüsusiyyəti, əqidə sahəsində ağla rol verməmək, ayət və hədislə kifayətlənmək, mütəşabehləri izah etmədən, bunları bilməyi Allaha həvalə etməkdir. Sələfiyyənin mütəşabehlər mövusundakı görüşünə bir misal verək: Cənabı-Haqq bir ayəti-kərimədə "Allahın əli onların əlinin üzərindədir" buyurmuşdur. Sələf, bu ayəti bu şəkildə dəyərləndirir: "Allah-Taala ayətdə "yəd" əlinin varlığını bildirir. Allaın əlinin varlığına inanırıq və bu əldən qəsd olunan mənanı Allaha həvalə edirik, bunu ancaq "Allah bilər" deyərik, üzərində düşünmərik. Başqa bir mənaya da izah etmərik (təvil, təşbeh və təcsimə). Bu mövzuda sualdan da qaçarıq". Sələfiyyənin günümüzdə də müəyyən qədər tərəfdarı vardır. Ümumiyyətlə fiqhdə Hənbəli olanlar, əqidədə Sələfdirlər. Hədislə məşğul olan alimlər də ümumiyyətlə sələf inancını mənimsəmişlər. Günümüzdə dünya müsəlmanlarının demək olar ki, yarısı sələfidir. Ən çox olduqları ölkə Səudiyyə Ərəbistanıdır. Sələf İnancının Əsasları Bunlardır:1) Təqdis: Allahı Zatına, adlarına layiq olmayan xüsusiyyətlərdən münəzzəh qılmaq. 2) Təsdiq: Qur’an və hədisdə Allah necə vəsflənmişsə, o cür qəbul edib inanmaq. 3) Acizliyini etiraf etmək: Ayət və hədislərdə olan Allaahın Sifətləri ilə əlaqəli xəbərləri başa düşməyənlərin, acizliklərini idrak edərək, "Bunları ancaq Allah bilir" demələri lazımdır.4) Sükut: Mütəşabehlər mövzusunda sual soruşmamaq. 5) İmsaq: Mütəşabehlər mövzusunda üzərində dil ilə izah etmək (Təvil). 6) Kehf: Bu cür ayət və hədislərin izahı ilə qəlbən belə məşğul olmamaq, onlar haqqında düşünməmək.
İrfan Abdulhəmid, İslamda Etiqadi Məzhəblər və Əqidə Əsasları (trc. Mehmed Saim Yeprem, İst. 1981), s. 133. Bəkir Topaloğlu, Kəlam Elmi, Giriş, s.19-22, 97-99, 159-163; Əbul-Vəfa Taftazani, Kəlam Elminin bəlli-başlı məsələləri (trc. Ş G,lcük, İst.1980), s. 10-36. Bağdadi, əl-Farq beynəl-Fıraq (Məzhəblər Arasındakı Fərqlər, trc. E.R.Fığlalı, İst.1999), s.21-22. Əşari, Makalatul-İslamiyyun (İst.1930), 1, s. 279-280. Əbu Hənifə, əl-Fıqhul-Əkbər; Hayreddin Karaman, Fıkıh Usulu, İst.1975, s.33-35; Bəkir Topaloğlu, a.k.ə; s.109-112.
men bu fikirdeyemki selefilik ele Islamin ozudur
Sentyabr 3, 2008 12:02