Almaniyanın sabiq baş naziri "Quran"ı əvvəldən axıradək oxuyacaq
Almaniyanın keçmiş baş naziri Helmut Şmit müsəlmanların müqəddəs kitabı "Quran"ı əvvəldən axıradək oxumaq istədiyini bildirib. Keçmiş baş nazir “Die Zeit” qəzetinə verdiyi müsahibədə, "Quran" kitabını tanımadığını və ilk dəfə oxuyacağını bildirib. O, həmçinin "İncil"i ilə "Tövrat"ı da başdan sona qədər oxumadığını etiraf edib və bildirib ki, "Quran"la ətraflı məşğul olmaq üçün daha çox vaxta ehtiyac var.
89 yaşlı Şmit gecələr oxuduğunu, roman və şeir oxumaq üçün isə vaxtı olmadığını deyib. Sabiq baş nazir kitab oxumayanları isə səfeh adlandırıb. /ANS PRESS/
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




