Fitnə törətmə, ey fitnəkar cavan Fitnədir elləri dərd-şərə salan.
Cana məlhəmsə də vəfa, etibar, Fitnəkarlıq edər onu tarımar.
Məhşərin sübhüdü, lağım atma sən, Gizli lağım qazan qorxar sübhdən.
Hiylə—oğurluqdur, xoşsa əvvəli, Oğrunun axırda kəsilər əli.
Hiylənin şişindən qızarır üzün, Qızaran üzvlər şişdəndir bütün.
Nifaq xəstəsisən nə qədər ki sən, Əlac saymaqdan da ziyan görərsən.
Vəfa küçəsində ev tut, yəqin bil: Vəfa mənzilidir ən yaxşı mənzil. |
| GƏNCLƏRƏ NƏSİHƏT | | | Bu gün yoxdursa da kimsədə vəfa, Vəsiyyət edirəm: olma bivəfa,
Çalış az dostluq et, etsən də əgər Dostluqda möhkəm ol, sözdə mötəbər,
Dostu qovanları alma yanına, Yoxsa gözün ağlar sənin halına.
Dostun haqlı vursa birini zinhar, Demək ki, layiqdir, çıxma havadar.
Dostun bir adamı ayaqdan salsa, Ucaltma başını Cəmşid də olsa.
Dost müttəhim edib, kimi etsə rədd, Qardaşın olsa da önünə çək sədd.
Qırsa bir budağı dost hirslənərək, O, cənnət ağacı olsa da əl çək. Dostun əkdiyi gül olsa da tikən, Çıxarıb yerindən onu atma sən.
Özgənin əlilə adam olanlar Dost qədri bilməzlər, nankor olarlar.
İsa düzəldən gil quşdur ki, quşdur, İdris əkən qamış qələm olmuşdur.
Haqq yolunda çalış o qədər ki, həqq Razı qaldığını biləsən mütləq.
İsanı narazı, keşişi məmnun Edəndən olarmı, de, həvvariyyun?
Bir kiçik adama nəvaziş etsən, Sənin böyüklüyün getməz əlindən.
İtə nə rəng vursan itdir, arslandan Qalan sümükləri yeyər hər zaman.
Razılıq etsə də təriflərindən, Naəhlin başını havalatma sən.
Sən onu öydükcə, o lovğalanar, Özünü yoldaş yox ,əmoğlun sanar. Daha boyun qoymaz işə, xidmətə, Lovğalar yabançı olur hörmətə.
Kiçiyə böyüklər ad qazandırar, Şaha xidmət edən bayraq ucalar |
| | TƏMSIL | | Kufəli bir gözəl kor bir əcəmlə Oturub eşqdən edirdi söhbət.
Dedim həmin kora: aldanma qıza, O sənin puluna salmış məhəbbət.
Axmaqlıq ucundan aldanma ona, Belə bir məsəl var, ver buna diqqət;
Eşşəyə dedilər: «buyur toya gəl», Eşşək qah-qah çəkib güldü, nəhayət.
Dedi: «Siz istəyən rəqqas deyiləm, Nə də çalğıçı tək tapmışam şöhrət
Hamballıq etməyə çağırılıram. Su, odun daşımaq lazımdır əlbət». |
|
|
|
Salam ALLAH sizden razi olsun ki bele bir gozel dini sayt acmisiniz men buranin daimi oxucusuyam oki qaldi deqiq bilmirem ancaq mene ele gelirki 2-ci sherin muellifi NIZAMI GENCEVIDI
Fevral 3, 2008 20:05