Həmd Allaha məxsusdur. Allahın salamı və salavatı Onun rəsuluna sallallahu aleyhi və səlləm olsun.
Və sonra:
Şeyx Salih əl-Fovzan bu məqalədə çox gözəl bir məruzə ilə çıxış edir. Məqalədə xəvaric ideologiyası, onun cəmiyyətə və ölkəyə təsiri, həmçinin bunun ortasında pusquda dayanan münafiqlərin iç üzünü ifşa edir. O münafiqlər ki , müəyyən hadisələr və insidentlərdən sonra öz həqiqi “rənglərini” bildirirlər, islama və onun tərəfdarına, arıdıcıllarına qarşı şər arzulayır. Bu dəstələrin hər ikisi-Xəvariclər və Münafiqlər-üçüncü dəstə ilə yanaşı müsəlman ölkələrini tərk edir, müşriklərin ölkəsində sığınacaq axtarır və daha sonra müsəlman ölkələrinə qarşı hilələr hazırlayırlar. Onlardan əl-Misari və Sad əl-Faqihini misal çəkmək olar. Belə ki, onların hamısı ümmətə zərər verənlərdir. Onlar ifşa olunmalı və insanlar onlar haqqında xəbərdar olunmalıdır. Kollektiv şəkildə onlar islama və müsəlmanlara zərər vermək məqsədilə kafirlər tərəfindən istifadə edilərək idarə olunan minik heyvanlarıdır.
Şeyxin bir neçə gün əvvəl dərc edilən sözləri:
Partlayışlar və münafiqlərin halal görməsi
Həmd Allaha, aləmlərin Rəbbinə məxsusdur. Allahın salamı və salavatı əmin peyğəmbərə, peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər onun hidayətinə tabe olanların üzərinə olsun. Və sonra:
Həqiqətən də bu tük ürpədici, vəhşi və qəddar əllər tərəfindən Riyad şəhərində icra edilən partlayış hadisəsi, tövhid ölkəsinin paytaxtında dinə və insanlığa qarşı yönəlmişdir. İslama və müsəlmanlara hücum etmək üçün kafirlər onlardan minik heyvanı kimi istifadə etmişdirlər. Onların bu əməli cahllik, aldadılmış olmaları, pis tərbiyə, cəmiyyətdən təcrid olmaları, faydalı elm əldə etməkdən üz döndərmələri və elmə həqiqi şəkildə yiyələnənlərdən götürməmələri, eləcə də özlərinin batil düşüncələri və passiv görüşləri ilə məhdudlaşdıraraq kifayətlənmələri ucbatından baş vermişdir.
Onların məsələsi elə Xəvaric quldurlarının məsələsidir. O kəslər ki, iki Raşidi Xəlifəsini, Osmanı və Əlini (Allah onlardan razı olsun) qətl etdilər. Həmçinin onların Muaviyə və Amr bin əl-Ası (Allah onlardan razı olsun) və müsəlmanların rəhbərlərindən digərlərini öldürmək istəmələri.
Sözüm budur ki, bizim bu dövrümüzdə bu iyrənc əməl baş verdiyində münafiqlər axır ki dərin nəfəs aldılar və ah çəkdilər. Onlar (münafiqlər) bu əmələ görə məsuliyyəti dinin üzərinə yüklədilər və onların (xəvariclərin) müsəlmanlara və ümumilikdə isə insanlığa qarşı həddinin aşmalarının səbəbidir guya islamdır. Onlar (münafiqlər) Allah onları zəlil etsin, belə deyirdilər: Onların (xəvariclərin) bu əməlləri etməsinin səbəbi Şeyx ul İslam ibn Teymiyyə və Şeyx ul İslam Muhəmməd bin AbdulVəhhab kimi və başqa islam alimlərinin görüşlərini qəbul etdiklərindən dolayıdır.
Baxın görün onlar (münafiqlər) necə də bədbincəsinə pusquda gözləyir və şərri islama, islam alimlərinə nisbət edirlər. Necə ki, Firon etmişdir. Allah təala onlar haqqında buyurur: “Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər”. (Əl-Əraf 7:131)
Həmçinin baxın görün müşriklər necə eyni əməli etmişdirlər. Onlar şər, fəlakətin baş göstərməsini Muhəmməd sallallahu aleyhi və səlləmə nisbət edirdilər. Allah təala onlar haqqında buyurur: “...bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər”.(Ən-Nisə 4:78)
Müttəfiqlərin (əhzab) yürüşündə müsəlmanlar başına bəla gəldiyi zaman münafiqlər eyni cür hərəkət etmişdirlər. Allah təala buyurur: “O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir” – deyirdilər”. (Əl-Əhzab 33:12)
Həmçinin müsəlmanlar barəsində onlar Əl-Bədr döyüşündə bu cür demişdirlər: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” – deyirdilər”. (Əl-Ənfəl 8:49) və həmçinin Uhud döyüşündə demişdirlər: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər”. (Ali-İmran 3:154)
Bundan dolayı zamanımızda münafiqlərin cərəyan edən hadisələr ilə əlaqədar söylədikləri onların sələflərinin (əcdadlarının) əvvəl baş verən hadisələrə dair söylədiklərindən başqa bir şey deyildir. Hər bir millətin mirasçısı vardır.
Əlbəttə, islam dini istənilən forma və şəkildə həddi aşmağı qadağan edir. Uca Allah buyurur: “Həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!”. (Əl-Maidə 5:87). Həmçinin Rəbbimiz buyurur: “Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!”. (Əl-Maidə 5:8)
O fəsadçılar, korlayanlar, xuliqanlar öz dağıdıcı, zərərli ideologiyalarını onlardan qabaq olan Xəvaric Qulduralarından mənimsəmişdirlər. Onlar bunu islam üzərində başlamışdırlar. İndikilər bu idelogiyalarını zəlalətə çağıranlardan əldə etmişdirlər. Rəsulullah sallallahu aleyhi və səlləm onları “Cəhənnəmin qapılarına çağıranlar, kim onlara tabe olsa, onlar onu ora atacaqlar” kimi vəsf etmişdir. Sonra belə soruşdular: “Ey Allahın Rəsulu! Onları bizə vəsf et”. O dedi: “Onlar bizimlə eyni nəsildən olub, bizim dilimizdə danışacaqlar...”.
Və bu münafiqlər zəruri dost (əl-vələ) və düşmən (əl-bəra) anlayışının ləğv olunmasını istəmişdirlər. Halbuki bu iki anlayış islamın ən güclü dayaqlarındandır. Onlar yaxşılığı əmr edib pislikdən çəkindirmək əmrini ləğv etmək istəmişdirlər. Halbuki bu iki prinsip islam cəmiyyətinin davam etməsinə zəmanət verir. Onlar həmçinin Allah yolunda cihad etmək məsələsini də ləğv etmək istəmişdirlər. Bu isə islamın zirvəsidir. Həmçinin şəriət tərəfindən zəruri hesab edilən sevgiyə dair istənilən oxşarlığı islam mənhəcindən təmizləmək istəmişdirlər. Onlar kafirləri və müşrikləri sevməyə, onlar ilə müsəlmanlar arasında fərq qoymamağa dəvət etmişdirlər. Elə isə onlar görəsən müsəlmanlar üçün daha hansı nicat yolları qoymuşdurlar ki?
Həqiqətən, onların bu iyrənc sözləri söyləmələrinin səbəbi islam və onun əhli haqqında anlayışlarının məhdud və dar çərçivədə olmasıdır. Onlar (münafiqlər) üçün fürsət yarandığında islama və müsəlmanlara qarşı düşmənçilikləri və həsədləri üzə çıxmışdır. Necə ki, Allah təala onlar haqqında buyurur: “Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir!”. (Muhəmməd 47:30) Bununla belə onların halı, vəziyyəti elə onların əcdadlarının halı kimi rəzillik, alçaqlıq olacaqdır. Onlar özlərindən başqasına zərər vermirlər. Allah təala buyurur: “(Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir”. (Ali-İmran 3:119)
Və əlbəttə ki, bu şiddətli çətinliklər və müsibətlər müsəlmanların dində sadəcə möhkəm olmalarını və Peyğəmbərinə sallallahu aleyhi və səlləm, alimlərinə, hidayət imamlarına və qaranlığı, zülməti nurlandıranlara itaətlərini daha da artırır. Bu alimlərdən Şeyx ul-islam İbn Teymiyyə və Şeyx ul-İslam Muhəmməd ibn AbdulVəhabı misal göstərmək olar. Onların hər ikisini münafiqlər ekstremizm və həddini aşma ilə vəsf etmişdirlər. Və bu minvalla (münafiqlər) kor olduqlarından dolayı, onlar xeyir və hidayət mənbələrini, şərr və aldanış mənbələri saymışdırlar. Necə ki, onların əcdadları Peyğəmbərlərə (şər, fəsadlı nəticələri onlara nisbət etməklə) və onların ardıcıllarına qarşı sui zənndə (pessimist) olmuşdurlar.
Şair buyurur:
Xəstə gözlərə de ki, günəşin də gözləri var
Görürsünüz o gözləri batdığında və doğduğunda
Bağışlayın o gözləri ki, Allah nurunu almışdır
Dərk etmədən xəstəliyə bulaşmasınlar
Həqiqətən də, məhz bəsirətin kor olması insana batili haqq olaraq tanımasına və haqqı isə batil kimi tanımasına səbəb olur. Bu insanları biz tövbə etməyə və hidayət yoluna dönmələrinə, dillərini qorumalarına dəvət edirik. Əks halda onlar özlərindən başqalarına zərər verə bilməyəcəklər. İslamın Rəbbi var və o Rəbb onu qoruyacaqdır. Alimlərin Rəbbi var. O Rəbb onlara kömək edəcəkdir. Allah təala buyurur: “Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar”. (Əl-Buruc 85:8)
Ey hörmətli oxucu! Bu ayrılıq deyil ki, mənim nitqimdə kobudluq müşahidə edilsin. Çünki həqiqətən də o insanların nitqi daha kobuddur və o sözlərin müəllifi daha ədalətsizdir. Allah bizə kifayətdir. Təvəkkül etmək üçün O necə də nöqsansızdır.
Həmçinin köksləri genişləndirən və onu məmnun edən, qəlbə rahatlıq verən cavablardan biri də hörmətli Daxili İşlər Naizirinin (Allah onu mühafizə etsin) o insanlardan birinə verdiyi cavabdır. Belə ki, həmin kəs yaxşılığı əmr edib, pislikdən çəkindirmə komitəsinin ləğv olunmasını təklif etmişdir. Nazir isə ona cavabında belə demişdir: “Yaxşılığı əmr edib, pislikdən çəkindirmək bu ölkədə islam qaldığı müddətcə qalmağa davam edəcəkdir. Nazirin cavabı birbaşa, doğru cavab idi. O öz həlledici cavabında doğru və uğurlu olmuşdur. Çünki həqiqətən də, bu dövlət islam və onun dayaqları üzərində bina edilmişdir. Bu dayaqlar arasında yaxşılığı əmr edib, pislikdən çəkindirmək var. İslamın dayaqları üzərində inşa edilən bu dövlət yalnız onun dayaqlarınının qalması ilə davam edə bilər.
Ey Allahım! Dinimizi və əmin-amanlığımızı, ölkələrimizdə sabit qərar tumağımızı üçün mühafizə et və günahlarımıza görə Səndən qorxmayan və bizə mərhamət göstərməyənlərə bizim üzərimizdə hökmranlıq etməyə imkan vermə. Aşkar və gizli fitnələrin şərrindən bizi xilas et. Və bizim üzərimizdə hökm verənləri mühafizə et. Onların islahı, müsəlmanların islahı üçün onları o işlərində müvəffəq et.
Ey Allahım kimlər ki, bizə, islama və müsəlmanlara şər qəsd edir, istəyir, onu öz nəfsi ilə məşğul et və onun hiyləsini öz başına çevir. Həqiqətən də Sən hər bir şey üzərində Qüdrət, Güc sahibisən. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmə, onun ailəsinə və səhabələrinə olsun.







Salam. Maraqlı bir fakt orasındadır ki, günümüzdə Allahın hökmü ilə hpkm verməyənləri təkfir edənləri "xəvaric", "xəvaricin quyruqları" , "münafiqlər" kimi vəsf edirlər.
Ən acınacaqlı hal isə bu gün Allahın kitabına və Səhih sünnəyə deyil, hər hansı bir alimin fətvaları üstünlük təşkil edir. Və hər kəs öz boynundan məsuliyyəti kənəra atmaq üçün müəəyən şeyxlərin fətvalarını dəlil gətirillər. Və beləliklə də təqlid yolunu titub Allahın dinindən ayrılırlar.
Məyər Allahın Kitabında, Allahın hökmü ilə hökm verməyənlər kafir, zalım, fasiq kimi vəsf olunmurmu? Bəs nə üçün bu tip insanları təkfir edən müsəlmanalra günümüzdə "xəvaric" damğası vurulur?
Amerikan ordusun İrakda törətdikləri o azğınlığa göz yuman "şeyxlər" nə üçün xütbələrdə və fətvalarında bunu qeyd etmillər?
Ən dəhşətli hal isə odur ki bu gün özləri şeyx adlandıranlar ancaq "xevariclikdən" danışıllar. Xəvaric sözü xaric sözündəndir. Lakin özləri də düşünmüllərki kafirlərlə mücadilə edənlərə xəvaric və münafiq deməklə özləri İslamdan xarc olub, xəvaric olurlar.
Lap tutaq ki, onların dedikləri xəvaricdir. Məyər xəvariclər müsəlman deyillər? Hz Əliylə vuruşan xəvaricləri məyər İslam qaydasında dəfn etmədilər? Bəs nə üçün Hz Əli onunla vuruşan xəvariclərin mallarını halal bilib qənimət kimi götürmədi? Çünki xəvariclər səhv düşüncəli bir müsəlmanlar idilər. Qurani düzgün anlamamışdılar. Əgər kafir olsaydılar Hz Əli onların mallarını halal bilib qənimət kimi götürərdi. Lakin bu gün "şeyxlər" xəvaric bildikləri müsəlmanları münafiq adlandırıllar. Məyər Allahmı şeyxlərə vəhy etdi onların münafiq olduqlarını? Yoxsa münafiqin kafirdən də pis olduquğunu bilmillər?
Nəysə....Mən təccüb edirəm Quranı tərk edib "şeyxlərin" özlərini rəhbərlərə yaxşı göstərməsi üçün verdiyi fətvalara uyanlara və onların fətvalarını dinləyib yayanlara..
Fevral 5, 2008 12:31