Sənəd gələn həftə parlamentin iclasında səsə qoyulacaq
Təklifə görə, Konstitusiyanın “Hamı qanun qarşısında bərabərdir” başlıqlı 10-cu bəndində bu düzəliş ediləcək: “Dövlət orqanları və idarəetmə strukturları öz fəaliyyətində hamının qanun qarşısında bərabər olması prinsipindən çıxış etməlidir”. Konstitusiyanın təhsil və bilgi almaq hüquqları haqda 42-ci maddəsi isə düzəlişdən sonra bu cür oxunacaq: “Qanunda açıq şəkildə göstərilməyən hər hansı səbəblə heç kim ali təhsil almaq hüququndan məhrum edilə bilməz. Bu hüquqdan istifadənin sərhədləri yalnız qanunla müəyyən edilir”.
Təklifə görə, ölkənin ali təhsil haqda qanununda da düzəliş olunacaq. Orada tələbələrin universitetlərə başlarını çənələrinin altından bağlamaq şərtilə daxil olmaq hüququ təmin edilir. Lakin klassik formada hicab və çadra ali məktəblərdə yenə də qadağan ediləcək. Gözlənilir ki, düzəlişlər gələn həftə parlamentin ümumi yığıncağında səsə qoyulacaq.
MHP düzəlişlərə dəstək verdiyinə görə onun üçdə iki səs çoxluğu ilə keçəcəyinə şübhə yoxdur. Xəbər verildiyi kimi, ali məktəb rektorları baş örtüsü qadağasının götürülməsinə sərt şəkildə qarşı çıxıb və bunu Türkiyə Cümhuriyyətinin təməl dəyərlərini sarsıdan addım kimi qiymətləndirən bəyanat qəbul ediblər. Lakin baş nazir Rəcəb Tayyib Ərdoğan rektorların etirazına məhəl qoymayıb. O, jurnalistlərə açıqlamasında “rektorların reflekslərini ortaya qoyduğunu” deməklə kifayətlənib. Mətbuatın yazdığına görə, bir sıra qeyri-hökumət təşkilatları baş örtüsü qadağasının götürülməsinə qarşı ölkədə etiraz aksiyaları təşkil etməyə hazırlaşır.
F.MƏMMƏDOV
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





