Reklam verin!

NƏZİR

esmailhusna-nezirTərifi:
Nəzirin icazəli olması:
Nədənsə asılı nəzir etməyin qadağan olunması:
Hansı hallarda nəzir doğru və ya qeyri məqbul sayılır?
Nəzir edib, nəzirini yerinə yetirməkdə aciz olan:
Nəzir edəndən sonra vəfat edən:


NƏZİR
Tərifi: Nəzir sözünün kökü "əl-İnzar" sözüdür. Bu söz ərəb dilində, xəbərdarlıq etmək, qorxutmaq mənasını verir.
Şəriət istilahında isə, hansısa işin baş verməsinə görə vacib olmayan bir şeyi özünə vacib etməkdir.


Nəzirin icazəli olması:
Uca Allah buyurur: «(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin...»[1].
Digər ayədə isə belə buyurur: «Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və qədim evi (Kəbəni) təvaf etsinlər!»[2]
Uca Allah başqa bir ayədə nəzir edib nəzirini yerinə yetirənləri mədh edərək demişdir: «Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, etdikləri nəziri yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar»[3].
Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin. Kim Allaha asi olmağı nəzir edibsə, asi olmasın»[4].
 
Nədənsə asılı nəzir etməyin[5] qadağan olunması:
Abdullah ibn Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəzir etməyi qadağan etmiş və demişdir: «Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq onunla paxıldan mal çıxarılır»[6].
Səid ibn əl-Haris, İbn Ömərdən (Allah ondan razı olsun) belə eşitdiyini deyir: «Məgər onlara nəzir etmək qadağan olunmayıb? Həqiqətən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq nəzirlə paxıldan mal çıxarılır»[7].
 
Hansı hallarda nəzir doğru və ya qeyri məqbul sayılır?
Allaha yaxınlaşmaq üçün deyilən nəzir doğru və məqbul sayılır, onu vermək vacibdir. Aişənin: «Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin!» – hədisi, buna dəlalət edir.
Asilik üçün edilmiş nəzir məqbul sayılmır. Amma buna görə and kəffarəsi vermək vacibdir.
Aişə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Asilik üçün edilən nəzir məqbul sayılmır. Belə nəzirin kəffarəsi andın kəffarəsi kimidir»[8].
Mübah işlər üçün edilən nəzirlər sayılmır və buna görə kəffarə də yoxdur.Buna, piyada həcc etməyi, yaxud günəşin altında dayanmağı və s. bu kimi işləri nəzir deməyi misal olaraq göstərmək olar.
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir kişinin oğlanlarına dirsəklənərək onların köməyi ilə çətinliklə getdiyini gördü və soruşdu: Ona nə olub? Oğlanları dedilər: Ey Allahın elçisi, onun nəziri var. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Ey qoca, miniyinə min. Allahın sənə və sənin nəzirinə ehtiyacı yoxdur»[9].
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkədə, günəşin altında dayanmış bir kişi ilə qarşılaşdı və dedi: Bu nədir? Orada olanlar dedilər: O, oruc tutub gecəyə qədər kölgədə dayanmayacağını, danışmayacağını və oturmayacağını nəzir edib. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Ona deyin, "qoy danışsın, kölgədə dursun, otursun və orucunu davam etsin"[10].
 
Nəzir edib, nəzirini yerinə yetirməkdə aciz olan:
Kim itaət olan bir şeyi nəzir edib, nəzirini yerinə yetirməkdə aciz olarsa and içmək kəffarəsi verməlidir.
Uqbə ibn Amir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Nəzirin kəffarəsi andın kəffarəsi kimidir»[11].
 
Nəzir edəndən sonra vəfat edən:
Kim nəzir edib nəzirini yerinə yetirmədən öncə ölərsə, qəyyumu onun əvəzinə nəziri yerinə yetirir.
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Səd ibn Ubadə (Allah ondan razı olsun) anasının nəzirə niyyət edib, sonra vəfat etmə səbəbi ilə nəzirini yerinə yetirməməsi haqqında Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu. O isə belə dedi: «Onun əvəzinə nəziri sən ver»[12].
 
*     *    *


[1] əl-Bəqərə: 270.
[2] əl-Həcc: 29.
[3] əl-İnsan: 7.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6565. Buxari: 11/ 581/ № 6696. Əbu Davud: 9/ 113/ № 3265. Tirmizi: 3/ 41/ № 1564. Nəsai: 7/ 17. İbn Macə: 1/ 687/ № 2126.
[5] Məsələn, kimsə deyir ki, əgər oğlum bu il evlənərsə bu qədər sədəqə edəcəyəm və s. bu kimi nəzirlər asılı, yəni hansısa işdən asılı nəzir sayılır. (tər.)
[6] Buxari: 11/ 576/ № 6693. Müslim: 3/ 260/ № 1639. Əbu Davud: 9/ 109/ № 3263. Nəsai: 7/ 16.
[7] Buxari: 11/ 575/ № 6692. Müslim: 3/ 261/ № 1639. Əbu Davud: 9/ 109/ № 3263. Nəsai: 7/ 16. Onun rəvayətində İbn Ömərin öz sözü yoxdur.
[8] Hədis səhihdir. əl-İrva: № 2590. Əbu Davud: 9/ 115/ № 3267. Tirmizi: 3/ 40/ № 1562. Nəsai: 7/ 26. İbn Macə: 1/ 686/ № 2125.
[9] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1005. Müslim: 3/ 1264/ № 1643.
[10] Hədis səhihdir. əl-İrva: № 2591. Buxari: 4/ 276. Əbu Davud: № 3300.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 4488. Müslim: 3/ 1265/ № 1645. Nəsai: 7/ 26.
[12] Müslim: 3/ 1260/ № 1638. Rəvayətin mətni onundur. Buxari: 11/ 583/ № 6698. Əbu Davud: 9/ 134/ № 3283. Tirmizi: 3/ 51/ № 1586. Nəsai: 7/ 21. İbn Macə: 1/ 689/ № 2132.

ABUBAKR MESCIDI

© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com

Baxış sayı: 177
Açar sözlər: abubakr-mescidi.com nezir nəzir 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 20
Keçən ayın hiti: 103186
Dünənki hit: 3088
Bugünki hit: 2119
Ümumi hit: 677816





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites