Köməyimiz və dəstəyimiz artır
Bismillah. Allaha çox şükür, tərif, həmd və sənalar olsun. Onun göndərdiyi bütün peyğəmbərlərə və onlara tabe olub yolları ilə gedənlərə də salam olsun. Biz müsəlman bir xalqıq. Azərbaycan xalqı islam dininin ilk dövrlərində bu ən doğru və ən səhih dinlə tanış oldu və islamı qəbul etdi. Bunu cahil və tarix oxumayanlar dana və ya gizlədə bilərlər. Amma elmi olub ağılla düşünənlər çox gözəl bilirlər ki, islamın ilk dövrlərindən Azərbaycan xalqı həqiqətən də islamı necə var, eləcə də mənimsəmişlər. Həqiqətən də Azərbaycana islam xəlifə həzrəti Ömərin dövründən gəlib çatmışdır. Lakin, doğrudan da xalqımız bir çox yad dinlərin və güclü dövlətlərin əsarətində dinindən, dilindən, milli adət-ənənələrindən uzaqlaşdırılmışdır. Təbiidir ki, islam dinindən başqa bir çox batil və əsası olmayan dinlər də bizim millətimizə sirayət etmişdir. Amma biz çoxluqla özümüzü müsəlman hesab etmişik və hal-hazırda da müsəlman olduğumuzu qeyd edirik. Müsəlman, bilməlidir ki, və bilir ki, Allah təala Qurani Kərimdə buyurur: “Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, 2 - İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? 3 - Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)[1]”. Bu inancda olan biz müsəlmanlar Allaha olan bağlılğımızla və səmimiyyətimizlə tarix boyu bütün çətinliklərdən çıxıb indiki şəraitə gəlmişik. Amma çox vaxt bu həqiqətdir ki, dinimizdən, dilimizdən, milli adət-ənənələrimizdən, doğru-dürüst keçmişimizdən yad ellilər tərəfindən uzaqlaşdırılmış, təzyiqlərə məruz qalmışıq və hələdə bu təzyiqlər və düşmənlik tarix boyu olduğu kimi, indi də davam edir. Allah təalanın bizə bəxş etdiyi öz doğma torpaqlarımız işğal altındadır. Lakin torpağımızı əsarətdə saxlayan düşmənlərimiz torpaqlarımızı əsarətdə saxlamaları ilə yanaşı batil, qeyri dəqiq, səhv, yalan, uydurma iddialar qaldıraraq bizim torpaqlarımızı mənimsəmək istəyirlər və buna da nail olurlar. Amma “Allah təala heç vaxt haqqı nahaqqa verməz” deyib bizim xalq, bizim millət. Bu söz əlbəttə çox yerində deyilən bir sözdür. Amma bu sözün arxasında durub öz doğma torpaqlarımıza, dinimizə, adət-ənənələrimizə sahib çıxmalıyıq. Biz də bu istiqamətdə birlik nümayiş etdirməıliyik. Niyə də etməyək? Niyə də haqsızlığa yol verib haqqımzı tələb etməyək? Niyə? Bizi də bu sual düşündürdü. Ona görə də qərara gəldik ki, düşmən əsarətində olan, amma ən gözəl vətənimizin ən səfalı, çaylı bulaqlı, laləli bənövşəli, kəhrizli bir diyarına aid bir kiçik xatirə yaratmayaq? Buna görə də gözəl Qarabağımızın bir diyarı olan Zəngəzurun səfalı yerində, iki çay arasında yerləşən Qubadlımızın saytını yaratmağa qərara gəldim. Hələlik blogunu yaratdım və siz oxucuların ixtiyarına verdim. Sonra isə rəsmi böyük saytını yaratmağı düşündüm. Bu işdə günü-gündən dəstək və kömək gözlədim. Gözləməyim və əziyyətim əvəzsiz qalmadı. Blogum hazır olandan sonra mənə müxtəlif yerlərdən dəstək gəldi. Xalqımız məni alqışladı. İctimai televiziya məni Qubadlının işğal günü öz efirinə dəvət etdi. Baxmayaraq ki, mən sayt barədə bir söz demədim. Amma çıxış etdim və tezliklə Qarabağımızı alacağımıza inandığımızı bildirdim. Təbiidir ki, cənab ali baş komandan İlham Əliyevin hər əmrinə və göstərişinə biz gənclərin hazır olduğunu bildirdim. Təbiidir ki, biz hamılıqla çox istərdik ki, Qarabağımız işğaldan sülh yolu ilə azad olunsun, amma lazım gələrsə və ali baş komandan əmr edərsə müharibə yolu ilə də olsa torpaqlarımızı almağa bir gənc kimi gənclərin adından deyə bilərəm ki, biz hamımız hazırıq. Ola blər hansısa sözümə görə məndən narazı qala bilərsiniz. Amma mən bütün xalqa müraciət edirəm gəlin bu işlərdə bir-birimizə kömək edək. Ən kiçik bir köməyi belə bir-birimizdən əsirgəməyək. Biz Ans Tv-nin prezidenti cənab Vahid Mustafayevə ANSPRESS saytının forumunda bizə material verməsi üçün müraciət etdik. O da razılıq verdi və aidiyyatı olanlara göstəriş verdi. Biz indi əsasən hər bir fərddən dəstək və kömək gözləyirik. Planlarımız və təkliflərimiz böyükdür. Ona görə də bir zəngi belə çox görməyin və bir təşəkkürü belə əsirgəməyin ki, biz tezliklə həm Qubadlımızın saytını hazırlayaq, əlaqələri birləşdirək. Gəncləri bir, yalnız bir istiqamətlə, Ali Baş Komandanın doğru istiqamətinə, hədəfinə yönəldək. Ümid edirəm ki, məni çox səmimi və vətənpərvər kimi qəbul edib, köməyinizi əsirgəməyəcəksiniz. Mən həmçinin bütün kütləvi informasiya vasitələrini də bu işdə köməyə çağırıram. Hər birinizə yazılarımı oxuduğunuz üçün təşəkkür edirəm. Çox istəyirəm ki, mənimlə əlaqə saxlayasınız. Hər birinizə həyatınızda və işlərinizdə uğurlar arzu edirəm. Mənimlə əlaqə saxlamağınızı gözləyirəm. Allaha əmanət olun. Ən gözəl yerlərdə olun. Qubadlının saytına dəstək olun.
[1] əl-Əsr (Axşam çağı) surəsi
Əkrəm Həsənov Əlaqə üçün: tel: (050)336-51-24 Mail:garibekrem@hotmail.com MƏNBƏ: QUBADLİ




Salam. Duzu Qubadliya boyuk sevgim var Qubadlilara da hormetim. Ama bu bloqu erlesdirsem dusunecekler ki yerlicilik edir.ve.s Islam umumi deyer olduqu ucun bloqla tanis olaram ve sonra qerar vererem...Sohbet otaqi ise yene de baxaram. eger seviyyeli sohbetlerin sahidi olsam calisaram ki yerlesdirim..Bloquma kecid verdiyiniz ucun de tesekkurumu bildirirem. Men size Qubadli haqqinda melumat vere bilerem. Insallah danisariq.
Fevral 7, 2008 2:09