Müsəlmanların forumu! Rüşvətlə işə girmək olarmı?
Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, martın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!
Hörmətli müsəlmanlar! ALlah rizası üçün, dininizi öyrənmək üçün suallarınızı verin!
Əssələmu aleykum üa rahmatullahi üa barakatuhu
1. Əgər valideynlərim istəyim xaricində məni rüşvətlə işə düzəltsələr (belə ki, indi məktəblərdə rüşvətsiz işə götürmürlər), ordan aldığım maaş halal sayılır? Qeyd edim ki, bu iş bir az da dövləti aldatmaq kimi bir şeydir. Yəni məktəbin tərkibində guya dərnək açırlar, amma müəllim ayda bir dəfə gedir, ya getmir. Hər ay da buna görə maaş alır.
2. Əgər bir insan təkəbbürlüdürsə, amma belə olmağı istəmirsə, yenə də günah qazanır? Yəni o insan bu hisslə mübarizə aparır, lakin nəticədə yenə də təkəbbürlüdür. Bu məsələdə niyyət, yoxsa əməl (naticədə təkəbbürlü qalmaq) əsas götürülür?
3. Foruma baxanda görmək olur ki, bir sual bir neçə dəfə təkrar olunur. Təbii ki, bəzi insanlar bilərəkdən sualları təkrarlasalar da, bəzilərinin foruma göz gəzdirməyə vaxtı olmur və nəticədə sualı təkrar alınır. Olarmı ki, suallar nömrələnsin və axtarış üçün də yer ayrılsın. Sual verən sualına uyğun bir söz yazıb axtarışa versin, lazım olan cavabı tapmasa, sonra sualını versin ("islam-qa" saytındakı kimi)

Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əslən məlumdur ki, rüşvət haramdır. Sadəcə əgər siz qanunla orda işləyə biləcəkzinisə, heç bir hədd qoyulmayacaqsa, verməkləri haram deyil, amma problem ikinci məsələdir. Çalışın düzgün iş olsun, yalandan olmasın.
2. Əməllər niyyətə görədir. Sadəcə çalışmaq lazımdır ki, bu günahdan uzaq olasız.
3. Əslən bizim forumda da axtarış var və suallar da nömrələnib. Yuxarıda istifadə etmək olar, hətta biz özümüz də bəzən belə axtarırırq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com