Ermitajda İslam incəsənətinin şah əsərləri təqdim ediləcək
Bu gün Ermitaj muzeyinin Nikolay zalında “Saraylarda və çadırlarda. İslam dünyası Çindən Avropaya qədər” adlı sərgi açılacaq. Muzeyin mətbuat xidmətinin məlumatına görə, sərgi İslam dünyasının qonşu mədəniyyətlərlə-Avropa və Çinlə əlaqələrinə həsr olunub və dörd bölmədən ibarətdir.
“Birinci bölmə İslam incəsənətini dinin yaranmasından monqol istilasına qədər göstərilir. İkinci bölmə monqol istilasından XVI əsrə qədər olan dövrü incəsənətini təqdim edir. Bu bölmədə daha çox monqol istilasından sonra güclənən Çin təsirinə diqqət yetirilir. Üçüncü bölmə XVI-XIX əsrlərdə müxtəlif İslam ölkələrindəki əsərlərdən ibarətdir.Dördüncü bölmə isə İslam dünyasının və Rusiyanın siyasi, diplomatik və hərbi əlaqələrinə həsr olunub.
Sərgi iştirakçıları müsəlman ölkələrinin hakimləri tərəfindən rus monarxlarına göndərilən diplomatik hədiyyələri, həmçinin rus əsgərləri tərəfindən Türkiyə və İran müharibələrində zəbt edilmiş qənimətləri görə biləcəklər. Sərgidə 300-dən artıq əşya nümayiş olunacaq. /ANS PRESS/
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




