İslam Konfransı Təşkilatı islamafobiya problemini müzakirə edib
İKT-nin Dakarda keçirilən iclasında təşkilatın nizamnaməsinin yeniləşmiş variantı müzakirə olunur
Seneqalın paytaxtı Dakarda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin 11-ci sessiyası davam edir.
Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqovun da iştirak etdiyi iclasda İKT-nin 10 illik fəaliyyət proqramının reallaşdırılması və təşkilatın nizamnaməsinin yeniləşmiş variantının qəbul edilməsi məsələləri müzakirə olunur. Gündəliyə Fələstin, Livan, İraq və Somali, o cümlədən Darfur münaqişəsi ilə bağlı məsələlər də daxil edilib. Bundan əlavə, iclasın gündəliyinə islamafobiya problemi, İKT-yə üzv ölkələr, xüsusilə də Afrika dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri daxildir. Nazirlər səviyyəsində hazırlanan sənədlər İKT-nin martın 13-14-də Dakarda keçirilməsi nəzərdə tutulan iclasında təqdim olunacaq./ANS TV/





SALAM QARDASH NECESEN? ISLERIN NECEDIR?? SEN HARADA CUME NAMAZI QILIRSAN? SENINLE BIR GORUSEK! DANISAQ! MEN QURAN OXUMAGI OYRENMEK ISTEYIREM! KOMEKLIK EDE BILERSENMI?
Mart 13, 2008 13:31