İslam Konfransı Təşkilatının növbəti sammiti Misirdə keçiriləcək
Bu ilin iyun ayında isə İKT ölkələrinin xarici işlər nazirlərinin Uqandada görüşü olacaq
İslam Konfransı Təşkilatının növbəti sammiti gələn il Misirdə keçiriləcək. Bu ilin iyun ayında isə İKT ölkələrinin xarici işlər nazirlərinin Uqandada görüşü keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il Seneqalda baş tutan İKT–nin zirvə toplantısında qurumun insan haqları üzrə baş komissarının təyin edilməsi barədə təklif verilib./ANS PRESS/




