Bu gün İslam peyğəmbəri Hz. Məhəmmədin (ƏS) anadan olmasının 1429-cu il dönümüdür. Bu münasibətlə Azərbaycanın bir çox məscidlərində və dini tədris mərkəzlərində tədbirlər keçirilib. Bu müqəddəs gündə müsəlmanlar Məhəmməd peyğəmbərə və onun əhli beytinə salavat gətirir, onun adına mövlüd və ilahilər oxuyurlar.
Bu bayramın islam dünyasında birliyə, həmrəyliyə və əlbirliyiə yardım etməsi üçün islam alimləri bu bayramı vəhdət həftəsi adlandırırlar. /ANSPRESS/






