Əbülfəs Qarayev Qubada təmir edilmiş məscidin açılışında iştirak edəcək
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin maliyyəsi hesabına təmir edilmiş məscid Qubanın Rustov kəndində yerləşir
Aprelin 7-də Qubanın Rustov kəndində təmirdən yeni çıxmış məscidin açılış mərasimi keçiriləcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin maliyyəsi hesabına təmir və bərpa edilən məscidin açılış mərasimində nazir Əbülfəs Qarayev də iştirak edəcək.
Bu barədə ANS PRESS-in Şimal bürosuna Quba rayon icra başçısının müavini Yusif Abidov məlumat verib. Qeyd edək ki, 1903-cü ildə inşa edilən məscid uzun müddət qəzalı vəziyyətdə olub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Islam Haqq Din saytına məxsusdur.




