BMT baş katibi Pan Ki Mun Moskvada dünya din xadimləri ilə görüşüb
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib
Bu gün BMT baş katibi Pan Ki Mun Moskvada dünya din xadimləri ilə görüşüb. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
Şeyxin ANS TV-yə verdiyi məlumata görə, görüşdə əsas müzakirə mövzusu BMT-nin tərkibində dini şuranın yaradılması olub: «Mənim də çıxışım oldu və çıxışımda Azərbaycanın tolerantlığı haqqında baş verən hadisələr, o cümlədən din xadimlərinin din yolunda apardığı siyasət, tolerantlıq nümunəsinin Ermənistanın təcavüzü və dini təbliğatda bundan istifadə olunması barədə fikirlərimi bildirdim. Görüşdə BMT-nin tərkibində dini şuranın- Məşvərət Məclisinin yaradılması da söhbət mövzusu olub. Yəni dövlət xadimlərinin apardığı siyasətdə onlara köməklik göstərmək üçün şuranın təşkili müzakirə edilib. Hələ bu məsələ öz həllini tapmayıb, amma bu istiqamətdə iş aparılır». /ANS TV/




