"Azərbaycanda heç kəs öz dini etiqadına görə təqib olunmur"
Azərbaycanda heç kəs öz dini etiqadına görə təqib olunmur. Bunu bu gün keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə bəyan edib.
Onun sözlərinə görə, indiyə qədər bu və ya digər dinə mənsub şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair heç bir fakt qeydə alınmayıb. «İnsanlar yalnız törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunurlar»,- deyə Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, cinayətkar dinindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir.
Moskvada dünya din xadimlərinin görüşündən qayıdan şeyx vurğulayıb ki, ən nüfuzlu təşkilatlar tərəfindən qeyd edilib ki, Azərbaycanda tolerantlıq hökm sürür. /ANS TV/
Qeyd: Bəli, Azərbaycanda tolerantlıq hökm sürür, amma bu onunla nəticələnir ki, məscidlər və islam mədrəsələri bağlanır, bunun əvəzinə kilsələr və yəhudi sinoqoqları tikilir. Bu xoşagələn deyil. Əziz şeyximiz heç olmasa bir yaxşılıq edib Sumqayıtda bağlanan məscidi açdırın. Həm Allaha xoş gedən əməl olar, həm də gənclərimiz dinini öyrənər. Allah bizim xalqımızı islah etsin. Amin!




