Azəribloga diqqətinizi artırın
Salam aleykum, dəyərli müsəlman bacı və qardaşlarımız. Biz burada dəfələrlə qeyd etmişik ki, siz bizə islama aid maraqlı materiallar, məqalələr yazıb göndərəsiniz. Heç olmasa gündəlik qarşılaşdığınız və üzləşdiyiniz problemlərdən yazıb bizə göndərin ki, biz də burada dərc edək. Bu cür şəraiti bizə yaradıblar, lakin biz bu məsələlərə çox laqeyd yanaşırıq.Həmçinin mən digər blog və sayt sahiblərindən də xahiş edirəm ki, bizim bolga keçid versinlər. Reklam təklifləri də gözləyirik. Xüsusi ilə böyük rəsmi saytlardan həm Azəriblog üçün, həm də şəxsi bloglar üçün reklam təklifləri gözləyirik. Siz nəzərə alın ki, bir gündə şəxsən mənim bu bloguma 2000-3000 nəfər ziyarətçi daxil olur. Bu böyük rəqəmdir, hələ elə bloglar da var ki, ziyarətçisi mənim blogumun ziyarətçilərindən daha çoxdur. Həm də siz bilməlisiniz ki, axtarış aparanda ən tez üzə çıxan Azeriblogda olan yazılardır. Buna görə də siz dəstəyinizi və diqqətinizi biz yazarlardan əsirgəməyin. Allaha əmanət olun.
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





DÜŞÜNCƏ ÜÇÜN:
Dünyada bəlkə də ən gücsüz şey havadır. Amma dünyanın altını üstünə çevirən tufan və qasırğalar da elə havadır.
Dünyada ən böyük canlı balinadır. Amma bu nəhənglər gözlə görünməyəcək qədər kiçik dəniz heyvanları ilə qidalanırlar.
“Qurani Kərim”- elmlərin mənbəyi
XIX əsrdə ingilislər müəyyən ediblər ki, heç kəsin barmağının ucundakı izlər başqasınınki ilə uyğun gəlmir və sonralar bu kəşf cinayətkar axtarışında çox geniş tətbiq olundu.Və elə o zaman da məlum oldu ki, hələ 1300 il əvvəl Qurani Kərim bu mövzuya çox aydın bir işarə etmişdir. Orada qiyamət günü insanların hamısının yenidən diriləcəyini və hətta barmaqlarının ucunun belə tam bərpa olunacağı haqda aydın bildiriş var.
Amma nə xeyri var ki, biz öyrənmədik və ya əhəmiyyət vermədik, nəticədə bu qədər aydın bir sirri ingilis kəşf elədi. Qurani Kərimdə elmin ən müxtəlif sahələrinə aid minlərlə belə işarələr var. Amma təəssüflər olsun ki, bizim elmimiz, alimlərimiz hələ də o gerçəklərə, danılmaz həqiqətlərə barmaqarası baxırlar və bu da aydın həqiqətdir ki, bu vaxta qədər heç bir elm Qurani Kərimdən bir cümlə nədir, heç bir kəlməni də inkar edə bilməyib.
İMPERİYALAR NİYƏ ÇÖKÜR.
Dünya səhnəsi çox imperiyalar görüb. Biri 300 il dövran sürüb, biri 500il, biri 800 il və nəhayət,dağılıb gedib. Bütün impriyaların davamlılığı onu idarə edən qanunların ədalətliyinə söykənib. Yəni ədalətli dövlətlər həmişə uzun yaşayıblar. Dövlətin sarsılmaz və uzunömürlü olması onun qanunlarından, o qanunu yazan və icra edən vətəndaşlarının elmi olmayan dövlət həmişə başqalarının quyruğunda sürünüb.
Vətənini sevən oğlan gərək onun çiçəklənməsi üçün elm fədaisi olsun. İnsanın gücü elmində və əxlaqındadır. Bir xalqın övladları daim halallıq duyğusu ilə yaşayar və dünya elmində özünə şərəfli yer tutarsa, o xalqa zaval yoxdur.
Hər şey elmlə əldə olunur. Vətənin rifahı üçün hərbi və texniki elmlərə yiyələnmək lazımdır.
İyul 5, 2008 19:30