Reklam verin!

Müğənilərə verdiyimiz dəyərdən elm əhlinə də verək

mugenni-alim-qiymet Bu gün saat 10:00 – da Azərbaycan radiosunda təxminən belə bir mövzu açmışdılar ki, bu gün bizim gənclərimizdə milli mahnılara, musiqilərə maraq çox azdır. Əsasən gənclərimiz xarici mahnılara üstünlük verirlər. Bir neçə milli mahnılarımızın həvəskarı olan gəncləri də verlişə dəvət etmişdilər. Maraqlı burasıdır ki, diqqətlə nəzər saldıqda görürük ki, bu gün ictimaiyyətdə musiqiyə, mahnıya çox yüksək qiymət verilir. Başqa gənclərdən fərqli olaraq mən düşünürəm ki, bizim bu cür milli mahnılara, müğənnilərə verilən qiymətin ən çoxu elmimizə, alimlərimizə verilməlidir. Nəyə görə televizor kanallarında, radio dalğalarında yalnız müğənnilərə, musiqiçilərə, təlxəklərə söz verilir, onlar cəmiyyətin aparıcı qüvvəsi kimi təqdim olunur?


Bizlər də oturub bu vəziyyətdə onlardan danışır və onların şəxsi və günahlarla dolu həyatlarından dəm vururuq. Amma elmə, elm əhlinə, alimlərə belə üstünlüklər verilmir. Sizcə bu vəziyyətdə bizlər və bizdən sonra gələcək nəsillər hara doğru gedirik? Qərbə doğru deyə bilərsiz, keçid dövrü deyə bilərsiz, inteqrasiya deyə bilərsiz, amma bütün bu sözlər yalnız özümüzü aldatmaqdır. Axı əxlaqdan, dindən, imandan, mənəviyyatdan uzaq bu insanları nəyə görə bu qədər şişirdirik? Nəyə görə onlardan yazırıq, onlardan danışırıq, onları bizə kim seçib ki, bizə dərs desinlər və ağalıq etsinlər. Onlar, cəmiyyətə, Azərbaycanın problemlərinə hansı töhfəni verirlər. Əksinə qadağan olunan günlərdə də öz ürəkbulandırıcı, çirkin hərəkətlərini davam etdirilər. Məsələn, bu yaxınlarda baş vermiş hadisəni hamınız bilirsiniz ki, 26 Fevral Xocalı soyqırımı günü bizim bu dırnaqarası dərs deyənlərimiz hansısa bir xarici ölkədə şənlənib mahnı oxumuşlar. Biz bunlardanmı ibrət almalıyıq? Onlar axı bizə nə verir ki, biz onları atribut kimi qəbul edirik. Məgər, bir az vicdan əzabı hiss etmirikmi? Ətrafa, təbiətə baxıb, hər gün torpağa tapşırdığımız insanlara, yaxınlarımıza baxıb ibrət almırıqmi? Yoxsa Allah təalanın kitabında bizə buyurduğu insanlardanıqmı biz? Allah təala buyurur ki, “Onları doğru yola səsləsəniz (dəvət etsəniz) eşitməzlər. Görərsən ki, sənə baxırlar, görmürlər” (əl-Əraf surəsi, 197-ci ayə). Allah təalanın belə ayələri çoxdur. Amma ibrət alan varmı? Əziz və mehriban bacı qardaşlarımız! Allahı çox-çox yada salın. Siz bir neçə il bundan əvvəl yox idiniz. Allah təala sizi yaratdı. Sizi böyüdüb bu vəziyyətinizə gətirdi. Sonra sizi öldürəcək və Qiyamət günü yenə dirildəcək. Belə olduğu halda və bunu bilə-bilə niyə elmə və elm əhlinə qiymət vermirik. Sual verə bilərsiniz ki, hansı elm əhlinə? Məgər siz yer üzərində günahsız bir qul axtarırsınız? Xeyr, bu mümkün deyil. Hər bir insanın müəyyən qədər günahı vardır. Amma müğənnilərin günahı çox-çoxdur. Alimin günahı isə o vaxt çox olur ki, o elmi ilə əməl etməsin. Bunun üçün isə biz elmə və alimlərə hər şeyin üstündə qiymət verməliyik ki, alimlərimiz onlara olunan hörməti və izzəti bilsinlər ki, ürəklərində elmə olan həvəs güclənsin. Cəmiyyətimiz bəşər sivilzasiyasının ən yüksək mövqeyində dursunlar. Mən çox suallar verdim. Əgər sizdə düşünən bir qəlb varsa və qəlb gözünüz kor deyilsə mənim bu yazıma fikir və rəylərinizi yazın. Allah xalqımıza hidayət bəxş etsin. Amin! Əkrəm Həsənov © 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com

Baxış sayı: 239
Açar sözlər: müğənni təlxək artist mahnı musiqi 
Bookmark and Share


1
ANAR_EMIRAT yazıb:

QARDASIM EKREM . SENIN YAZDIQLARINNAN RAZIYAM. INDIKI GENCLERIMIZ BOS MENASIS MUSIQIYE QULAQ ASMAQDANSA , GEDIB BIR AZ ELM OYRENMESI OZLERI UCUN ELA OLAR . YENI SENIN VE YA MENIM BASQASININ ELMNEN MESGUL OLASI NE XEYRIMIZEDI,NE DE ZIYANIMIZA. SADECE ISTEREM KI BIZM GENCLERIMIZ HEYATDA ELE BIR MOVQEDE OLSUNLAR KI ,ADAMIN LAP UREYI ACILSIN.

Aprel 28, 2008 15:07

2
Ruzigarim yazıb:

Hər şey çox doğrudur, TV-dən demək olar ki, bezmişəm sad
Men özümü nisbətən formalaşmış bir insan kimi görə bilərəm və o cür təbliğatın üzərimdə təsiri elə də güclü deyil, amma indiki uşaqlara yazığım gəlir. Əksəriyyəti müğənni olmaq istəyir, çox az qismi elm öyrənir, heç bimirəm uşaqlarım olanda(İnşaallah) onları bu mühitdə necə tərbiyə edəcəyəm sad

May 6, 2008 22:43

3
elxan yazıb:

bilirsiz bu forumlarda fikir yazmaqla ish bitmir.sirf haqqini elaga\edar teshkilatlardan teleb elemelisen.yoxsa sen de men eshdidim,men deyim sen eshid,ne menasi.biz bildiyimizi bilirik bunu ozumuze tekrar xatirlatmaq lazim deyil.bilmiyenlere anlatmaq lazimdir.bu qeder.bitdi.

Sentyabr 30, 2008 16:20

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 12
Keçən ayın hiti: 103186
Dünənki hit: 3088
Bugünki hit: 2079
Ümumi hit: 677776





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites