Allahı görmək barəsində sələfin mövqeyi nədir?
Allahı gözlə görüb əhatə etməyimiz mümkün deyil. Buna dəlil Allahın bu ayəsidir : "Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər» (əl Ənam surəsi, 103) Gözlər Onu görsə də dərk edə bilməz. Allah həqiqi görmə ilə gözlə görülə bilər. Ancaq bu baxışla onu dərk etmək olmaz. Çünki Allah əhatə olunmaqdan daha Əzəmətlidir. Sələfin görüşü budur. Və onlar belə bilirlər ki, insanın nemətləndirildiyi ən kamil nemət Allahın Üzünə baxmaqdır. Buna görə Peyğəmbər (s.ə.s) duası belə idi: "Səndən, Sənin Üzünə baxmağın ləzzətini istəyirəm» Ləzzətli nəzər ona görə dedi ki, o baxışda əzəmətli ləzzət var. Onu ancaq Allahın neməti və fəzilətinə çatanlar bilər. Allahdan məni və sizləri onlardan etməyini arzu edirəm. Sələfin icma etdiyi "Allahı görmə»nin həqiqəti budur.
Kim iddia eləsə ki, Allah gözlə görülə bilməz və ya bu yəqinliyin kamilliyidir, onun bu sözü batildir və dəlillərə ziddir. Çünki yəqinliyin kamilliyi bu dünyada da mövcuddur. Necə ki, Peyğəmbər (s.ə.s) "İhsan» sözünün təfsirində, izahında belə deyir: "İhsan odur ki, Allaha onu gördüyün kimi ibadət edəsən, əgər sən onu görmürsənsə, bil ki, O səni görür» Sənin Allaha Onu gördüyun kimi ibadət etməyin, yəqinliyin kamilliyidir.
Muhammad ibn Salih əl Useymin




