Luvr muzeyində İslam qalareyası açılacaq
Dünyanın ən məhşur muzeylərindən biri olan “Luvr”da İslam dini qalareyası açılacaq. Hər il milyonlarla ziyarətçisi olan muzeydə VII – IX əsrlərə aid 10 minə yaxın İslami eksponat var. Bu eksponatlardan bəziləri 20 ildir muzeyin anbarındadır və yeni qalareyanın açılması ilə ziyarətçilərə nümayiş olunacaq. Luvrun rəsmiləri bu eksponatlardan bəzisinin yer darlığına görə anbarda saxlanıldığını deyib.
Qalreyanın təməlqoyma mərasimində Fransanın prezidenti Nikolya Sarkozi və Səudiyyə Ərəbistanının şahzadəsi Əl Vəlid bin Talal da iştirak edib. Qalareyanın tikintisi 2010-cu ildə başa çatacaq və smeta dəyəri 86 milyon avrodur. Qalareya 3 min kvadratmetr sahədə inşa ediləcək və damı küləkdə dalğalanan niqaba bənzəyən şüşə ilə örtüləcək. Şahzadə Əl Vəlid isə “Luvr” muzeyində İslami qalareyanın yaradılması üçün 17 milyon avro bağışlayıb.
Xatırladaq ki, şahzadə Əl Vəlid bin Talal 11 sentyabr hadisələrinin qurbanları üçün 10 milyon dollar yardım etmək istəmiş, ancaq bu yardım Nyu-York bələdiyyə başçısı Rudi Quliani tərəfindən rədd edilmişdi. /ANSPRESS/
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




