Reklam verin!

Dua edəndə Ya Allah! və ya Ya Rəhman! deyə bilərikmi?

allah-rahman-dua

Sual:  Qul dua etdiyi zaman ya Allah ya Rəhman" deməyəcək deyən bir kimsə haqqında soruşulmuşdur?

 Cavab:  Həmd Allaha məxsusdur . Bir qul Rəbbinə dua etdiyi zaman ya Allah, ya Rəhman deyə bilər, bu barədə müsəlmanlar arasında bir ayrılıq yoxdur. Bu islam dinində məcburi olaraq bilinməkdədir. Allah Təala: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 110) - buyurmuşdur.


Peyğəmbər (S.Ə.V) dua edərkən "ya Allah, ya Rəhman" deyərdi. Bunun üzərinə müşriklər Məhəmməd bizi iki ilaha dua etməkdən məhrum edir, halbuki özü iki ilaha dua edir. O vaxt Allah Təala buyurdu ki: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut! (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 110). Yəni özünə dua edilən birdir, adları çox olsa belə. Allah Təala buyurdu ki: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!” (Ə'raf surəsi, Ayət, 180). “Ya Allah, Ya Rəhman!” deməyə qarşı çıxan kimsədən tövbə etməsi istənilər. Allah (s.v.t) daha yaxşı bilir.

Hazırladı: ƏKRƏM HƏSƏNOV

© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com

Baxış sayı: 140
Açar sözlər: allah rahman qul dua ədəb 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 14
Keçən ayın hiti: 103186
Dünənki hit: 3088
Bugünki hit: 2092
Ümumi hit: 677789





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites