Reklam verin!

Əbu-Bəkr məscidində partlayış törədilib

abubakrdabombatilb

Baş verən partlayış nəticəsində 2 nəfər həlak olub

Dünən saat axşam saat 21.00 radələrində Bakının Nərimanov rayonu ərazisində Əbu-Bəkr məscidində partlayış törədilib. Şahidlərin sözlərinə görə, namaz vaxtı naməlum şəxs məscidin yan tərəfinə keçərək hündür pilləkən vasitəsi ilə yuxarı qalxıb. Daha sonra şüşələri sındıraraq əlindəki qumbaranı içəri atıb və qaçıb.

Baş verən partlayış nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralı halda Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Dəstəsi və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.


Ətraf ərazi isə Nərimanov, Nəsimi və digər paytaxt rayonlarının polis nəfərləri, həmçinin Çevik Polis Alayının nəzarəti altına alınıb. Əraziyə milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubov da baş çəkib. Qeyd edək ki, partlayış törədilən vaxt məsciddə təxminən 500 adam olub. Hadisə ilə bağlı Bakı polisi gücləndirilmiş iş rejiminə keçib. Paytaxtın ayrı-ayrı yerlərində polis postları yaradılıb və hərəkətdə olan bütün şübhəli nəqliyyat vasitələri saxlanılaraq yoxlanılır.

Nərimanov rayon prokuroru Durhəsən İmanovun ANS TV-yə verdiyi məlumata görə, namaz vaxtı naməlum şəxs çöldən qumbara atıb və nəticədə məsciddəkilər xəsarət alıblar: «Verilən məlumata görə onlardan 2 nəfər ölüb. İlkin məlumata görə, 4 nəfər xəsarət alıb, indi onların sayı dəqiqləşdirilir». Prokuror bildirib ki, hadisə yerinin müayinəsi aparılacaq. Faktla bağlı cinayət işi başlanılıb. İstintaqdan sonra ətraflı məlumat veriləcək. /ANS TV/

Baxış sayı: 78
Açar sözlər: əbubəkr məscid partlayış yanğın 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 14
Keçən ayın hiti: 103186
Dünənki hit: 2466
Bugünki hit: 28
Ümumi hit: 668636





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites