Reklam verin!

Polis bölməsində dəlləkxana

dellekxanaPolis bölməsində dəlləkxana…Kimin ağlına gəlməsə də, Bakıda 10 sm uzunluğunda saqqalı olanlar bunun şahidi olduğunu deyirlər.

«Əbu Bəkr» məscidinə ibadətə gedənlər deyirlər ki, onların saqqalını müxtəlif polis bölmələrinin əməkdaşları qırxıblar. Özü də bunu etmək üçün dindarları şəxsən yaşadıqları ünvanların sahə müvəkkilləri bölməyə dəvət ediblər. Bölməyə daxil olanda isə...


 Xüsusi dəllək gətiriblər, aparatla, «stanok»la. Qırxırlar, buraxırlar…

- Biz şöbəyə daxil olduq, sənədlərimizi aldılar. İçəridə gördük ki, qardaşların saqqallarını qırxırlar. Bizim də əvvəlcə saqqalı, daha sonra isə qırxılmış şəkildə şəkillərimizi çəkdilər. Dedilər ki, sizin saqqalınız mütləq qırxılmalıdır. Soruşduq ki, səbəb nədir, müsəlmanlara niyə bu dərəcədə təzyiq göstərirsiniz? Cavab verdilər ki, bəs əmr almışıq. Əmrin kim tərəfindən verildiyi deyilmədi.

Dindarlar bildirirlər ki, saqqalının qırxılmasına etiraz edənləri təhqir ediblər:

– Kim ki, etiraz edirdi, qollarını burub güclə otuzdururdular, 10-15 nəfər də ora yığışır, təhqiramiz sözlər deyir, söyüş söyürdülər.

- Deyəndə ki, mən vəkil istəyirəm, hüququmu təmin edin, deyirdilər ki, bunun bizə dəxli yoxdur.

Bakıda bizneslə məşğul olan Əfqanıstan vətəndaşının da saqqalı başına bəla olub. Deyir ki, küçədə getdiyi yerdə polis onu bölməyə aparıb və uzun müddətdi qulluq etdiyi saqqalını təraş edib.

Dindarların dediyinə görə, avqustun 26-da təxminən 20-yə yaxın dindar saqqalıyla vidalaşmalı olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sözçüsü Gündüz İsmayılov isə bu məsələdən məlumatsız olduğunu deyir:

«Tam səmimi deyirəm, birinci dəfədir sizdən eşidirəm. Əgər belə bir fakt varsa, bizə də müraciət edə bilərlər. Tamamilə yolverilməz haldır».

Oxşar cavab Daxili İşlər Nazirliyindən və Respublika Prokurorluğundan da bildirildi.

Azərbaycan hökuməti dəfələrlə ölkədə dini tolerantlığın yüksək olduğunu bəyan edib. Dindarlarsa müxtəlif səbəblərdən saqqal uzadanlara saqqallarından muğayat olmağı məsləhət görürlər.

Azadlıq

Baxış sayı: 140
Açar sözlər: azadliq xəbər efir dəlləkxana exs 
Bookmark and Share


1

salam aleykum. size bir sey deyim - Allah bunlarin belasini versin. bu milletin.... amma niye? -sorusmayin...
Peygemberimizin de saqqali olub. onlar sadece peygemberimize satasiblar...
shexsen sahidem- bir qoca kisi var idi bizim mescidde yani Sehidler mescidinde. o kisini cox yaxindan taniyiriq. o qeder mulayim ve gozel insan idiki qarisqaya bele zereri toxunmamisdi. ozu de ne vahabilikle ne de her hansi bir mezheble elaqesi bele yox idi. sakitce kasib bir heyatini yasayirdi. onun saqqalinin qirxilmasini esidende -ilk yazdigim cumle- Allah belalarini versin! -dedim... beli Allah belalarini versin. Allah bele bir Luta benzer qovmune artiq hidayet verse de yene de o qoyun beyinleri ile hereket edecekler. Ona gore belalarini cox qisa zamanda versin. kim ki bu isle mesgul olub- cox qisa zamanda cezasini tapsin. beddua edirem bilirem amma ureyimden gelir. cunki artiq besdir....

Avqust 27, 2008 23:45

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 13
Keçən ayın hiti: 103186
Dünənki hit: 3088
Bugünki hit: 2102
Ümumi hit: 677799





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites