Ustad Dr. Məhəmməd Səid bin Molla Ramazan Əl-Bûtİ (1929 M., 1347 H.) FIKHU'S-SİYRE
Bu məsələ Allah rəsulunun (s.ə.s) yeni qurduğu islam dövlətinin qanuni dəyəri ətrafında qurduğu prinsiplərin ən əhəmiyyətlisidir. İbn Hişam, Peyğəmbərin (s.ə.s) Mədinəyə gəlişindən qısa bir müddət sonra, ərəblərdən Mədinə xalqının hamısının islamı qəbul edərək onun ətrafında toplandıqlarını, Evs qəbiləsindən bir neçə nəfərdən başqa, ənsarın evlərindən hamısının müsəlman olduğunu rəvayət edir. Bundan sonra Məhəmməd peyğəmbər (s.ə.s) Ənsar ilə Mühacirlər arasında bir sənəd yazdırdı. O sənəddə yəhudilərlə sülh və müahidə etdi. Yəhudilərə mal və din azadlığı tanıdı. Onlara bəzi şərtlər gətirdiyi kimi, onların da bəzi şərtlərini qəbul etdi. İbn İshaq bu sənədi sənədsiz olaraq rəvayət etmişdir.
Eyni məlumatı İbn Heysəmə bu sənədlə rəvayət etmişdir: Bizə Əhməd bin Cənnab, Əbu-l Vəlid, ona da İsa bin Yunus, ona da Kəsir bin Abdullah bin Əmr əl-Müzeyi, ona da atası, atasında da babası rəvayət etdi ki, Peyğəmbrər (s.ə.s) Ənsar ilə Mühacir arasında bir sənəd yazdırdı. İbn Heysəmə, İbn İshaqın zikr etdiyi mətnin bənzərini qeyd etmişdir. İmam Əhməd də Müsnəd əsərində bu sənədi rəvayət etmişdir. Müsnəddə dedi ki, bizə Abbad rəvayət etdi. O da Həccacdan, o da Əmr bin Şüeybdən, o da atasından, o da babasından: “Peyğəmbər (s.ə.s) Ənsarla Mühacir arasında bir sənəd yazdırdı”. Biz burada bu sənədin uzunluq səbəbinə görə nəql etməyəcəyik. Lakin biz, Mədinədə doğan islam dövləti və cəmiyyətinin qanuni dəyərləri üzərində dayanacağımız üçün Peyğəmbərimizin (s.ə.s) sənədində yazılı olan əhəmiyyətli maddələri zikr etməklə kifayətlənəcəyik. Bu maddələr sənədin mətnindəki sıralamasına görə tərtib edilmişdir.
Maddə-1: Qureyşli və Yəsribli müsəlmanlarla onlara bağlanmış və qatılmış olanlar, onlarla birlikdə döyüşənlər, digər insanlardan ayrı bir ümmət və birlikdir.
Maddə-2: Bu müsəlmanların hamısı müxtəlif qəbilələrdən olmalarına baxmayaraq, yenə də qan pulunu öz aralarında, adətə görə ortaq şəkildə ödəyəcəkləri kimi, əsirlərin qurtarılması üçün ödəniləcək qan pullarını ortaq şəkildə ödəyəcəklər.
Maddə-3: Möminlər borclu və uşağı çox olanları öz başlarına buraxmayacaq, onların dolanışıq pullarını (fidyələrini) və ya qan əvəzlərini aralarında bilinən əsaslar dairəsində ödəyəcəklər.
Maddə-4: Allahdan qorxan möminlər, öz aralarından azğınlıq edən və ya zülm və haqsızlıq etmək istəyən ya da günah işləyən və düşmənlik edən, yaxud da möminlər arasında qarışıqlıq çıxaran şəxsə qarşı cəbhə alacaqlar və o adam onlardan birinin övladı da olsa hamısının əlləri onun əleyhinə qalxacaq.
Maddə-5: Heç bir mömin bir kafir üçün bir mömini öldürə bilməz və bir möminə qarşı heç bir kafirə kömək edə bilməz.
Maddə-6: Allahın himayəsi və təminatı möminlərdən hər kəs üçün birdir, onların ən aşağı görünənlərinə belə şamildir. Çünki möminlər digər insanlardan ayrı olaraq bir-birlərinin ən yaxın qardaşı vəziyyətindədirlər.
Maddə-7: Bu razılaşmanı qəbul edən Allaha və axirət gününə inanan bir möminin, ortaya pis bir hadisə (öldürmə) çıxaran kimsəyə kömək etməsi və ya onu saxlaması halal deyildir, elə bir adama kömək edən və ya onu saxlayan kimsə qiyamət günü Allahın lənət və qəzəbinə uğrayacaq, onun tövbəsi də fidyəsi də qəbul olunmayacaq.
Maddə-8: Yəhudilər möminlər kimi döyüş davam etdiyi müddətcə, öz döyüş xərclərini əldə etmək mərcburiyyətindədirlər.
Maddə-9: Əfv oğulları Yəhudiləri, möminlərlə birlikdə bir birlik təşkil edəcəklər. Yəhudilər öz dinlərində, müsəlmanlar da öz dinlərində qalacaqlar. Belə ki, bunlardan zülm və pislik işləyən bir adam ancaq özünü və öz ailəsini təhlükəyə atmış olacaq.
Maddə-10: Döyüş halında, yəhudilərin xərcləri özlərinə, müsəlmanların xərcləri də özlərinə aid olacaq. Şübhəsiz ki, bu sənəd doğru yolda olanlara hərb açanlara qarşı onlar öz aralarında köməkləşəcəklər.
Maddə-11: Bu sənəd sahibləri arasında hər hansı bir hadisə və ya anlaşmazlıq çıxar və bunun onların aralarını pozmasına səbəb olarsa bu anlaşmazlıq və ya hadisə dərhal şəni uca Allaha və Allahın peyğəmbəri Məhəmmədə (s.ə.s) ərz və həvalə ediləcək.
Maddə-12: Mədinədən çıxanda təhlükəsiz, orada oturan da təhlükəsiz olacaq. Bir zülm və ya cinayət törədən kimsə bundan müstəsnadır.
Maddə-13: Şübhəsiz ki, Allah bu sənəddəki prinsiplərə ən doğru və ən yaxşı şəkildə riayət edilməkdən razı qalar. Şübhəsiz ki, Allahın himayəsi yaxşılıq edən və pisliklərdən çəkinənlər üçündür.
Hazırladı: Əkrəm Həsənov
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com






