Reklam verin!

İsa peyğəmbər təhqir edildi

isa-peygember-tehqirİtaliya muzeyində onu qurbağa formasında göstərirlər

Məhəmməd peyğəmbərin karikaturası çəkilərək təhqir edilməsindən sonra, indi də İsa peyğəmbərin təhqir edilməsi ilə bağlı qalmaqal yaşanır. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, peyğəmbər çarmıxa çəkilmiş qurbağa formasında göstərilib.



Çarmıxa mıxlanmış əlində pivə stəkanı tutan, dili ağzından bayıra çıxmış şəkildə hazırlanan 130 santimetrlik heykəl İtaliyanın Bolzano şəhərindəki “Museion” muzeyində nümayiş etdirilir. Muzeyin əməkdaşları təhqiramiz heykəli 10 il öncə ölən alman heykəltaraşı Martin Kippenbergerin hazırladığını bildirərək onu müdafiə ediblər: “O insanların qorxularını araşdırırdı”. Roma papası XVI Benedikt isə heykəl barədə xəbər tutandan sonra “bu küfrün, bu əclaflığın günləri sayılıb” deyərək onun yığışdırılib məhv edilməsini istəyib.

Bolzano muzeyinin rəhbərliyi papanın işə qarışmasından sonra təhqiramiz heykəli giriş salonun ən diqqət çəkən yerindən yığışdırıb. İndi isə heykəlin “sənətkar azadlığı”na riyat edilərək saxlanılması və ya Vatikanın təzyiqi ilə ümumiyyətlə yığışdırılması arasında seçim edilir.

LENT.AZ

Baxış sayı: 97
Açar sözlər: lent.az xəbər təhqir isa peyğəmbər 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 5
Keçən ayın hiti: 92975
Dünənki hit: 2527
Bugünki hit: 1445
Ümumi hit: 626736





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites