Reklam verin!
Yuma Ailə Jurnalı

Allahın evinə hücum

mescid-ev-ibadetxana Azərbaycan bir müddət bundan əvvəl “Əbubəkr” məscidində baş vermiş partlayışı müzakirə etdi. Qabaqcadan qeyd edək ki, məsqədimiz həmin hadisəni gündəmə gətirmək və yaxud da bu hadisənin törədilməsi səbəblərini araşdırmaq deyil. Onsuz da bu hadisə barədə müxtəlif rəylər söylənilib. Gah bu aktın arxasında Rusiyanın olması, gah da məscid daxili çəkişmələr olması söylənildi və sair və ilaxır... Bu Hüquq Mühafizə Orqanlarının və Təhlükəsizlik Nazirliyinin işidir və biz onlara həddindən artıq güvənirik. Bir insanı nə kimi səbəb məcbur edə bilər ki, o Allahın evi sayılan məscidə basqın etsin. Bax məqsədimiz bunu araşdırmaqdır. Bizim bir-birimizə qarşı ədavətimiz ola bilər ( halbuki müsəlmana və müsəlmançılığa bu yaraşmır və islama zidd bir şeydir bu),  başqa-başqa məzhəblərə mənsub ola bilərik (halbuki Allah təkdir, nəyi bölüşə bilmirik anlamıram) və sair səbəblər ola bilər...


Amma bunların heç biri Allaha yaxın olmaq üçün Allahın evinə gələnlərin sağlamlığına və ümumiyyətlə  canlarına zərər verməyə vadar edə bilməz. Həm də ki, bu bir başa Allaha - Yerin, Göyün sahibi olan Rəbbimizə qarşı hörmətsizlikdir. Gəlin bu aspektdən baxaq məsələyə. Eyni akt kilisəyə və yaxud sinaqoqa qarşı da olsa idi, məncə, yenə də bu formada reaksiya verməli olacaqdıq. Axı insanlar Allaha daha yaxın olmaq və Ona dua etmək, ibadət etmək üçün üz tuturlar bu kimi ibadət ocaqlarına. Demək məqsəd eynidir Allaha yaxın olmaq. Əgər məsqəd eynidirsə niyə dinimizi yaşamaq əvəzinə kimin haqlı, kimin haqsız oldugunu müzakirə obyektinə çevirməliyik? Bu tip müzakirələr vaxt aparmaqdan başqa bir şey deyil. Bütün dinlərin özəyində tövhid inancının, yəni, təkAllahlığın olması heç kəsə sirr deyil. Sonuncu mükəmməl ümumbəşər dini də islamdır. Biz Allahın xoşbəxt bəndələrindənik ki, Allah bizi müsəlman olaraq yaratmışdır. Amma biz nə edirik? Yerli-yersiz məzhəb mübahisələrinə girir haqlı tərəf axrarırıq. Etiqad insanla Allah arasında olan bir məsələdir. Ürək , ağıl və Rəbb üstəgəl ixlas. Yəni kimin daha yaxşı,  daha imanlı təqva sahibi bir mömin olmasını Allah bilir. Ona görə də bu tip mübahisələr yersizdir məncə. Mövzudan uzaqlaşmayaq. Bəs yaxşı bir insan nə dərəcədə vəhşiləşə bilər (ifadəmə görə üzr istəyirəm) ki, gözünə heç nə görünməz və Allahın evi olan məscidə partlayıcı maddə atar. Bu insanlıqdan çıxmanın maksimal həddidir artıq. Ürəyində Allah qorxusu olmayan şəxs hər şey edə bilər, nəyinki məscidə partlayıcı bomba atmaq. Biz həmin şəxsi Allaha həvalə etməklə özümüzə təsəlli verir, uca ədalətə sığınırıq, amma bir müsəlman kimi dəyər verdiyimiz şeyləri nə dərəcə də qoruya bilirik? Gəlin bir də bu sualı verək özümüzə və yaxud da cəmiyyət niyə bu dərəcə də korlanıb ki, insanlar bir-birilərinin etiqadlarına hörmətlə yanaşmırlar. Problem burdadır məncə. Mənəvi boşluq! İnsanın fitrəiındə, yəni təbiətində nəyəsə inanmaq hissi var və o inanc da dogru olmadıqda qeyri insani hərəkətlər meydana çıxır. Allaha olan sevgimiz və Onun əmr etdiyi kimi yaşamaq arzusu bizi bir çox haramlardan çəkindirir və Ona yaxınlaşdırır. Yəni dogru həyat tərzi seçir və minimal səhvlərlə yaşaya bilirik. Xoşbəxt o insandır ki, İslamı özünə həyat tərzi seçib. “Əbubəkr” məscidində baş vermiş bu hadisə bizi düşündürməyə vadar etməlidir. Cəmiyyət, insan və insanı bu tip şeylərə vadar edən səbəblər və onların aradan qaldırılmasına çalışmaq! Biz ancaq bir olsaq , bir-birimizin etiqadına hörmətlə yanaşsaq, hələ xüsusilə də öz aramızda məzhəb, təriqət mübahisəsinə girməsək bu problemin həllini tapa bilərik. Allahımız bir, Kitabimiz bir, liderimizdə Muhamməd aleyhi-s-salamdır. Nəyi bölüşə bilmirik? Əlhəmdulillah da müsəlmanıq. Ramazanın da astanasındayıq. Bu ay bütün müsəlmanlar üçün əziz aydır (məzhəbindən aslı olmayaraq). On bir ayın sultanı bir aydır. Allahın rəhmət və bərəkətinin yağdığı bir ay! Gəlin bu ay özümüz-özümüzə sual verək. Biz nə dərəcədə İslamı mənimsəmişik və İslam bizim üçün sadəcə ehkamlardan  ibarət deyil, bizim həyat tərzimiz, hər addımda, hər hərəkətimizdə bizə Allahı, Onun varlığını xatırladacaq bir vasitədir. ALLAH xeyirli bir Ramazan nəsib etsin! Amin! Ümid edək ki, bu Ramazan Allaha bir az da yaxın olacağıq və insanlığın necə şərəfli olduğunun bir az daha çox fərqinə varacağıq. Allah bizə haqqı ilə İslamı yaşamağı nəsib etsin! Amin. Lə həvlə va lə quvvata illə billəh (Allahdan başqa ayrı güc və qüvvə yoxdur).  

Həmidova Nuranə

© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com

Baxış sayı: 328
Açar sözlər: həmidova nuranə yazı məqalə bismillah 
Bookmark and Share


1
Ramin yazıb:

məqaləni çox bəyəndim..bu tipli məsələlərə daha çox diqqət yetirilməsini arzu edrəm..kaş hər bir vətəndaş sizi kimi düşünə bilsəydi...
ALLAH(a.c) sizdən razı olsun..

Sentyabr 1, 2008 16:56

2
zeybe yazıb:

Men sizinle tam raziyam.Allah sizden razi olsun ki, kicik bir meqalede cox boyuk heqiqeti ifade ede bilmisiniz.Belke sizin tek insanlar sayesinde bu cur qelbleri dashlashmishlara az da olsa neyise menimsetmishsiniz.

Sentyabr 2, 2008 21:45

3
Sadiq yazıb:

Əziz müsəlman bacı və qardaşlar!

Mən bir Allah qulu olaraq yuxarıda yazılan fikirləri dəstəkləyirəm və sizinlə fikirlərimi bölüşürəm. Həqiqətən müsəlman olan, qəlbində Allah xofu olan bu cinayəti törətməz. Bu barədə bütün tanınmış din xadimləri birgə bəyənat yayıblar.

Amma məni düşündürən başqa məsələdir. Ola bilsin ki, mənim yazımı saytın müəllifi olduğu kimi yerləşdirməsin (onun redaktəsindən keçəndən sonra mesajımız görsənir). Amma mən Allahın köməyi ilə yazıram. Abu-Bəkir məscidinin saytında partlayış törədilməmişdən bir müddət əvvəl təkfirçiləri və xəvaricləri təhqir edən yazı yerləşdirilmişdi. Bu isə onların daha da qızışmasına, səbəb ola bilər. Onsuz da onlar cihadı özlərinə şərəf bilirlər. Hətta müsəlmanları kafir adlandırıb onları qətlə yetirirlər. Təssüf ki, düşünmürlər ki, o tökdükləri qana görə, saldıqları fitnəyə görə hesab verəcəklər. Axı kim Allahın yaratdığını öldürməyə ixtiyar verib?! O, bütün insanları öldürmüş kimidir axı.

Düzdür haqqı demək lazımdır, Amma təhqiramiz şəkildə yox. Belə faktlar çodur. Əbu-Bəkir məscidinin camaatı ilə fikir mübadiləsi edəndə nəyəsə görə dərhal keçirlər təhqirə, adamı alçaldan sözlər deməyə.

Mən bunu pisləyirəm. Şəxsən bu bloqun da yaradıcısının fikirlərini pisləyirəm. Birlikdən dindən danışdıgı halda, bloqda digər firqələri təhqir edən yazılar dərc edir.
Məsələn: şiələri "rafizi" adlandırır. İmam Zaman ağanı Dəccalla müqayisə edir. Onun zühurunu şübhə altına alır və bu inanca mənsub adamları təhqir edir. Bir müddət bundan əvvəl belə bir yazı mövcud idi burda. Amma indi tapa bilmədim. Nə isə...

Bu bloqun yaradıcısına tövsiyə edirəm ki, "birlik" pərdəsi altında digər müsəlmanları təhqir etməsin. Axı Allah Müqəddəs Qurani Kərimdə əmr edir ki, "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!". Məncə təhqir və aşağılayan, qıcıq yaradan sözlərdən qaçmaq lazımdır ki, yer üzündə fitnə yayılmasın.

Allah Ramazan ayını hamımız üçün mübarək eləsin.

Sentyabr 3, 2008 10:45

4
Ekrem yazıb:

Salam Aleykum menim muselman qardashim olan Sadiq bey! Sen haqlisan. Xususi ile menim eleyhime dediyin tenqidlere raziyam. Amma cox xahish edirme ki, her sheyi menim boynuma atmayasan. Cunki bu blogum saytdan da cox axini olan bir blogdur ve men bu blogda her bir kesin yazilarini bacardigim qeder derc edirem. Calishiram ki, her bir kesin yazisi burada derc olunsun. Tebiidir ki, biz hamiliqla Hz Mehdinin gelishini gozleyirik ve biz hec vaxt onu hansisa Allahin dushmeni olan Deccala oxshada bilmerik. Bu cineyet olar. Allah elemesin bele sheyler olsun. Eger sen harada bir qusura rast gelsen mutleq bize xeber et ki, sehvlerimizi duzeldek, amma bu mubarek ayda gelin hamiliqla bir-birimize can deyib can eshidek.O ki, qaldi tekfircilerden yazmagima onlar ozleri meni bu ishde vadar etdiler ki, onlardan yazim. Cunki dovletin, milletin, xalqin birliyinden danishanda deyirler ki, hami kafirdir. Bele demek olmaz ax qardash. Sen hec kime hokm vere bilmezsen. Allah da inshallah senin tokduyun qani yerde qoymaz. Allah en guzel evez verendir. Bizim xalqimiza, milletimize ancaq can deyib can eshitmek yarashar. Allaha emanet olun. Xetalarimi dediyiniz ucun teshekkurler!

Sentyabr 3, 2008 16:57

5
Ramazan yazıb:

Ey momwnler sinanmadan cennete daxil olacaginizi zenn edirzsinizmi.Onlar
bir-birine haggi ve sebiri tovfsiye ederler.

Sentyabr 3, 2008 22:04

6
pervane yazıb:

cox gozel bir movzuya toxunmusunuz.gozel deyerken yanlis anlasilmasin da yeni ki bu bizim yarali bir yerimizdir.Allah razi olsun.Bir tek arzum var ki Allah (c.c.) bu vehsilikleri bize bagislasin.Eshabi Kiramdan bir sehabemizin cox tesirli bir duasi olmusdur her zaman.Allaha dua ederken soylemisdir ki ey Allahim sen ozun menim bedenimi axiret gunu o qeder boyuk ele ki cehennemi ancaq men tutum.indi men de her gun bu duani edirem ki Allah muselman baci qardaslarimizi cehennemden uzaq etsin.

Sentyabr 8, 2008 10:48

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 23
Keçən ayın hiti: 103186
Dünənki hit: 3088
Bugünki hit: 2122
Ümumi hit: 677819





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites