Onlar hicaba qarşı hazırlanan bildirşi imzalamaqdan imtina ediblər
Ali məktəblərdə hicaba izn verən konstitusiya dəyişikliyinə qarşı hazırlanan bildirişi Türkiyə anamüxalifətinin lideri Dəniz Baykalın akademik olan oğlu və qızı imzalamayıb. Radikal qəzetinin yaydığı məlumata görə, “Universitet məclisləri dərnəyi” tərəfindən hazırlanan və 72 akademikin imzaladığı “Keçmişin qalıqlarına izn verməyək” başlıqlı bildirişdə, “Köhnə fikirlilərin və liberalların hicab üçün ittifaq etməsi Türkiyə universitetlərinin utanc mənbəyidir” – deyilərək, hicabın fərdi hürriyyət mövzusu olmadığı iddia edilib.
Davamı...
Redaktor vəfatından əvvəl jurnalistlərə verdiyi müsahibədə karikaturalardan birini çap etmək qərarını müdafiə edib
Bu günlərdə Peyğəmbəri (s) təhqir edən bədnam karikaturaları çap etdirən İsveç qəzetinin baş redaktoru anidən öz iş otağında vəfat edib. İsveç KİV-lərinin yaydığı məlumata görə Peter Melin son dəqiqələrinə kimi çox aktiv fəaliyyət göstərirmiş. Vəfatından əvvəl o günün birinci yarısında İsveç radiosunun və TT informasiya agentliyinin jurnalistlərinə verdiyi müsahibədə Peyğəmbəri (ə.s.) təhqir edən karikaturalardan birini çap etmək qərarını məharətlə müdafiə edib.
Davamı...
Kopenhagendə yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar
Məhəmməd peyğəmbərin (ə.s.) karukaturaları Danimarka qəzetlərində yenidən nəşr olunduqdan sonra ölkənin bir neçə şəhərində qarışıqlıq yaşanıb. Kopenhagendə immiqrant məhəllələrində yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar. Nəticədə 50-dən çox insan həbs olunub.
Xatırladaq ki, ilk qarışıqlıq 2005-ci ildə Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının uşaq qəzetlərində nəşr olunmasından sonra başlamışdı. Qəzetin redaktoruna qarşı sui-qəsd cəhdi də törədilsə də, bunun qarşısı alınmışdı. Bu hadisə müsəlman ölkələrində narazılığa səbəb olmuşdu.
Davamı...
As-salamu aleykum va rahmatullah va barakatu.
Peygamber s.a.s bildirmishdir ki, 73 min nefer cennete sorgu sualsiz girecek onlarin elametlerinide demishdir,
Mumkunse onlarin elametlerini yazardiz.
Adrı maraqlıdır...
Davamı...
“İlk dəfə bu karikaturalar qəzetlərdə nəşr olunanda danimarkalı olduğum üçün çox utanmışdım"
Danimarkada universitet tələbəsi “facebook” tanışlıq portalında “Məhəmməddən üzr istəyirik” adlı qrup yaradıb. Qrupun hədəfi, Danimarka ictimaiyyətindəki bütün insanların karikaturaları nəşr edən qəzetlərlə eyni fikirdə olmadığını göstərməkdir. Qrup faliyyətinə bu şüarla başlayıb. “Fikir azadlığının hüdudsuz olduğunu göstərmək üçün başqa inanclara hücum etmək və onları təhqir etmək lazım deyil!” “Məhamməddən üzr istəyirik” adlı qrupun yaradıcısı Anders Butter karikaturaların yenidən nəşr olunmasına etiraz əlaməti olaraq bu hərəkatı başlatdığını bəyan edib.
Davamı...
Sərgi İslam dünyasının Avropa və Çinlə əlaqələrinə həsr olunub və dörd bölmədən ibarətdir
Bu gün Ermitaj muzeyinin Nikolay zalında “Saraylarda və çadırlarda. İslam dünyası Çindən Avropaya qədər” adlı sərgi açılacaq. Muzeyin mətbuat xidmətinin məlumatına görə, sərgi İslam dünyasının qonşu mədəniyyətlərlə-Avropa və Çinlə əlaqələrinə həsr olunub və dörd bölmədən ibarətdir.
Davamı...
Tələbələr Kəraçidə Danimarka bayrağı yandıraraq bu ölkə əleyhinə şüarlar səsləndiriblər
Bəzi Avropa qəzetlərində Məhəmməd Peyğəmbərin (ə.s.) karikaturalrının yenidən yayımlanmasından sonra Pakistanda buna qarşı etiraz aksiyası təşkil edilib. Əksəriyyəti Camete İslam dini partiyasının üzvləri olan tələbələr ölkənin ən böyük şəhəri Kəraçidə Danimarka bayrağı yandıraraq bu ölkə əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar karikaturaların müəllifinə ölüm hökmünün verilməsini tələb ediblər. Mitinq iştirakçıları ölkə başçısı Pərviz Müşərrəfi də Danimarka rəhbərliyi ilə məsələni aydınlaşdırmamaqda günahlandırıb.
Davamı...
Avstriyanın cənubunda Kearnet Əyalət Məclisi əyalət sərhədləri çərçivəsində məscid və minarə inşa edilməsini qadağan edən qanunu qəbul edib
Avstriyanın cənubunda Kearnet Əyalət Məclisi əyalət sərhədləri çərçivəsində məscid və minarə inşa edilməsini qadağan edən qanunu qəbul edib. ANS PRESS-in CNNtürk-ə istinadən verdiyi xəbərə görə, əyalət bələdiyyəsinin sədri və Avstriyanın Gələcəyi İttifaqı Hərəkatının liderlərindən biri olan Jörg Haider bildirib ki, məscid və minarələrin inşası əyalətin tarixi və təbii memarlıq üslubunu pozduğuna görə qadağan edilib. Haiderin əyalət məclisinə təqdim etdiyi qanun layihəsinə məclis üzvü xristian demokrat yönümlü Xalq Partiyası müsbət yanaşıb, Sosial Demokrat Partiyası isə qanun layihəsinin əleyhinə səs verib.
Davamı...
Danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər
Danimarka qəzetləri 2 il əvvəl qanlı qarşıdurmalara səbəb olan Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib. ANS PRESS-in Qərb mətbuatına istinadən verdiyi məlumata görə, danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər. İspaniya, Niderland və İsveç qəzetlərinin bəziləri də, sözügedən təhqiramiz karikaturaları yayımlamaq qərarına gəlib. Onlar bu qərarlarını 2 Tunis, və 1 Mərakeş əsilli Danimarka vətəndaşının karikaturaların müəllifinə qarşı sui-qəsd törətməyə cəhd göstərməsini əsas gətiriblər. Təqsirli bilinən 3 nəfər isə ötən gün həbs olunub. Həbs olunan müsəlmanların ölkədən ekstradisiya olunması da istisna olunmur.
Davamı...
Salam aleykum
Xahish edirem mumkunse sualimi cavablandirasiniz.
Sige haqqinda Qurani Kerimde bir aye gelibmi? eger gelibse hansi surede?
sigenin muveqqeti kebin oldugu dogrudurmu? Bu meseleni oz heyatimdan gotururem. men hal hazirda ehli sunneyem. sevdiyim shexs ise shiedi. evveler shie namazi qilirdim hemen shexs mene muveqqeti halal olmaq ucun sige olunmagi teklif etmishdi. Indi bilmek isteyirem o mene mehremdirmi? Allah razi olsun.alam aleykum
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Davamı...
Tərcümə üçün 2 il vaxt sərf edən Giorgi Lobcanidze İran, Misir və Türkiyədə araşdırma aparıb
Gürcüstanın şərqşünas alimi professor Giorgi Lobcanidze ilk dəfə olaraq müsəlmanların müqəddəs kitabı "Qurani Kərim"i ərəb dilindən gürcü dilinə tərcümə edib. Bu tərcümə üçün iki il vaxt sərf edən Lobcanidze bu vaxt ərzində geniş məlumat əldə etmək üçün İran, Misir, Türkiyə və başqa müsəlman ölkələrində araşdırmalar aparıb.
Davamı...