Nə zaman təyəmmüm etmək olar?
- Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;
- Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;
- Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda;
- İçməli su sarıdan korluq çəkdikdə, xörək bişirmək üçün su çatmadıqda və digər zəruri məqsədlərdən ötrü suya ehtiyac olduqda;
- Yaxınlıqda olan suya çatmaq mümkün olmadıqda, məsələn: düşmənin və ya yırtıcı heyvanın onun suya yaxınlaşmasına mane olduğu, yaxud canı, namusu və malından qorxduğu halda, həbsdə olduqda, yaxud suyu quyudan çıxarmağa gücü çatmadıqda və s.
Davamı...
Komitənin hazırladığı rəydə bildirilir ki, Azərbaycan ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Azərbaycanla bağlı hesabatının ölkədəki dini duruma aid hissəsi barədə rəy hazırlayıb.
Rəydə bildirilir ki, Azərbaycan dövləti ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir. Həmçinin rəydə Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olması, dini qurumlar arasında əməkdaşlığın təmin edilməsidə əksini tapıb.
Davamı...
Tədbirdə dindarların cəmiyyətdə fəal iştirakı məsələsi müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün Quba rayonunuda dindarla görüş keçirib. ANS PRESS-in məlumatına görə, görüş rayon icra hakimiyyətində baş tutub. Tədbirdə dindarların bütün ölkə ərazisində prezident seçkilərinə hazırlığı, cəmiyyətdə onların fəal iştirakının təmin oluması məsələləri müzakirə edilib.
Davamı...
Cəməl döyüşü
Səffeyn döyüşü
Nəhrəvan döyüşüCəməl döyüşü
(Hicri 36 ili)
Əli ibn Əbu Talibə beyət edildikdə Talha və Zubeyr Əlidən Məkkəyə getmək üçün izn aldılar və Əli onlara icazə verdi. Talha və Zubeyr Məkkədə möminlərin anası Aişə (Allah ondan razı olsun) ilə rastlaşdılar. O da Osmanın qətli xəbərini eşitmişdi. Yələ ibn Munəyyə Bəsrədən, Abdullah ibn Amir isə Kufədən gəlib onlara qoşuldular və onlar Məkkədə toplanıb Osmanın qisasını almaq qərarına gəldilər.
Davamı...
Hacı Allahşükür Paşazadə: "İndiyə qədər bu və ya digər dinə mənsub şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair heç bir fakt qeydə alınmayıb"
Azərbaycanda heç kəs öz dini etiqadına görə təqib olunmur. Bunu bu gün keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə bəyan edib.
Davamı...
Salam aleykum, dəyərli müsəlman bacı və qardaşlarım. Hamınızı Allahın adı ilə salamlayır və hər birinizə mehribançılıq, can sağlığı və səadət arzu edirəm. Gəlin sizin diqqətinizi belə bir məsələyə yönəldim ki, hamımız şahidiyik ki, bu gün televizor ekranlarında hər mövzulardan yalnız müğənniləri danışdırırlar. Təəssüf doğurur ki, dindən və əxlaqdan da dinə və əxlaqa zidd davranışlar sərgiləyən müğənnilər danışır. Bu Azərbaycan xalqı bu vəziyyətdə uçuruma getmirmi? Bunun üçün hamılıqla mübarizə aparmalıyıq. Bunlar hamısı Qiyamətin əlamətlərindəndir.
Davamı...