Reklam verin!

Sunnenin qurani achiqladiqina misallar

sunne-quran-aciqlamaAllah Teala bir ayede "Namaz qilin, zekat verin" deye buyurmusdur. Ancaq namazin ne ruket saylarini, ne nece qilinacaqini, ne de vaxtlarini açiqlamadiqi kimi, ferzlerini, sunnet ve vaciblerinden ayri olaraq da zikr etmemisdir. Butun bunlari Peyqember (s.e.s)-in sunnesi bize beyan etmisdir. Eyni sekilde Quran, zekatin ne zaman vacib olacaqini da gostermemisdir. Elave olaraq zekat olaraq nelerden ve ne miqdarda verileceyini de gostermemisdir. Butun bunlari yene de sunne ayrica beyan etmisdir.

Davamı...

Baxış sayı: 158
Açar sözlər: quran kuran koran sunne qoran 
Bookmark and Share

Bu gün musiqiyə maraq çoxdur

musiqi-maraqli-mahniMAHNI – Bir şer və nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar edərək əyləndirmək və coşdurmaq. Bu da musiqi ilə birlikdə və ya musiqi olmadan ola bilər. (Lisanul Arab 15/136, Fəthul Bəri 10/55). İbnul Əsir – rahmətullahi aleyhi – deyir ki: "Səsini yüksəldən və onun davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər". ( ən-Nihayə 3/390)

      MUSİQİ – Yunan sözü olub Ud, Kaman, Tabur, Klarnet və s. kimi çalğı alətlərlilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.

      MUSİQİNİN DİNDƏKİ İSİMLƏRİ – əl-Ləhv (əyləncə, vaxtı boşa keçrimək), əl-Ləğv (boş söz), əl-Batil (boş, dəyərsiz), əz-Zur (yalan), əs-Sumud (boş şeylə əylənmək), əl-Muka (fit çalmaq), ət-Tasdiyə (əl-çalmaq), Ruqyətuz Zina (zinanın dəvətçisi), Sautuş şeytan (şeytanın səsi), Məzmuruş şeytan (şeytanın qavalı), Quranuş şeytan (şeytanın Quranı), Muəzzinuş şeytan (şeytanın müəzzini), Munbitin Nifaq (nifaq çıxaran, yetişdirən), Sautul Ahmaq (axmaq səs), Sautul Facir (yalançı, rəzil səs). (İbn Qeyyum "İğasətul lehfan" 1/237)


Davamı...

Baxış sayı: 162
Açar sözlər: musiqi mahni oxumaq müğənni haram 
Bookmark and Share

Qiyamət nə vaxt qopacaq?

qiyamet

«İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)

Qiyamət nə vaxt qopacaq?..
Qiyamət günü haqqında heç məlumatı olmayana rast gəlmək çətindir. Az da olsa, hər birimiz dünyanın sonu və qiyamətin qopacağı barədə nələrsə eşitmişik. Və heç şübhəsiz ki, onun dəhşətindən də az və ya çox xəbərdarıq. Bəziləri bu məsələyə lazımınca ciddi yanaşmasalar belə, ilahi kitablarda Allah-Təalanın vəd etdiyi kimi, bu gun mütləq olacaq: «Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...» (Həcc surəsi, ayə7). «Allahın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!» deyildiyi zaman «Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!», - deyə cavab verirdiniz!» (Casiyə surəsi, ayə32)
Bəs qiyamət günü nə vaxt olacaq? Qiyamətin qopacağı gün nə zamandır?
Əlbəttə, ilahi kitablarda bu gün barədə geniş danışılsa da, onun konkret tarixi ilə bağlı məlumat verilmir: «Camaat səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: «Onu ancaq Allah bilər!». Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır». (Əhzab surəsi, ayə63).
Buna baxmayaraq, sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) hədislərində Qiyamətin əlamətləri, Qiyamətdən əvvəl baş verəcək hadisələrin geniş təsviri verilir.

Davamı...

Baxış sayı: 221
Açar sözlər: din qiyamət kiyamet son dönüş 
Bookmark and Share


  Yazılar cəmi: 3  

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 30
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 289
Ümumi hit: 500724






Top on A-Z.az


Free hit counters









En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle
banner Bloguma kimlər girib?


AddThis Feed Button
Add to Technorati Favorites
Pulsuz KOnsultasiyalar