Reklam verin!
AzeriBlog

Peyğəmbərin (sas) müjdəsi

Əbu Hureyra (ra) rəvayət edir:

“Bir gün yoldaşlarımızla oturmuşduq.Söhbətin sonunda Peyğəmbəri (sas) soruşduq.İçimizdən heç kim onu (sas) görməmişdir.Axtardıq.Amma tapa bilmədik.Maraqlı idi: “Görəsən hara gedib?!”

Mən, Əbu Bəkr (ra) və Ömər (ra) peyğəmbəri (sas) tapmaq üçün üç ayrı istiqamətə getdik.Sonda Rasulullahı (sas) mən tapdım.O (sas) Mədinəli bir səhabənin bağında oturmuşdur.Peyğəmbərə (sas) yaxınlaşdım.Məni gördükdə:


-Haradan gəlirsən, ey Əbu Hureyra?-deyə soruşdu. Mən:

-Ey Allahın elçisi, səni tapa bilmədik.Narahat olduq.Hərəmiz bir istiqamətə getdik.Bütün Mədinə sizi axtarır, ya Rasulullah! Peyğəmbər (sas) buyurdu:

-Əbu Hureyra, insanların yanına qayıt və bunları söylə: “Kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim Onun rəsulu olduğuma ixlaslı bir şəkildə iman etsə Cənnətə daxil olar.” (Muslim, İman 10/31-52)

Peyğəmbərimizin (sas) verdiyi bu müjdəni eşidən Əbu Hureyra (ra) cəld şəkildə bağdan çıxdı.Mədinə istiqamətində sürətlə qaçmağa başladı.Bir qədər getmişdir ki, yolda Öməri (ra) gördü. Əbu Hureyra (ra) Peyğəmbəri (sas) bir səhabənin bağında tapdığını və ondan müjdə aldığını dedikdə Ömər (ra) soruşdu:

-Ya Əbu Hureyra, o nə müjdədir?

- Kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim Onun rəsulu olduğuma ixlaslı bir şəkildə iman etsə Cənnətə daxil olar.Bunu eşidən Ömər (ra) buyurdu:

-Qayıt! Rasulullaha (sas) de ki, “Ey Allahın Rəsulu, Ömər bu müjdəni eşidərkən insanların tənbəllik edəcəyindən qorxdu.Bu müjdəni gizli saxlasaq olarmı?-deyə soruşdu.

Hər ikisi geri-peyğəmbərin (sas) yanına qayıtdılar.Əbu Hureyra (ra) kədərli halda Ömərin (ra) onu geri qaytardığını və müjdəni xalqa çatdırmağına mane olduğunu söylədi. Rasulullah (sas) Ömərə (ra) baxıb:

-Ya Ömər, niyə Əbu Hureyraya mane oldun? Ömər (ra) buyurdu:

-Ya Rasulullah, Qorxdum ki, insanlar bu müjdəni eşidib rahatlaşarlar və ibadətdə zəifləyərlər.Gəlin bu müjdəni gizli saxlayaq və onlar da ibadətlərinə davam etsinlər. Rasulullah (sas) gülümsədi və sakit səslə dedi:

-Yaxşı, buraxın ibadət etsinlər!

Baxış sayı: 459
Açar sözlər: peyghember sehabe mujde 


1
`Musa` yazıb:

təşəkkürlər

Avqust 17, 2010 18:30

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Abusaleh

Əs-Səlamu Aleykum. Bu blog islam dininə aid açılmış bir blogdur. Bu blogun sahibi və təşkilatçısı BDU İlahiyyat fakultəsinin məzunu Əkrəm Həsənovdur. Burada islam dininə aid müxtəlif mövzularda məqalələr, kitablar, bir çox faydalı materiallar mövcuddur. Diqqətlə bütün bölmələrə və hər bölmədə olan məqalələrə nəzər salsanız görərsiniz ki, burada yalnız müsəlmanların faydalanması üçün nəsə edirik. Hansısa xəbərə görə, hansısa müəllifin məqaləsinə və fikirlərinə görə blog sahibi məsuliyyət daşımır. Blog sahibi yalnız öz yazılarına görə məsulyyət daşıyır. Biz buna görə heç kimdən heç nə gözləmirik. Etdiyimiz əməllərin savabını, mükafatını yalnız Rəbbimiz Allahdan istəyirik. Biz heç kimin yalnış fikirlərini qəbul etmirik. İslamın həqiqətən necə bir din olduğunu xalqımıza, cəmiyyətimizə çatdırmaq istəyrik. Camaatımızın buna böyük ehtiyacı var. Bizə qarşı qaldırılan bütün yalan və böhtanları rədd edirik. Biz də Azərbaycan Respublikasının vətəndaşıyıq. Bizi bu ölkədə Allah təala yaradıb və yaşadır və haradasa əcəl vaxtımız gələndə öldürəcək. Bizi yedirən içirən Allahdır. Allah təalanın bizə yazdığı başımıza gələcək. Bizə yazmadığı baş verməyəcək. Xahiş edirik bu blogun materiallarından istifadə edərkən mənbənin adını qeyd edəsiniz. Biz bütün islam sevənlərə müraciət edirik ki, faydalı yazılarını bizə göndərsinlər və biz də öz növbəmizdə burada dərc edək. Allah qatında haqq din yalnız islamdır, haqq yol Allahın rəsulunun (ona və ailəsinə salam olsun) yoludur. Biz az da olsa gücümüz çatan qədər insanları bu haqq yola dəvət etmək istəyirik. Biz Allahdan gəlmişik və Allaha qayıdacağıq.

Axtarış

Sorğu

Sizin səhabələrə (Allah onlardan razı olsun) münasibətniz?



Açar sözlər

islam  namaz  əbubəkr  quran  məscid 

Sayqaç

İndi blogda: 19
Keçən ayın hiti: 168513
Dünənki hit: 4488
Bugünki hit: 2248
Ümumi hit: 1518736








Free hit counters




En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle

AddThis Feed Button
Add to Technorati Favorites
Ödüllü BloglarYarisiyor.Com Kampanyasina Katılmak Ücretsiz, Haydi Durma!!!