Onlar hicaba qarşı hazırlanan bildirşi imzalamaqdan imtina ediblər
Ali məktəblərdə hicaba izn verən konstitusiya dəyişikliyinə qarşı hazırlanan bildirişi Türkiyə anamüxalifətinin lideri Dəniz Baykalın akademik olan oğlu və qızı imzalamayıb. Radikal qəzetinin yaydığı məlumata görə, “Universitet məclisləri dərnəyi” tərəfindən hazırlanan və 72 akademikin imzaladığı “Keçmişin qalıqlarına izn verməyək” başlıqlı bildirişdə, “Köhnə fikirlilərin və liberalların hicab üçün ittifaq etməsi Türkiyə universitetlərinin utanc mənbəyidir” – deyilərək, hicabın fərdi hürriyyət mövzusu olmadığı iddia edilib.
Davamı...
ƏBU BƏKR MƏSCİDİNİN FORUMU
Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, martın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!
Davamı...
Əməkdar artist Mehriban Xanlarova hicab taxdıqdan sonra üzünə bir çox qapıların bağlandığını deyir
Əvvəllər ancaq nənələrimizi başı örpəkli görərdik. İndi hər addımbaşı gənc hicablı qadınlara rast gəlmək mümkündür. Amma gənclər nənələrimiz qədər örpəyi baş üstündə gəzdirə bilirlərmi? ANS TV-nin mədəniyyət xəbərlərinin əməkdaşları bu mövzunu, başına örpək taxmış incə sənətin nümayəndələri arasında araşdırıb.
Davamı...
Sənəd gələn həftə parlamentin iclasında səsə qoyulacaq
Türkiyə parlamentinin Konstitusiya komissiyası universitetlərdə baş örtüsünə qoyulan qadağanın götürülməsi ilə bağlı AKP və MHP tərəfindən irəli sürülmüş düzəliş layihəsini qəbul edib. 11 saat davam edən müzakirələrdən sonra düzəlişin lehinə 17, əleyhinə isə 4 komissiya üzvü səs verib.
Təklifə görə, Konstitusiyanın “Hamı qanun qarşısında bərabərdir” başlıqlı 10-cu bəndində bu düzəliş ediləcək: “Dövlət orqanları və idarəetmə strukturları öz fəaliyyətində hamının qanun qarşısında bərabər olması prinsipindən çıxış etməlidir”. Konstitusiyanın təhsil və bilgi almaq hüquqları haqda 42-ci maddəsi isə düzəlişdən sonra bu cür oxunacaq: “Qanunda açıq şəkildə göstərilməyən hər hansı səbəblə heç kim ali təhsil almaq hüququndan məhrum edilə bilməz. Bu hüquqdan istifadənin sərhədləri yalnız qanunla müəyyən edilir”.
Davamı...
Qadınlar öz etiraz bəyanatlarını Atatürkün məqbərəsi önündəki ziyarətçi dəftərinə yazıblar
Türkiyədə azadlıq mitinqlərinin təşkilatçısı olan qadın dərnəkləri ilə birgə 54 təşkilat bu gün 18 fərqli yerdə Türkiyə Böyük Millət Məclisində ali təhsil qanunu müzakirəsi ilə bağlı etiraz mitinqi keçiriblər. Etirazçılar qəbul etdikləri bəyanatı Atatürkün məqbərəsi önündəki ziyarətçi dəftərinə yazıblar. Bəyanatda bildirilir ki, bu qərar tək qadınları deyil, bütün rejimi örtük atına alma məqsədi daşıyır.
Davamı...
Təkilif əvvəlcə parlamentin konstitusiya komissiyasında müzakirə ediləcək
Türkiyə Böyük Millət Məclisi uzun müddətdən bəri siyasi qruplar arasında ciddi fikir ayrılığına səbəb olan ali təhsil qanununa baş örtüyünün aradan qaldırılmasını nəzərdə tutan dəyişikliklə bağlı məsələni müzakirə edəcək. Dövlət naziri Cəmil Çiçək qanuna təklif olunan dəyişikliyin kllassik hicabı nəzərdə tutmadığını, sadəcə baş örtüyünü bağlayan şəxsin üzünün açıq və örtüyün çənə altından bağlanan formada olmasını nəzərdə tutduğunu bildirib. O, klassik hicab bağlayan qızların universitetə girməsinə yol verilməyəcəyini də bildirib.
Davamı...
Milli Məclisin komissiya sədri: “Hicabla bağlı məsələ təhsil müəssisələrinin nizamnaməsi çərçivəsində həll olunmalıdır”
“Mənim fikrimcə, hicabla bağlı məsələ təhsil müəssisələrinin nizamnaməsi çərçivəsində həll olunmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev parlamentdə müzakirə edilən “Təhsil haqqında” qanunun layihəsindən 11.1.8-ci (Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir) maddənin çıxarılması barədə irəli sürülən təklifə münasibət bildirərkən deyib.
Davamı...
Forumda əlaqədar dövlət orqanlarına, ictimai qurumlara, media nümayəndələrinə müraciət ünvanlanıb
Bu gün «Hicab: seçimimiz, azadlığımız, hüququmuz» mövzusunda 2-ci forum keçirilib. Forumda hicablı qadınların problemlərindən danışılıb. Bildirilib ki, əvvəlki illərlə müqayisədə son 2 ayda hicablı qadınlara qarşı təzyiqlər daha da artıb. Onlar hicablı xanımların pasport və şəxsiyyət vəsiqəsi ala bilməmələrini, bununla da bir çox mülki və siyasi hüquqlardan mərum edildiklərini bildiriblər.
Davamı...
Əminə Ərdoğandan xəstəxanaya daxil olması üçün baş qərargahdan xüsusi icazə tələb edilib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan hərbi xəstəxanaya buraxılmayıb.
Davamı...
HİCAB
Həmd оlsun Аllаhа, аləmlərin Rəbbinə! Ucа Аllаhın insаnlаrа hаqq dinlə göndərdiyi Müqəddəs Pеyğəmbərə – Məhəmmədə Аllаhın sаlаvаtı və sаlаmı оlsun! Hər bir müsəlmаn Rəhimli və Mərhəmətli Аllаhа, каinаtı və insаnlаrı Оnun yаrаtdığınа, bizi yеdizdirib qаyğımızа qаldığınа və yаlnız Оnun tərifə və ibаdətə lаyiq оlduğunа inаnmаlıdır.
Davamı...