Şeyxülislam Hacı Allahşükür Paşazadə də bu gün qanvermə aksiyasında iştirak edib
Bu gün Aşura günüdür. Bu gün Kərbəla şəhidləri ilə yanaşı və 20 Yanvar və Qarabağ şəhidləri də yad edilir. Hazırda "Təzəpir", "Göy məscid", "Bibiheybət" də daxil olmaqla bir çox məscidlərdə talasemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının bununla əlaqədar verdiyi fitvada deyilir ki, bu günlərdə ehtiyacı olanlara qan verilməsi ən münasib təziyədarlıqdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadə və QİM-in nümayəndələri də bu gün qanvermə aksiyasında iştirak ediblər. Şeyxülislam jurnalistlərə açıqlamasında bildirib ki, bu gün qan verən müsəlman hər hansı bir insanı xilas etməklə Allah qarşısında savab qazanır və axirətini təmin edir. O, bütün vətəndaşları qanvermə aksiyasına qoşulmağa çağırıb.
Davamı...
Bu il aksiya yanvarın 19-na təsadüf edir
Bu gün Hicri təqvimlə Məhərrəmlik ayının 2-ci günüdür. Müsəlman aləmində bu ay ağır aylardan sayılır və 40 gün ərzində şadlıq mərasimləri keçirilmir, müxtəlif xeyriyyə aksiyaları təşkil olunur.
Hər il olduğu kimi bu ildə Aşura günündə talassemiyalı şəxslər üçün qanvermə aksiyası keçiriləcək. Bu il aksiya yanvarın 19-na təsadüf edir. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə hər il İmam Hüseyn şəninə qana ehtiyacı olanlara qan verilir. Dindarlar zəncir vurmağı, baş yarmağı şəriətə zidd hal kimi qiymətləndirir. Bunun əvəzində isə Aşura günü Azərbaycan dindarları bu xeyirxah aksiyaya qoşulmağa çağırırlar.
Davamı...
Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları Kərbəla şəhidləri ilə birgə 20 Yanvar şəhidlərinin və Qarabağ uğrunda şəhid olanların xatirəsini yad etməyə çağırıb
Yanvarın 10-da Məhərrəm ayı başlayır. Ayın 10-cu günü, yəni, yanvarın 19-da isə Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə münasibətilə fətva verib. Fətvada bildirilir ki, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, ehtiramlı aylardan biridir.
Davamı...
Papa 16-cı Benedikt İsa Məsihin doğum günü münasibətiylə pravoslav xristianlarını təbrik edib
Bu gün pravoslavlar Milad bayramını qeyd edirlər. Vatikanda Papa 16-cı Benedikt İsa Məsihin doğum günü münasibətiylə Pravoslav xristianlarını təbrik edib. Roma Papası müqəddəs Piter meydanı üzərindəki pəncərəsindən yağışın altında gözləyən yüzlərlə inanc sahibinə müraciətində insanları dünya sərvətlərinin ədalətli bölgüsünə çağırıb.
Davamı...
Şeyx-ul-İslam ibn Teymiyyə
Muhəmməd bin Salih əl-Useymin
Həmd Allaha məxsusdur.
Şeyx ul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) aşağıdakı ayənin şərhində demişdir :
“O kəslər ki, yalan yerə şahidlik etməz...”(əl-Furqan 25:72)
Milad günü və yeni ili keçirməyin hökmü
Şeyx-ul-İslam ibn Teymiyyə
Muhəmməd bin Salih əl-Useymin
Həmd Allaha məxsusdur.
Şeyx ul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) aşağıdakı ayənin şərhində demişdir :
“O kəslər ki, yalan yerə şahidlik etməz...”(əl-Furqan 25:72)
Müşriklərin bayramlarına gəldikdə: (bu bayramlar) özündə bir-birinə qarışma (kişi-qadın, qız-oğlan), fiziki şəhvətlər və batili ethiva edir, bu bayramlarda dini cəhətdən heç bir fayda yoxdur və bu bayramlarda olan ani ləzzətlərin sonu isə iztirabdır. Ona görə də bunlar batildir və bunları təsdiq etmək həmin bayramlarda iştirak etmək anlamına gəlir.
Bu ayənin özü (batili təsdiq etməyənləri) tərifləyir və mədh edir. Ayənin mənasından başa düşülən budur ki, ayə (müsəlmanları) kafirlərin şənliklərində və digər batil mərasimlərdə iştirak etməkdən çəkindirir. Biz dərk edirik ki, kafirlərin bayramlarında iştirak etmək şərrdir, çünki onlar (bayramları) batil adlanır (əl-zuur).
Davamı...
Bismilləhir-Rəhmanir-Rəhim
Hamının yeni il keçirməsinin şahidiyik. Xristian, yəhudi və ya müsəlman, hamı bu bayramı keçirir. Qərbdən gələn adətlərin müsəlmanlarda da olması heç də təəccüblü hal deyil, bundan daha dəhşətlisi odur ki, qərbin keçirtdiyi dini bayram və mərasimləri müsəlmanlar da qeyd edirlər. Buna görə də yeni ildən əlavə, Dekabrın 25-də Kristmas bayramının da müsəlmanlar tərəfindən qeyd edildiyini görmək mümkündür. Bu hal ən çox cavanlarda müşahidə olunur. Çalıb-oynamağı, şənlənməyi, kef çəkməyi və sair kimi əməllərlə boş vaxt keçirməyi xoşlayan cavanlar bu cür bayramları bəhanə edərək öz əməllərinə bəraət qazandırırlar.
Davamı...
Bu gecə kilsədə Azırbaycan dilində də mahnı oxunacaq
Azərbaycanda yaşayan katoliklər Milad bayramını qeyd edirlər. Bakıdakı katolik kilsəsində dualar oxunub, insanlar bir-birinə həddiyyələr verib və uşaqlar üçün kiçik proqramlar təşkil olunub. Katolik kilsənin Azərbaycandakı rəhbəri Yan Çopla ANS TV-yə bildirib ki, bu gecə uşaqlar üçün kiçik proqram təşkil ediləcək, musiqilər oxunacaq. "Bu bayramda insanlar bir-birinə hədiyyələr verirlər. Bu da insanların bir-birini sevməyinin simvolu kimi qiymətləndirilir. Ənənəvi milli yeməklər bişirilir. Xüsusi çörək hazırlanır ki, bu da ailələrin birliyinin simvoludur", deyə Yan Çopla qeyd edib.
Davamı...

Müqəddəs Pyotr kilsəsində keçirilən mərasim 57 ölkədə canlı olaraq 100 telekanal vasitəsilə yayımlanıb
Dekabrın 24-dən 25-nə keçən gecəni katolik xristianlar İsa Məsihin mövludu günü kimi qeyd edib. Vatikanda müqəddəs Pyotr kilsəsində Roma Papası 16-cı Benedikt Qriqoryan təqvimi ilə yaşayan bütün xristianların müqəddəs Milad gününü təbrik edərək bayram mərasimini açıq elan edib.
Davamı...
Allaha olan sevgi ibadətin və İslam dinin əsasının vacib növlərindən biridir. İnananın tövhidi Allaha qarşı mükəmməl sevgidə təkmilləşir, zəyif sevgidə isə zəyifləyir.Bu barədə Uca Allah belə buyurur:” İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.”(Bəqərə, 165)
İnsanın Allaha olan sevgisi hərtərəfli və mükəmməl olsun deyə, bəndə Allaha xoş gedən əməlləri və insanları sevməli, Allahın nifrət etdiyi insanlardan və əməllərdən isə kənar gəzməlidir.Onun dostlarının dostu və düşmənlərinin düşməni olmalıdır.Bununla o öz əqidəsini və tövhidini kamilləşdirir.
Davamı...