
İyulun 28-də Əbu-Cəfərin hökmü oxunacaq
Bu barədə Turana məhkəmədən bildiriblər. Hazırda bu işlə bağlı hakim müşavirəyə gedib. İstintaq materiallarına əsasən, Əbu-Cəfər "Əl-Qaidə" və "Əl-Cihad" beynəlxalq terror təşkilatları ilə sıx əlaqədə olub.
Davamı...
«İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
Qiyamət nə vaxt qopacaq?..
Qiyamət günü haqqında heç məlumatı olmayana rast gəlmək çətindir. Az da olsa, hər birimiz dünyanın sonu və qiyamətin qopacağı barədə nələrsə eşitmişik. Və heç şübhəsiz ki, onun dəhşətindən də az və ya çox xəbərdarıq. Bəziləri bu məsələyə lazımınca ciddi yanaşmasalar belə, ilahi kitablarda Allah-Təalanın vəd etdiyi kimi, bu gun mütləq olacaq: «Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...» (Həcc surəsi, ayə7). «Allahın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!» deyildiyi zaman «Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!», - deyə cavab verirdiniz!» (Casiyə surəsi, ayə32)
Bəs qiyamət günü nə vaxt olacaq? Qiyamətin qopacağı gün nə zamandır?
Əlbəttə, ilahi kitablarda bu gün barədə geniş danışılsa da, onun konkret tarixi ilə bağlı məlumat verilmir: «Camaat səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: «Onu ancaq Allah bilər!». Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır». (Əhzab surəsi, ayə63).
Buna baxmayaraq, sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) hədislərində Qiyamətin əlamətləri, Qiyamətdən əvvəl baş verəcək hadisələrin geniş təsviri verilir.
Davamı...
Cillian Qibbons əlavə edib ki, həmişə İslama böyük hörmət bəsləyib
Sudan hakimiyyəti bu gün Məhəmməd peyğəmbəri təhqir edən britaniyalı müəllimə Cillian Qibbonsu azad edib. "Röyters" agentliyinin məlumatına görə, o, Britaniyanın bu ölkədəki səfirliyinin işçilərinə təhvil verilib. O, bu yaxınlarda ölkəni tərk etməlidir. Müəllimə bildirib ki, kimi isə incitdiyinə görə təəssüflənir. Qibbons əlavə edib ki, həmişə İslama böyük hörmət bəsləyib.
Davamı...
Peyğəmbəri təhqir etdiyinə görə, onu 3 aylıq həbs və cərimə gözləyir
Sudanda britaniyalı ibtidai sinif müəlliməsi oyuncaq ayıya Məhhəmməd adı verdiyi üçün həbs edilib. O İslam peyğəmbərini təhqir etməkdə günahlandırılır. Bu barədə təqsirləndirilənin işlədiyi orta məktəb məlumat yayıb. Saxlanılan Cilian Qibbonsun həmkarları bildiriblər ki, müəllimə məktəb proqramında planlaşdırıldığı kimi uşaqlara oyuncağa istənilən ad verməyi xahiş edib.
Davamı...