Qamət Süleyman: “Hakimiyyətə qarşı çıxmaq olmaz, problemlərin həllinə isə dua vasitəsi nail olmağa çalışırıq»
«Məscidin içindən kənarda namazı qadağan etmək çox absurd təklif olardı»
“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanla çoxdan planlaşdırdığımız müsahibə ötən gün nəhayət ki baş tutdu. Qamət Süleymanla məscidin yaxınlığında yerləşən bir çayçıda oturub, cəmiyyəti maraqlandıran bir çox suallar ətrafında söhbət etmişik.
Davamı...
Baxış sayı: 13
Açar sözlər: bizimyol qəzeti qamət əbubəkr məscidi
"Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Quran, Bəqərə, 155) Şeyx AbdurRahman Əs-Saadi (Allah ona rəhmət eləsin) bu ayənin təfsirində deyir ki, Uca Allah istisnasız hər bir müsəlmanı ayədə göstərilən bəlalarla sınayacaqdır ki, kimin öz Allahla öz əhdində düzgün və səbrli olması aşkar edilsin. Bu Allahın bəndələri üzərinə qoyduğu qaydalardandır. Allah istədiyini edəndir və burdakı hikmət ondan ibarətdir ki, əgər xoşbəxtlik və əmin-amanlıq ardı-arası kəsilmədən davam etsə, arada bəlalar üz verməsə, onda pis insanlarla yaxşılar bir-birinə qarışar, pisliklə yaxşılıq arasındakı fərq itə bilər. Bu ağır imtahan iman gətirən kəslərin imanını itirməkləri üçün yox, onların təmizlənmələri üçündür. Beləliklə aydın olur ki, bəlalarda cəmiyyət üçün bir xeyir mövcuddur. Şeyx İbn Useymin (Allah ona rəhmət eləsin) bildirir ki, "Əlbəttə, Biz sizi....sınayarıq" ifadəsindəki qətiyyət bu sınağın bütün bəndələrin başına hökmən gələcəyinə dəlalət edir.
Davamı...
Baxış sayı: 34
Açar sözlər: qorxu aclıq fəlakət itgi imtahan
MƏHƏMMƏD ƏLİNİN HEYRƏTİ
Yaxud “çar Pyotrun şöhrəti”, görəsən, kimə rahatlıq vermir?
Məktub göndər
Hacı İlqar İBRAHİMOĞLU
Bütün müsəlman dünyasında müqəddəs Ramazan ayı öncəsi iki ay - rəcəb və şaban mübarək Orucluq ayındakı İlahi ziyafətə hazırlıq dövrü kimi qeyd olunur. Şaban ayının bu gözəl son günlərinin birində Məhəmməd Əli adlı bir inanclı insan işdən evinə qayıdırdı. O, ailəsini və valideynlərini dolandırmaq üçün səhərdən axşama kimi çalışırdı. Bəli, məhz şaban ayının son günlərinin birində oruc tutmuş Məhəmməd Əli ağır, lakin halal iş günündən sonra evinə dönürdü. Lakin bu zaman bir olayla üzləşir ki, onun süjeti tragikomediya janrındakı filmlər nominasiyasında mükafata iddialı ola bilər.
Davamı...
Baxış sayı: 32
Açar sözlər: ilqar ibrahimoglu abubakr mescidi hadise
Allah təala şeytanı lənətlədiyi və cənnətdən qovduğu, müəyyən olunmuş vaxta qədər möhlət verdiyi zaman o dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam...” (Nisə 4:118-9) “ (İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.(əl-Əraf 7:16-17)
Davamı...
Baxış sayı: 26
Açar sözlər: azeriumma yahoogroups şeytan məqsəd
Sual: Gənclərdən bəziləri “Mən sələfiyəm” sözünü tənqid edirlər. Bu cür məsələyə dair sizin rəyiniz nədir?
Cavab: Onlar nə üçün tənqid edirlər? Məgər onlar, “Sələfə” nisbət edilməyin alçaldıcı olduğunumu düşünürlər? Məgər bu (sələfə nisbət edilmək) Allah Rəsulunun sallallahu aleyhi və səlləm Səhabələri, Tabiinlər, həmçinin onlardan alimlər, fiqh alimləri, hədis alimləri, təfsir alimləri və hər zaman və hər məkanda düzgün əqidə üzrə olanlara nisbət edilmək deyilmi?!
Davamı...
Baxış sayı: 37
Açar sözlər: selef selefi selefiyye sələf sələfi
Sual: Mən sələf barədə eşidirəm. Onlar kimlərdir hörmətli şeyx?
Cavab: Sələf sözünün mənası “əvvəl gələnlər” deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün “sələf” sayılır. Lakin “sələf” terminindən (ləfzindən) söhbət getdiyində, bundan məqsəd səhabələr, onlara tabe olanlar və onlara tabe olanlardan ibarət “ilk üç şərəfli nəsil”. Bunlar “SƏLƏFİ SALEH” (Saleh Əcdadlarımız)dirlər.
Davamı...
Baxış sayı: 46
Açar sözlər: selef selefi mezheb terkib akt
Bu gün bütün dünyada olduğu kimi vətənimizdə də islama maraq çoxalır. Amma islam düşmənləri bu marağı azaltmaq və bilmədikləri həqiqətə göz yummaq üçün islama və müsəlmanlara əziyyət verirlər. Bu bir həqiqətdir ki, bu əziyyət yalnız bizim dövrümüzə aid olmayıb. Allahın rəsulu dəvətə başladığı vaxtdan və ümumiyyətlə Allah öz dinini yaymağa başladığı vaxtlardan üzü bəri Allaha yönələn insanlara qarşı təzyiqlər olub. Amma özlərini Allaha bağlayan möminlər Allah tərəfindən sevilib, qorunub, onlar haqqında Allah təala öz kitabında ayələr nazil edib. Allah təala buyurur: “- Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!” (ət-Tovbə (Tövbə) surəsi, 111).
Davamı...
Baxış sayı: 180
Açar sözlər: ilahiyyatçı müsəlman zülm işgəncə əzab

«500-dən çox insanın toplaşdığı zaman məscidə əl bombası atılırsa, bunun tək hədəfi Qamət Süleyman ola bilməz»
- Burada hədəf İslam təbliği və sabitliyin pozulmasıdır və belə bir qanlı olayın iki-üç nəfərlik başıpozuq bir qrup tərəfindən planlaşdırılıb-həyata keçirilməsinə inanmıram. Bu terror əməliyyatında Azərbaycanın sabitliyini istəməyən xarici qüvvələrin əlinin olması ehtimalı daha yüksəkdir.
- Yaralı, üstüm-başım qan içində və təkbaşına üz tutduğum 5 saylı xəstəxanada bildirdilər ki, cərrah əməliyyatdadır və sizə yardım edə bilmərik.
Davamı...
Baxış sayı: 113
Açar sözlər: yeni çağ qamət aqil əkrəm
Bismillah. Mənim dediklərim qəlbində insanlıq və mehribanlıq olan, ədalət sahibi insanların fayda əldə edəcəyi, təcrübəmə əsasən dediklərim sözlər olacaq. Qəlbində heç bir islam məzhəbinə və heç bir məscidə qarşı kini olmayan insanlar sözlərimdən fayda əldə edəcəklər. Bu barədə bizi yaradan Allah belə buyurmuşdur: “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (əz-Zumər (Zümrələr) surəsi, 18). Allah təala buyurur: “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət (Müfəssəl izah edilmiş) surəsi, 34). Yazılarımı oxuyan hər bir kəsə ədalətli olmağı arzu edirəm.
Davamı...
Baxış sayı: 139
Açar sözlər: əbubəkr məscidi təmiz saf ayə
Əssələmu aleykum və rəhmatullah Əziz müsəlman bacı və qardaşlar. Əvvəla hamınıza Allahdan səbr, möhkəm iradə diləyirəm. Hamının bildiyi kimi dünən bizim mübarək məscidimizə bomba atıblar. Inanılmaz bir hadisə!!! Müsəlman ölkəsində, insanları gecə gündüz tövhidə dəvət edən, şirkdən çəkindirən, demək olar ki, xalqımıza dini cəhətdən böyük xidmət göstərən, xalqımızı cahil mollaların savadsız təbliğindən xilas edən, Peyğəmbər (s.a.s)-in gətirdiyi dini, bidətlərdən, uydurmalardan və yalanlardan uzaq olan Islam dinini təbliğ edən məscidimizə bomba atıldı!!! ALLAHU AKBAR!!! Bunu edən insan necə imansız, necə qəlbi daş olmalıdır ki, namaz vaxtı, tək Allaha ibadət edən möminlərin məscidinə onları öldürmək üçün qumbara atsın. Buna hansı insanın əli gələ bilər?? Biz möminlər, yoldan keçən qarışqanı əzməmək üçün diqqətli oluruq, bunlar isə mömin insanların namaz qıldığı vaxtı məscidlərinə qumbara atırlar, onları öldürürlər. Allahın Alaq surəsinin 14-cü ayəsində buyurduğu ki “Məgər onlar bilmirlər ki, Allah görür?”
Davamı...
Baxış sayı: 55
Açar sözlər: abu hamza inilti dua xeyir
Yazılar cəmi: 23
Sonrakı səhifə »