QURAN VƏ SÜNNƏ İLƏ MÜMKÜN OLAR VƏHDƏTİMİZ,
QURANİ-KƏRİM DEYİLMİ ARADA SƏRVƏTİMİZ?
SƏHABƏNİ SÖYƏRƏK VƏHDƏTƏ DƏVƏT EDƏNƏ,
YARANARMI GÖRƏSƏN ZƏRRƏ QƏDƏR RƏĞBƏTİMİZ?
ƏHLİ-BEYTİ SEVİRİK, ŞİŞİRTMİRİK İLAH KİMİ,
FƏQƏT Kİ, ŞİŞİRMƏDƏN GEDİR BİZİM SÖHBƏTİMİZ!
QURAN VƏ SÜNNƏ İLƏ MÜMKÜN OLAR VƏHDƏTİMİZ,
QURANİ-KƏRİM DEYİLMİ ARADA SƏRVƏTİMİZ?
SƏHABƏNİ SÖYƏRƏK VƏHDƏTƏ DƏVƏT EDƏNƏ,
YARANARMI GÖRƏSƏN ZƏRRƏ QƏDƏR RƏĞBƏTİMİZ?
ƏHLİ-BEYTİ SEVİRİK, ŞİŞİRTMİRİK İLAH KİMİ,
FƏQƏT Kİ, ŞİŞİRMƏDƏN GEDİR BİZİM SÖHBƏTİMİZ!
Baxış sayı: 44
Açar sözlər: ibrət qeybət söhbət ləzzət fərzet
![]()
![]()
![]()
Əvvəli var... Rafizilərin digər yanlış fikirləri:
1. Özlərini Hz. Əlinin (r.a) tərəfdarları kimi qələmə vərərək Hz. Əlidən başqa Peyğəmbərimizin (s.a.v) digər əshabəsinin, demək olar ki, əksəriyyətini qəbul etməyib, az qala onları kafir sayırlar (tarixdən bildiyimiz kimi, bu cür davranış ‘’xaricilərə’’ /xəvariclərə/ xas olan xüsusiyyətdir) və əlaxüsus Hz. Əbu Bəkr Siddiqlə (r.a), Hz. Ömər-əl-Farruk barədə lap küfrə düşüb xaricilik (xəvariclik) edib onların fəzilətlərini inkar edirlər. Halbuki Peyğəmbərimiz (s.ə.v) bu cür şəxsiyyətlərlə əl-ələ verib İslam dinini beşikdən yüksəlişinə qədər bərqarar ediblər.
‘’Əli (r.a) iki şəyx – Əbu Bəkr (r.a) və Ömər (r.a) haqqında demişdir: ‘’Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (s.a.v) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların örnək etdiyi adam şiddətli İslam hissinə tutular (yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın’’. /Məysəm. ‘’Şərh Nəhcl-Bəlağə’’, 1: 31/.
Əziz müsəlmanlar və həmvətənlərimiz. Vətənimizin, hal-hazırdakı işğal olunmuş ərazi probləmləri ilə üz-üzə gəldiyi bir halda və dirçəliş dövrünə xas olan bir nəçə daxili çətinliklər ilə qarşılaşdığımız bir dövrdə, digər tərəfdən də müsəlmançılıq ən-ənələrimizə zidd olan müxtəlif cür qeyri-islami din və cərəyanların təbliğatı qarşısında aciz qaldığımızda, bu səbəblə də xalqımız arasında etiqadi parçalanma təhlükəsinə məruz qala biləcək bir vaxtda, bizim, yaxın gələcəkdə, yəni bir təhlükə qarşısında durma ehtimalı get-gedə göz önündə cizgilənməkdədir.
Bu təhlükə, xalqımızın müqəddəs İslam dininin ətrafında birləşməyi arzu etdiyi bir halda, xalq arasında yəni bir ixtilaf törədə biləcək şeytani görüşlərin gizlincə, məxfi bir tərzdə, yaxud iki mənalı söhbətlərlə xalqımızın və İslam düşmənlərinin tərəfindən yaymaq cəhtlərindən ibarətdir.
Bir gün Məhərrəm ayının doqquzuncu günü işa namazını qılmaq üçün Qaraçuxur məscidinə getmişdim. Amma işa namazını məscidin içərsində qıla bilmədik. Mən bir az məscdin içərisində gözlədim, sonra çıxıb gördüm ki, bir qrup müsəlman bayırda namaz qılıb gediblər. Onları işa namazını qılmaq üçün şiyə müsəlmanları içəri buraxmayıblar. Orada gördüklərim məni dəhşətə gətirdi. Əvvəlcə qeyd edim ki, məscidin həyətinə səsi yüksək çıxan səsgücləndiricilər qurulmuşdu. Bu gözəldir. Çox gözəl olardı ki, bütün məscidlərdə və Allahın evlərində bu cür şərait yaradılsın ki, insanlar, cəmiyyətimiz islamın həqiqətlərini bu səsgücləndiricilərdən eşitsinlər.
Baxış sayı: 149
Açar sözlər: ilahiyyatçı məhərrəm şiə sünnü imam
![]()
![]()
![]()
Peyğəmbərimizin əxlaqı ən gözəl əxlaqın nümunəsi, bütün gözəlliklərin cəmidir. Onun xanımı həzrəti Aişə Anamız bir dəfə belə söyləmişdi: “Onun əxlaqı Qurandır”.
Onun (s.ə.s.) bu dünyadakı həyatından bəri yüzillər keçmişdir. Amma Onun əxlaqı bizim üçün bir örnəkdir, yaşantısı, oturuşu, duruşu, baxışı, süfrədə yeməyi, danışmağı, bir sözlə, bütün davranışları bizim üçün məktəbdir. Onun (s.ə.s.) kimi ola bilməyə çalışan və bu niyyətlə az-çox şeylər qazana bilən nə xoşbəxtdir. Dediyimiz kimi, İslam əxlaqın qaynağı Qurani-Kərim və Peyğəmbərimizin həyatı, sözləridir. Qurani-Kərim təkcə əxlaq kitabı deyil, o, eyni zamanda bir dua kitabı, təfəkkür, ehkam kitabı, bir çox elmlərin qaynağıdır. Əxlaq isə Qurani-Kərimdə geniş yer tutmuş bir mövzudur. Çünki Qurani-Kərim insanlara bu dünyada və Axirətdə xoşbəxt olmağın, Allah-Təalanın rizasını qazanmağın yollarını göstərir. Bu mənada Qurani-Kərimə bəzən nur, işıq da deyirlər. Yəni doğru yolu göstərən işıq. Hətta Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədisi-şəriflərində gözəl əxlaq haqqında “elə islamın özüdür” buyurmuşdur.
Baxış sayı: 412
Açar sözlər: abdulfarxad islam qubadli kənd kolxoz
![]()
![]()
![]()
Adı və soyu: Əli ibn Əbu Talib ibn Əbdülmüttalib ibn Haşim ibn Əbd Mənaf. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi oğlu və dünya qadınlarının xanımı, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatimənin həyat yoldaşı.
Anası, Fatimə bint Əsəd ibn Haşim ibn Əbd Mənafın qızıdır[1].
Künyəsi Əbul Həsəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Əbu Turab ləqəbini vermişdi. Tarixdə geniş yayılmış məlumatlara əsasən o uşaq ikən, səkkiz yaşında İslamı qəbul etmişdir[2].
Baxış sayı: 598
Açar sözlər: əbubəkr məscid xəlifə xilafət əli
![]()
![]()
![]()
Adı: Fatimə (ə)
Atasının adı: Məhəmməd (s.ə.s)
Anasının adı: Xədicə (ə)
Təvəllüdü: 20 Cəmadüs-sani, cümə günü, besətin beşinci günü
Doğulduğu yer: Məkkə
Şəhadət ili: Hicri 11-ci il
Dəfn olunduğu yer: məlum deyil.
Hörmətli ziyarətçilər. Tarix boyu çoxumuzun tez-tez eşitdiyi sözlərdən biri də, Əhli Sünnə vəl Cəmaənin guya Əli ibn əbu Talibə qarşı pis fikirli olmasıdır. Ancaq biz sələfilər bu fikirdən uzağıq. Çox maraqlıdır ki, bizə bu böhtanı atan insanların əksəriyyəti Əbu Bəkr, Ömər, Osmanı (Allah onların hamısından razı olsun) söyüb onları pisləyirlər. Onlara aşağıdakı hədisi göstərib Sələfin Əli ibn əbu Talibə (Allah ondan razı olsun) olan mövqeyini göstərmək istəyirik. Peyğəmbər (s.ə.s) bir hədisdə belə buyurur : «Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz” («Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis)
Səhih kitablarda Əli (r.a)-nun fəziləti barəsində çoxlu hədislər var. Onların bir neçəsini sizlərə çatdırmaq istəyirik
1. Abdullah bin Abbasa (r) istinadən Peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə Əhli-beytimi sevin” (ət-Tirmizi, Mənaqib 4042, hədis həsən, qəribdir).Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.2. Səd bin Əbu Vaqqas (r) rəvayət edir ki,«Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!”» («Ali-İmran», 61) ayəsi nazil olanda, Rəsulullah (s) Əlini, Fatiməni, Həsən və Hüseyni (r) yanına çağırdı və: “Allahım, bunlar mənim ailəmdir” – buyurdu. (ət-Tirmizi, Təfsir «Ali-İmran», 3002).[1]3. Ummu Sələmə (r) rəvayət edir ki, “Mən Rəsulullahın (s) evinin qapısının ağzında oturduğum zaman bu ayə nazil oldu: “... Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” («əl-Əhzab», 33). Evdə Rəsulullah (s), Əli, Fatimə, Həsən və Hüseyn var idi. Rəsulullah (s) onları örtüklə bürüdü və: “Allahım, bunlar mənim Əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə” – dedi. Mən dedim: “Ya Rəsulallah, mən Əhli-beytdən deyiləmmi?” Dedi: “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcələrindənsən” (ət-Tirmizi, Mənaqib, 3870).
Ərəb dili mütəxəssisləri və islam alimləri Əhli-beyt məfhumunun mənasını geniş şəkildə şərh ediblər. Onlar yalnız dörd nəfərin – Əli, Fatimə, Həsən və Hüseynin (Allah onlardan razı olsun!) Əhli-beytdən olduğunu iddia edənlərin əksinə olaraq, bu məfhumun ən əvvəl peyğəmbərin (s.a.v.) həyat yoldaşlarını əhatə etdiyini bildiriblər. Əhli-beytin yalnız dörd nəfərdən ibarət olduğunu söyləmək dilçi alimlərin və din alimlərinin bu məsələ ilə bağlı söylədikləri fikirlərə, eləcə də Quran və Sünnəyə ziddir.İbn Faris «Məqayis əl-luğa» kitabında: «Ərəbcə ət-təəhhul sözünün evlənmək mənasında işləndiyini, kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Allah-təalanın qoyduğu qayda-qanunlara əməl edən insanlara» – deyildiyini bildirir.[1]
Əs-Səlamu Aleykum. Bu blog islam dininə aid açılmış bir blogdur. Bu blogun sahibi və təşkilatçısı BDU İlahiyyat fakultəsinin məzunu Əkrəm Həsənovdur. Burada islam dininə aid müxtəlif mövzularda məqalələr, kitablar, bir çox faydalı materiallar mövcuddur. Diqqətlə bütün bölmələrə və hər bölmədə olan məqalələrə nəzər salsanız görərsiniz ki, burada yalnız müsəlmanların faydalanması üçün nəsə edirik. Hansısa xəbərə görə, hansısa müəllifin məqaləsinə və fikirlərinə görə blog sahibi məsuliyyət daşımır. Blog sahibi yalnız öz yazılarına görə məsulyyət daşıyır. Biz buna görə heç kimdən heç nə gözləmirik. Etdiyimiz əməllərin savabını, mükafatını yalnız Rəbbimiz Allahdan istəyirik. Biz heç kimin yalnış fikirlərini qəbul etmirik. İslamın həqiqətən necə bir din olduğunu xalqımıza, cəmiyyətimizə çatdırmaq istəyrik. Camaatımızın buna böyük ehtiyacı var. Bizə qarşı qaldırılan bütün yalan və böhtanları rədd edirik. Biz də Azərbaycan Respublikasının vətəndaşıyıq. Bizi bu ölkədə Allah təala yaradıb və yaşadır və haradasa əcəl vaxtımız gələndə öldürəcək. Bizi yedirən içirən Allahdır. Allah təalanın bizə yazdığı başımıza gələcək. Bizə yazmadığı baş verməyəcək. Xahiş edirik bu blogun materiallarından istifadə edərkən mənbənin adını qeyd edəsiniz. Biz bütün islam sevənlərə müraciət edirik ki, faydalı yazılarını bizə göndərsinlər və biz də öz növbəmizdə burada dərc edək. Allah qatında haqq din yalnız islamdır, haqq yol Allahın rəsulunun (ona və ailəsinə salam olsun) yoludur. Biz az da olsa gücümüz çatan qədər insanları bu haqq yola dəvət etmək istəyirik. Biz Allahdan gəlmişik və Allaha qayıdacağıq.
İndi blogda: 22
Keçən ayın hiti: 92521
Dünənki hit: 4869
Bugünki hit: 4009
Ümumi hit: 671481
Ekrem Hesenov
Kartınızı Oluşturun
