Hörmətli müsəlman qardaş və bacılar
Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu!
Davamı...
Salam aleykum və Rəhmatullahi və Bərəkətuhu. Əziz müsəlman bacı və qardaşlarım! Əziz xalqımızın gəncləri! Əziz və dəyərli tələbələr, məzunlar və iş adamları! Biz www.vakant.az saytında elan vermişik ki, bizdə tərcüməçi olaraq iş yerləri var. Fikrimiz budur ki, əsasən ərəb, fars, türk, rus, ingilis dillərində olan, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə ölkəyə gətirilən, xalqımızın maariflənməsi və dini savadlarının yüksəlməsi üçün xarici dini ədəbiyyatları öz doğma dilimizə tərcümə edək. Davamı...
Assalamu aleykum,
Bu gun (cume, 29 racab/1 avqust) cume namazindan sonra guneshin batmasi ola bilar. Bununla elaqadar agar gunashin tutulmasi tesdiqlense mescidde kusuf namazi qilinacaq inshaALLAH (saat 15.00 planlashdirilib).
Bu namaz sunnada varid olub, elave melumat uchun baxin sona qeder oxuyun.
Namaz 2 ruketden ibaretdir, ferq ondadir ki, har rukatda 2 ruku var, ve namazda Quran chox oxunulur.
Mescide gele bilmayanlar hamin vaxtda evda qila bilarlar (ya tek, ya da bir necha nafarla camaat).
ƏLİXAN MUSAYEV: “ŞƏRİƏT RİSALƏSi” kitabindan:
Kusuf (Xusuf) namazı
«Kusuf»- gunəşin tutulmasına, «Xusuf»- isə ayın tutulmasına deyilir.
İslam alimlərinin icmasına gorə «Kusuf» və «Xusuf»- gьnəş və ayın tam yaxud qismən tutulmasına deyilir.[1] Hər ikisinin tutulmasını həm «Kusuf» həm də «Xusuf»- adlandırmaq olar.[2]
Kusuf (Xusuf) namazı gьnəş və ayın tam yaxud qismən tutulduğu zaman iki rək'ətli səslə qılınan namazdır. Bu namazlardan sonra bir xьtbə vermək caizdir.[3] Bu namazlardan nə sonra nə də əvvəl sьnnə namazı qılınmır.
Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbərin - səllallahu aleyhi və səlləm - zamanında gьnəş tutuldu və o, camaatı namaza зağırmaq ьзьn bir nəfər gцndərdi. Onlar namaz qılmaq ьзьn toplandıqdan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm - təkbir edib dцrd ruku və dцrd səcdədən ibarət iki rək'ət namaz qıldı»[4]
Davamı...Əziz və dəyərli ziyarətçilər! Bütün səhifəmizin ziyarətçiləri! Sizin hər birinizdən xahiş edirəm ki, imkanınız çatan qədər mənim blogumun bannerini öz saytınızda və ya tanıdığınız hansısa blog və saytda yerləşdirəsiniz. Mən onu qeyd etmək istərdim ki, bu banneri bizim islam blogu üçün Vüqar bəy hazırlayıb. Ona hər zaman gözəl yaradıcılıq nailiyyətyləri arzu edirəm.
Bannerləri sizə təqdim edirəm. Hansını istəsəniz, bəyənsəniz blog və saytınıza yerləşdirərsiniz.
Davamı...
Salam, hörmətli Ali Baş Komandan. Cənab İlham Əliyev! Sizə xalqın içərisindən çıxan və xalqın içərisində olan bir insan kimi yazıram. Niyyətim dünyəvi mal yığmaq və ya nəyəsə müəyyən bir xeyirə nail olmaq deyil. Niyyətim tamahkarlıq deyil. Niyyətim sizin daxili və ya xarici siyasətinizə qarışmaq deyil. Allah məni bağışlasın. Bəzən biz insanlar həqiqətən də fikrimizi və sözümüzü yazanda və ya qarşımızdakına deyəndə niyyətimizi gizlədirik. Bəzən elə olur ki, qarşımızdakına, həmdə o adam müəyyən nüfuza malik olanda özümüzü elə təqdim etmək istəyirik ki, guya daxilimizdəki hər bir niyyəti açıb ortaya qoyuruq. Davamı...
Salam aleykum, dəyərli müsəlman bacı və qardaşlarımız. Biz burada dəfələrlə qeyd etmişik ki, siz bizə islama aid maraqlı materiallar, məqalələr yazıb göndərəsiniz. Heç olmasa gündəlik qarşılaşdığınız və üzləşdiyiniz problemlərdən yazıb bizə göndərin ki, biz də burada dərc edək. Bu cür şəraiti bizə yaradıblar, lakin biz bu məsələlərə çox laqeyd yanaşırıq. Davamı...
Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, martın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!
Bismillah. Allaha çox şükür, tərif, həmd və sənalar olsun. Onun göndərdiyi bütün peyğəmbərlərə və onlara tabe olub yolları ilə gedənlərə də salam olsun. Biz müsəlman bir xalqıq. Azərbaycan xalqı islam dininin ilk dövrlərində bu ən doğru və ən səhih dinlə tanış oldu və islamı qəbul etdi. Bunu cahil və tarix oxumayanlar dana və ya gizlədə bilərlər. Amma elmi olub ağılla düşünənlər çox gözəl bilirlər ki, islamın ilk dövrlərindən Azərbaycan xalqı həqiqətən də islamı necə var, eləcə də mənimsəmişlər. Həqiqətən də Azərbaycana islam xəlifə həzrəti Ömərin dövründən gəlib çatmışdır. Lakin, doğrudan da xalqımız bir çox yad dinlərin və güclü dövlətlərin əsarətində dinindən, dilindən, milli adət-ənənələrindən uzaqlaşdırılmışdır. Təbiidir ki, islam dinindən başqa bir çox batil və əsası olmayan dinlər də bizim millətimizə sirayət etmişdir. Davamı...
Salam aleykum. Beləliklə belə qərara gədik ki, blog-saytımızda reklamın qaydalarını və şərtlərini qeyd edək. Bəlkə ola bilər ki, kimsə hansısa bir məsələyə görə bizə müraciət edəcək ki, biz blog-saytımızda kiminsə reklamını yerləşdirək. Mən qeyd etmək istərdim ki, bizim blog-saytımıza hər gün ən az 1000 nəfərdən çox insan daxil olur. Bu əlbəttə bizi çox sevindirir. Bunun üçün biz azeriblogun bütün yaradıcılarına dərin təşəkkürümüzü bildiririk. Davamını oxu... Davamı...
Davamı...
Salam aleykum, müsəlman bacı və qardaşlarımız! Bu gün Allahın izni ilə mübarək Ramazan ayının sonuncu gününü yaşayırıq. Allah bütün müsəlmanların oruc və namazlarını qəbul etsin. Onları bütün xeyir işlərdə müvəffəq etsin. Amin!
Dəyərli dostlar, biz istəyirik ki, hamımız bir olub xeyir işlərdə yarışaq. Bizə qoşulan, bizə dəstək olan insanlara ehtiyacımız var. Əlbəttə bu gün islami saytlar çoxdur və onlar muvəffəqiyyətlə islama dəvət edirlər. Biz isə elə bir iş görməliyik ki, islama aid hazırladığımız materiallar bu saytlarda dərc olunsun. Bunun üçün hamıdan bir nəfər kimi xahiş edirəm gəlin İlaiyyatçıların birliyini yaradaq. Dini qurumların icazəsi ilə gətirilmiş xarici dini kitabları öz dilimizə tərcümə edək, bu işdə əlbir olaq ki, xalqımızın maariflənməsinə kömək etmiş olaq.
Allah təaladan bu mübarək gündə hamımızın namaz və oruclarımızın qəbul olunmasını dua edərək istəyirəm. Allah təala bizim günahlarımızı bağışlasın, bizə bilmədiklərimizi öyrətsin, bir-birimizə qarşı olan kini, nifrəti aradan qaldırsın, birləşib Allah razılığını qazanmaq, cəmiyyətimizə və dinimizə faydalı olmaq üçün xeyir işlərdə yarışaq.
Neçə-neçə belə gözəl Ramazan aylarına qovuşaq. Bu aylarda ibadət edək. Hamımızın Ramazan bayramımız mübarək olsun. Amin!
Salam müsəlman bacı və qardaşlarımız. Biz müsəlmanların dədə-baba torpağımız və öz haqqımız olan Qarabağ kafirlərin zülmünə məruz qalıb. Bu diyarın ən gözəl yerlərindən biri olan Qubadlı rayonunun rəsmi saytını yaratmaq istəyirəm. Bu işdə könüllü köməkçi və sponsurluq edən varsa bizimlə əlaqə saxlasın. Təşəkkür edirik.
Telefon: (050) 336-51-24, Mail: garibekrem@hotmail.com
|
|
| Islam, Haqq Din |
| Bu qrupa daxil ol! |

|
|
| Подпишитесь на Islam, Haqq Din |
| Перейти в эту группу |