Sual: Duanı fərz namazların ardıncamı, sünnət namazların ardıncamı, yoxsa namazda təşəhhüddən sonramı etməliyik.
Cavab: Peyğəmbərin (s.ə.s) yerinə yetirdiyi və əmr etdiyi sünnət salamdan əvvəlki təşəhhüddə dua etməkdir. Səhih bir hədisdə təşəhhüddən sonra Peyğəmbərimiz (s.ə.s): “Allahumma inni əuzu bikə min əzabi cəhənnəm. Va əuzu bikə min azabil qəbr. Va əuzu bikə min fitnətil məhya vəl məmat – Allahım! Cəhənnəm əzabından sənə sığınıram. Qəbir əzabından sənə sığınıram. Həyatın və ölümün fitnəsindən də sənə sığınıram” (Kitəbu-s-sünnə və-l bidə) – dediyi sabit olmuşdur.
Davamı...
Sual: Vefat etmiş insana Fatihe oxumaq ve savabını ona bağışlamağın hökmü nedir?
Cavab: Hemd Allaha mexsusdur.
Fatihe ve yaxud Qurandan her hansı bir hisseni oxumaq ve mükafatını, savabını ölmüş insana bağışlamağa dair şerietde heç bir delil, sübut yoxdur. Biz bunu etmemeliyik, çünki peyğemberin sallallahu aleyhi ve sellem, onun sehabelerinin (Allah onlardan razı olsun) bu cür etdiyi revayet olunmamışdır. Dünyasını deyişmiş müselmanlar üçün dua etmek ve onların adından kasıblara, ehtiyacı olanlara sedeqe vermek şerietde var. Bu minvalla insan Allaha yaxınlaşa biler ve bu emelinin savabını dünyasını deyişmiş ve yaxud yaşayan atasına, anasına ve yaxud diger insanlara vermeyi Allahdan isteye biler. Peyğember sallallahu aleyhi ve sellem buyurmuşdur: “İnsan dünyasını deyişdikde onun bütün emellerine son qoyulur, yalnız üç şeyden başqa: davam eden sedeqe (sedeqe ceeriye), faydalı elm ve yaxud onun üçün dua eden saleh övlad”.
Davamı...
Nə zaman təyəmmüm etmək olar?
- Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;
- Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;
- Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda;
- İçməli su sarıdan korluq çəkdikdə, xörək bişirmək üçün su çatmadıqda və digər zəruri məqsədlərdən ötrü suya ehtiyac olduqda;
- Yaxınlıqda olan suya çatmaq mümkün olmadıqda, məsələn: düşmənin və ya yırtıcı heyvanın onun suya yaxınlaşmasına mane olduğu, yaxud canı, namusu və malından qorxduğu halda, həbsdə olduqda, yaxud suyu quyudan çıxarmağa gücü çatmadıqda və s.
Davamı...
Qurum kosmetikada halal-haram fərqi olmadığını bildirib
Türkiyənin rəsmi din qurumu olan “Diyanet işleri başkanlığı” tərkibində spirt olmadığı üçün “halal kosmetika məhsulları” mövzusunda açıqlama verib. Qurum kosmetikada halal-haram fərqi olmadığını və belə məhsulların təmizlik, gigiyena və xoş ətir məqsədi ilə istifadə etməyin mümkün olduğunu bildirib.
Davamı...