Əziz və dəyərli ziyarətçilər! Bütün səhifəmizin ziyarətçiləri! Sizin hər birinizdən xahiş edirəm ki, imkanınız çatan qədər mənim blogumun bannerini öz saytınızda və ya tanıdığınız hansısa blog və saytda yerləşdirəsiniz. Mən onu qeyd etmək istərdim ki, bu banneri bizim islam blogu üçün Vüqar bəy hazırlayıb. Ona hər zaman gözəl yaradıcılıq nailiyyətyləri arzu edirəm.
Bannerləri sizə təqdim edirəm. Hansını istəsəniz, bəyənsəniz blog və saytınıza yerləşdirərsiniz.
Davamı...
Salam aleykum, dəyərli müsəlman bacı və qardaşlarım. Hamınızı Allahın adı ilə salamlayır və hər birinizə mehribançılıq, can sağlığı və səadət arzu edirəm. Gəlin sizin diqqətinizi belə bir məsələyə yönəldim ki, hamımız şahidiyik ki, bu gün televizor ekranlarında hər mövzulardan yalnız müğənniləri danışdırırlar. Təəssüf doğurur ki, dindən və əxlaqdan da dinə və əxlaqa zidd davranışlar sərgiləyən müğənnilər danışır. Bu Azərbaycan xalqı bu vəziyyətdə uçuruma getmirmi? Bunun üçün hamılıqla mübarizə aparmalıyıq. Bunlar hamısı Qiyamətin əlamətlərindəndir.
Davamı...
Bu sistemdə xəritə və peyklə qiblənin yeri müəyyənləşdirilə bilər
Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google artıq harada olursa olsun qibləni tapmaqda müsəlmanlara köməklik edəcək. Bundan sonra müsəlmanlar Google axtarış sistemində olan xəritə və peyk xidmətindən istifadə edərək qiblənin yerini asanlıqla təyin edə biləcəklər.
Davamı...
Kopenhagendə yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar
Məhəmməd peyğəmbərin (ə.s.) karukaturaları Danimarka qəzetlərində yenidən nəşr olunduqdan sonra ölkənin bir neçə şəhərində qarışıqlıq yaşanıb. Kopenhagendə immiqrant məhəllələrində yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar. Nəticədə 50-dən çox insan həbs olunub.
Xatırladaq ki, ilk qarışıqlıq 2005-ci ildə Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının uşaq qəzetlərində nəşr olunmasından sonra başlamışdı. Qəzetin redaktoruna qarşı sui-qəsd cəhdi də törədilsə də, bunun qarşısı alınmışdı. Bu hadisə müsəlman ölkələrində narazılığa səbəb olmuşdu.
Davamı...
“İlk dəfə bu karikaturalar qəzetlərdə nəşr olunanda danimarkalı olduğum üçün çox utanmışdım"
Danimarkada universitet tələbəsi “facebook” tanışlıq portalında “Məhəmməddən üzr istəyirik” adlı qrup yaradıb. Qrupun hədəfi, Danimarka ictimaiyyətindəki bütün insanların karikaturaları nəşr edən qəzetlərlə eyni fikirdə olmadığını göstərməkdir. Qrup faliyyətinə bu şüarla başlayıb. “Fikir azadlığının hüdudsuz olduğunu göstərmək üçün başqa inanclara hücum etmək və onları təhqir etmək lazım deyil!” “Məhamməddən üzr istəyirik” adlı qrupun yaradıcısı Anders Butter karikaturaların yenidən nəşr olunmasına etiraz əlaməti olaraq bu hərəkatı başlatdığını bəyan edib.
Davamı...
Bu tədbirdə son 10 ildə istedadlı, yaradıcı gənclərin prespektivləri, nailiyyətləri, problemləri müzakirə olunacaq
Noyabrın 26-da respublikada ilk dəfə“Yaradıcı Gənclərin İ Ümumrespublika Toplantısı” keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, bu tədbirdə son 10 ildə istedadlı, yaradıcı gənclərin prespektivləri, nailiyyətləri, problemləri müzakirə olunacaq. Tədbirin sonunda yekun qətnamənin qəbulu gözlənilir.
Davamı...