
İyulun 28-də Əbu-Cəfərin hökmü oxunacaq
Bu barədə Turana məhkəmədən bildiriblər. Hazırda bu işlə bağlı hakim müşavirəyə gedib. İstintaq materiallarına əsasən, Əbu-Cəfər "Əl-Qaidə" və "Əl-Cihad" beynəlxalq terror təşkilatları ilə sıx əlaqədə olub.
Davamı...
İmam İbn ul Qeyyim əl-Cevziyyə
Əl-Favaid @ 2004 Umm əl Qura
On faydasız məsələ mövcuddur: Əməl olunmayan elm İxlasla edilməyən əməl, həmçinin digərlərinin əməl etdiyi gözəl nümunələrə tabe olmamaq Üst-üstə toplanan pul. Belə ki, sahibi ondan nə bu dünyada ləzzət alır, nə də axirətdə heç bir savaba nail olmur. Allaha sevgi və Ona qovuşmaq, Ona yaxın olmağı arzulamaqdan, can atmaqdan uzaq olan qəlb. Allaha itaət və qulluq etməyən cəsəd Allahın əmrlərinə tabe olmadan və yaxud Onun razılığını ummadan Allahı sevmək
Davamı...
Sual: Ər və arvaddan başqa insanların bir-birinin yanaqlarından öpməsinin hökmü nədir? Bu hadisə məktəbli qız tələbələr arasında o qədər geniş vüsət alıb ki, iki rəfiqə hər səhər görüşdükdə bir-birini öpürlər. Mən ümumiyyətlə bu məsələyə dair islamın hökmünü dəlilləri ilə, xüsusilə də bu qəribə hadisəyə dair hökmü bilmək istəyirəm
Cavab: Həmd Allaha məxsusdur.
Görüşərkən şəriətimizdə buyurulan, məşru sayılan ibadət salam vermək və əl ilə görüşməkdir. Əgər bir insan səfərdən qayıdıbsa onu bağrına basmağa, qucaqlaşmağa şəriətdə icazə verilir. Amma hər dəfə görüşdükdə öpüşməyə gəldikdə bu salam verməyin sünnətlərindən deyildir, əksinə bu əməlin qadağan olunmasına dair rəvayətlər varid olmuşdur.
Davamı...
Martın sonlarında İslamı tənqid edən yeni sənədli film nümayiş olunacaq
Amstrerdamda mindən artıq insan İslamı tənqid edən sənədli filmin nümayişinə etiraz edərək aksiya keçirib. Siyasətçi və rejissor Gelt Vildersin çəkdiyi film «Fitnə» adlanır. Filmin internetə martın sonlarında çıxarılması gözlənilir. Politoloqlar bu filmin nümayişi ilə yeni aksiya dalğalarının başlayacağını istisna etmirlər.
Davamı...
Qurum kosmetikada halal-haram fərqi olmadığını bildirib
Türkiyənin rəsmi din qurumu olan “Diyanet işleri başkanlığı” tərkibində spirt olmadığı üçün “halal kosmetika məhsulları” mövzusunda açıqlama verib. Qurum kosmetikada halal-haram fərqi olmadığını və belə məhsulların təmizlik, gigiyena və xoş ətir məqsədi ilə istifadə etməyin mümkün olduğunu bildirib.
Davamı...
Kopenhagendə yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar
Məhəmməd peyğəmbərin (ə.s.) karukaturaları Danimarka qəzetlərində yenidən nəşr olunduqdan sonra ölkənin bir neçə şəhərində qarışıqlıq yaşanıb. Kopenhagendə immiqrant məhəllələrində yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar. Nəticədə 50-dən çox insan həbs olunub.
Xatırladaq ki, ilk qarışıqlıq 2005-ci ildə Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının uşaq qəzetlərində nəşr olunmasından sonra başlamışdı. Qəzetin redaktoruna qarşı sui-qəsd cəhdi də törədilsə də, bunun qarşısı alınmışdı. Bu hadisə müsəlman ölkələrində narazılığa səbəb olmuşdu.
Davamı...
“İlk dəfə bu karikaturalar qəzetlərdə nəşr olunanda danimarkalı olduğum üçün çox utanmışdım"
Danimarkada universitet tələbəsi “facebook” tanışlıq portalında “Məhəmməddən üzr istəyirik” adlı qrup yaradıb. Qrupun hədəfi, Danimarka ictimaiyyətindəki bütün insanların karikaturaları nəşr edən qəzetlərlə eyni fikirdə olmadığını göstərməkdir. Qrup faliyyətinə bu şüarla başlayıb. “Fikir azadlığının hüdudsuz olduğunu göstərmək üçün başqa inanclara hücum etmək və onları təhqir etmək lazım deyil!” “Məhamməddən üzr istəyirik” adlı qrupun yaradıcısı Anders Butter karikaturaların yenidən nəşr olunmasına etiraz əlaməti olaraq bu hərəkatı başlatdığını bəyan edib.
Davamı...
Danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər
Danimarka qəzetləri 2 il əvvəl qanlı qarşıdurmalara səbəb olan Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib. ANS PRESS-in Qərb mətbuatına istinadən verdiyi məlumata görə, danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər. İspaniya, Niderland və İsveç qəzetlərinin bəziləri də, sözügedən təhqiramiz karikaturaları yayımlamaq qərarına gəlib. Onlar bu qərarlarını 2 Tunis, və 1 Mərakeş əsilli Danimarka vətəndaşının karikaturaların müəllifinə qarşı sui-qəsd törətməyə cəhd göstərməsini əsas gətiriblər. Təqsirli bilinən 3 nəfər isə ötən gün həbs olunub. Həbs olunan müsəlmanların ölkədən ekstradisiya olunması da istisna olunmur.
Davamı...

Salam alekum. Hansı hallarda yalan danışmaq icazəlidir? Salam alekum
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Şəriət 3 halda icazə verib: iki nəfərin münasibətini yaxşılaşdırmaq üçün, düşmənə və həyat yoldaşına, təbii ki, bunların da həddi var.
Davamı...
Hacı Allahşükür Paşazadənin sözlərinə görə, bir çox məscidlərdə qanvermə aksiyası keçiriləcək
Aşura Məhərrəm ayının 10-cu günü İmam Hüseynin qətlə yetirildiyi tarixin qeyd olunması ilə əlaqədar bu gün Göy Məsciddə toplantı keçirilib. Məscidlərin axundlarının toplaşdığı mərasimdə Kərbəla faciəsinin təşkili ilə bağlı tapşırıq və tövsiyyələr verilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla əlaqədar hazırladığı fitva çatdırılıb. Bu il Aşuranın yanvarın 19-a, 1990-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin anıldığı günlərə təsadüf etdiyindən, bu günlərdə Kərbəla şəhidləri ilə yanaşı, 20 yanvar faciəsi və Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar da yad ediləcək. Fitvada bu günlərdə ehtiyacı olanlara qan verilməsinin ən münasib təziyədarlıq olduğu qeyd edilir.
Davamı...