Reklam verin!

Ümrə

mekke umre 34444444

  • ÜMRƏ
  • Ümrənin rükunları
  • Ümrənin vacib əməlləri
  • Ümrənin vaxtı
  • Həccdən öncə ümrə etməyin icazəli olması
  • Ümrəni təkrarlamaq
  • Mədinəni ziyarət etmək
  • Mədinə məscidinin və orada namaz qılmağın fəziləti
  • Məscidi və iki şərəfli qəbiri ziyarət etməyin ədəb qaydaları
  • Quba məscidi
  • Bəqi və Uhud
  • Ziyarətgahlar
  • İki mühüm məsələyə diqqət!!!
  • Davamı...

    Baxış sayı: 205
    Açar sözlər: həcc ümrə umre əlavə ziyarətgah 
    Bookmark and Share

    Həccin sünnələri

    heccin sunneleri

    Həcc bir ibadətdir; Bu ibadətin rükunları, vacibləri və sünnələri mövcuddur:

    Həccin sünnələri:

    A. Ehrama aid sünnələr:
    1. Ehrama girərkən çimmək: Demək, Zeyd ibn Sabit (Allah ondan razı olsun) deyir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ehrama girmək üçün əyin paltarlarını çıxartdı və qüsl etdi»[1].

    2.            Ehrama girmədən öncə bədənə ətir vurmaq: Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ehrama girəndə və ehramdan çıxmaq üçün Kəbəni təvaf edəndə mən onu ətirləyərdim»[2].

    Davamı...

    Baxış sayı: 156
    Açar sözlər: abubakr mescidi həccin sünnələri ədəblər 
    Bookmark and Share

    «Həcc ibadətini məndən öyrənin»

    hecc ziyareti678Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcci:
    Müslim[1] öz sənədi ilə Cəfər ibn Məhəmməddən (Cəfəri Sadiqdən) o da atasından rəvayət edir və deyir: «Biz Cabir ibn Abdullahın (Allah ondan razı olsun) yanına daxil olduq. O camaatdan bir-bir hal əhval tuturdu. Sonda növbə mənə yetişdi və mən özümü təqdim edib dedim: Mən, Məhəmməd ibn Əli ibn Hüseynəm. O əli ilə başımı sığallayıb köynəyimin üst və alt düymələrini açaraq əlini mənim sinəmə qoydu. Həmin vaxt mən azyaşlı gənc idim.

    Davamı...

    Baxış sayı: 165
    Açar sözlər: həccin fəziləti peyğəmbər məhəmməd kəbə 
    Bookmark and Share

    "Məscidi Haram"ın ərazisi genişləndiriləcək

    mekke-hacc

    Bu barədə məlumatı şahzadə Miteb bin Əbdüləziz keçirdiyi mətbuat konfransında verib

    Səudiyyə Ərəbistan rəsmiləri Məkkədə olan “Məscidi Haram” ərazisinin iki qat genişləndiriləcəyini bildirib. “Ərəb News” qəzetinin verdiyi xəbərə görə, bu barədə məlumatı şahzadə Miteb bin Əbdüləziz keçirdiyi mətbuat konfransında verib. Şahzadənin sözlərinə görə, ilk dəfə Kral Abdullah tərəfindən irəli sürülən bu plan "Məscidi Haram"ın şimal tərəfindəki 300 min kvadrat metrlik ərazini əhatə edir.

    Davamı...

    Baxış sayı: 139
    Açar sözlər: miteb bin abdulaziz mekke arazi 
    Bookmark and Share

    Həcc zamanı miqat və ehram

    heccde-miqat-ehram

  • Miqatlar:
  • Zaman miqatları:
  • Məkan miqatları:
  • Miqatı ehramsız keçmək:
  • Miqatda ehrama girmək:
  • Ehrama girən insan, xəstəlik və ya hansısa üzürlü səbəbdən dolayı ehramdan çıxa bilmək üçün əvvəlcədən şərt kəsə bilər:

    Miqatlar:
    Miqatlar iki qismdir: zaman və makan miqatları[1].
     
    Zaman miqatları:
    Uca Allah buyurur: «(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir...»[2].
    Digər ayədə buyurulur: «Həcc (mövsümü) məlum olan aylardır»[3].
    İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «həcc ayları, şəvval, zülqədə və zülhiccənin birinci on günüdür»[4].
    İbn Abbas (Allah ondan razı olsun) isə demişdir: «Sünnəyə əsasən həcc üçün yalnız həcc aylarında ehrama girmək lazımdır»[5].
  • Davamı...

    Baxış sayı: 157
    Açar sözlər: miqat məkan ehram ihram həcc 
    Bookmark and Share

    Kimlər həcc edə bilər?

    hecce kim geder

  • Uşaq və kölənin həcci:
  • Həcc etməyə imkanı olmaq nə deməkdir?
  • Qadının həcc etməsi:
  • İmkan olan kimi həcci dərhal icra etmək:

    Uşaq və kölənin həcci:
    Uşaq və dəliyə, həcc etmək vacib deyil. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: «Üç insandan qələm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər»[1].
    Köləyə də həcc etmək vacib deyil. Çünki o, öz ağasına xidmət etməklə məşğul olduğundan buna imkanı çatmır.
    Əgər uşaq yaxud kölə həcc edərlərsə onların həcci məqbuldur. Lakin bu zaman edilən həcc, həddi büluğa yetişən uşağa və azad olunan köləyə fərz olunan həcci əvəz etmir.
    İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bir qadın əlindəki uşağı qaldırıb Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) göstərdi və dedi: Bu uşağın həcci sayılırmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəli. Sənin üçün də savab vardır»[2].
    Digər rəvayətdə isə İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər kimsə uşaq ikən həcc edərsə, həddi büluğa yetişəndən sonra yenidən həcc etməlidir. Həmçinin hər kimsə kölə ikən həcc edərsə, azad olunandan sonra yenidən həcc etməlidir»[3].
  • Davamı...

    Baxış sayı: 242
    Açar sözlər: uşaq kölə dul qadın arvad 
    Bookmark and Share

    Həcc və Ümrənin fəziləti

    hecc ve umreHəcc və ümrənin fəziləti:
    Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Ümrədən ümrəyə günahlar bağışlanır, günah işləmədən yerinə yetirilən həccin isə cənnətdən başqa mükafatı yoxdur!»[1]


    İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Həcc və ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin cənnətdən başqa savabı yoxdur»[2].
    Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini rəvayət edir: «Kim nalayiq danışmadan və bəlli vaxtlarda qadınla yaxınlıq etmədən, uca Allahın rizasını qazanmaq üçün həcc edərsə, həccdən sonra anadan doğulduğu kimi (günahsız) olar»[3].
    İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allah yolunda döyüşən, həcc və ümrə edən Allahın qonaqlarıdır. Allah onları çağırmış, onlar da Allahın dəvətini qəbul etmişlər. Onlar Allahdan nə istəyərlərsə Allah da onlara istədiklərini verər»[4].

    Davamı...

    Baxış sayı: 147
    Açar sözlər: həcc ümrə ziyarət məkkə kəbə 
    Bookmark and Share

    Təyyarə ilə Həccə gedən zəvarrların ilk qrupu bu gün qayıdır

    mekke_kebe_zevvar

    Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev verib

    Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların təyyarə ilə gedən ilk qrupu bu gün vətənə qayıdır. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev verib.

    Davamı...

    Baxış sayı: 164
    Açar sözlər: həcc həci zəvvarlar qayıdır 
    Bookmark and Share

    Daha bir zəvvarımız dünyasını dəyişib

    dunya deyishme

    Bu barədə ANS-ə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev məlumat verib

    Azərbaycandan Həcc ziyarətinə gedən daha bir zəvvar vətənə qayıdarkən dünyasını dəyişib. Bu barədə ANS-ə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev məlumat verib. Onun sözlərinə görə, Həcc ziyarətindən avtobusla qayıdan zəvvar Zəhra Hüseynova dünən Suriyada dünyasını dəyişib. 70-dən çox yaşı olan Zəhra Hüseynova öz əcəli ilə ölüb. Xanım Hüseynova Suriyadakı Zeynəbiyyə həramında dəfn edilib.

    Davamı...

    Baxış sayı: 146
    Açar sözlər: zəvvar öldü rəhmət msiss msisiz 
    Bookmark and Share

    Həcc ziyarəti zamanı vəfat edən zəvvarımız artıq torpağa tapşırılıb

    haci_salman_elm

    Hacı Salman Musayev 72 yaşlı Nurayev Yusif Ramazan oğlunun İordaniyaya yaxın Tabuk deyilən ərazidə ürək çatışmamazlığından vəfat etdiyini bildirib

    Həccə gedən zəvvarlarımız hamısı yeni ili evlərində qarşılayacaqlar. Onlardan yalnız birinə müqəddəs torpaqda qalmaq nəsib olub. Ziyarət zamanı vəfat edən 72 yaşlı Yusif Nuriyev artıq topağa tapşırılıb.

    Davamı...

    Baxış sayı: 173
    Açar sözlər: zəvvar dünyasını dəyişib həcc aparmaq 
    Bookmark and Share


      Yazılar cəmi: 27   Sonrakı səhifə »

    Blog Haqqında


    Islam haqq dini

    Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

    Axtarış

    Sorğu

    Saytımın yeni görünüşü xoşunuza gəldimi?



    Açar sözlər

    islam  əbubəkr  islam,  quran  din 

    Sayqaç

    İndi blogda: 32
    Keçən ayın hiti: 70300
    Dünənki hit: 3041
    Bugünki hit: 235
    Ümumi hit: 500670






    Top on A-Z.az


    Free hit counters









    En kaliteli siteler Alersa.Net
    Bedava Site Ekle
    banner Bloguma kimlər girib?


    AddThis Feed Button
    Add to Technorati Favorites
    Pulsuz KOnsultasiyalar