Salam aleykum. Sizə ibrətverici bir əhvalatı, olmuş bir hadisəni təqdim edirəm. Allaha həmd olsun ki, istədiyinə hidayət verir və istəyi olanları öz doğru yoluna yönəldir. Bu yaxınlarda müsəlman bir qardaşla tanış oldum. O bir dağ yəhudisidir. Azərbaycanda doğulub boya başa çatıb və ailəsinin istəyi ilə İsrailə, öz əsas vətənlərinə, Okka şəhərinə köçüblər. Amma orada islamı qəbul edib və mənə öz təəssüratlarını danışdı. Onun valideynləri yəhudi olsa da artıq Allah Təala onu islama hidayət edib və bizim müsəlman qardaşlarımızdan biridir. O təəsüratlarını bizimlə bölüşür. Ondan islamı necə qəbul etdiyini soruşduqda belə dedi:
Dağ Yəhudisinin ibrətli əhvalatı.
Baxış sayı: 514
Açar sözlər: yəhudi, yəhudilər, yehudi, yehudiler, nasrani, yahudi, islam, iananc, əqidə, çətinlik, ağıl, ibret, ibrət, dərs, ders, faydalı, fayda, faydali, felestin, fələstin, israil, allah, peyğəmbər, namaz, azan
![]()
![]()
![]()
Necə zəlalətə düşdüm. (Ticaninin "Necə hidayət oldum"kitabına təkzib)
Ön söz.
"Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!"
(Quran, Maidə 8)
Həqiqətən bir məsələni araşdırarkən, bunu elmli yolla etmək, yaxşı niyyətə, sağlam fitrətə, təmiz qəlbə dəlalət edir. Buda indiki zamanda bir çox yazılara xas olmayan xüsusiyyətdir. Ancaq buna təəccüblənmirik. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunun olacağını artıq xəbər vermişdir:
"Elə bir zəmanə gələcək ki, kişi yatacaq və oyandıqda artıq əmanət qəlbindən silinmiş olacaqdır"
("Fathul-Bari əsəri, "Köləlik kitabı", "Əmanətin aradan itməsi fəsli")
İslam tarixində əsrlər boyu bidət əhli Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) səhabələrinin ədalətinə şəkk gətirməyə, dahi İslam alimlərini ləkələməyə cəhd etmişlər. Lakin (innə rabbəkə labilmirsad) hansı bir bidət və zəlalət əhli nə yazmışsa, Allah onun batil əməlinin üstünü açmış, kələyini yerindəcə kəsmişdir. Allaha daima həmd olsun!
Görürsən ki, bu zəlalətə aparanlar insanları şübhəyə salmağa cəhd edirlər, aldadırlar və hətta yalanlar yazmağa, özlərindən nələrsə uydurmağa, təhriflər etməyə belə çəkinmirlər. Çünki əllərində olanı ancaq budur.
"...Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz."
(Quran, Nur, 40)
Hər eşidilənə inanan, hər deyilənin arxasınca gedən avam cahillərdə, öz ağalarının dediklərinin ardınca gedərək haqqı axtarmadan, yalan olub-olmadığını öyrənmədən, onların dedikləri ilə razı olanlar da tapılır (Yəqin ki, ağalarının halını bilməyirlər, ya da özlərini bilməməzliyə qoyurlar).
Belələrindən biri də özündən əvvəlki həmfikirləri kimi, haqq əhlinə tənə edərək, doğruluğa əməl etməyərək, tövbə etməzsə, Rəbbin dərgahında rəzil, alçaq olaraq, bir neçə kitabçalar yazmışdır.
Bu yazımla bir kişinin nə qədər yalan danışdığını bəyan edəcəyəm. Hər dediyinə geniş cavab verməyəcəyəm. Sadəcə olaraq, bu kişinin iddia etdiklərində yalançı olduğunu sizə açıqlayacağam.
Onun haqqnda Tunis alimlərindən soruşduq. Tunis alimlərindən olduğunu deyərək, onun haqqında nə eşidən, nə də onu tanıyan oldu. Şair gözəl deyib:
Soruşduq məhəllədə Sulamət haqqında.
Dedilər bəs kimdir Sulamət?
Dedik ki, Məhəmməd ibn Zeyddir.
Dedilər ki, artdı bizdə cəhalət.
Allahın dinini qorumaq üçün, bunu Allahın razılığı üçün yazdım. Ancaq yazımda elm əhli tərəfindən nöqsanlar tapılarsa, mənə zərəri olmaz. Çünki etiraf edirəm ki, mən elm meydanında usta deyiləm. Bu boşluğu dolduran, bu böhtançıya cavab vermək üçün vaxt ayıran olmaıdğına görə bu işi mən gördüm. Özümdən razı olaraq yox, su olmayanda təyəmmüm edərlər deyə, bunu məhz mən etdim.
Kəlamlarımda xəta olmaq ehtimalı da vardır. Çünki bu nə heç bir batilə yer olmayan Allahın kəlamı, nə də məsum Peyğəmbərimizin(səlləlləhu əleyhi və səlləm) kəlamıdır.
Xətalarımı bilən qoy onu bizlərə çatdırsın. Çünki Allah razılığı üçün əməl edən kəs haqqın haradan gəlməsindən asılı olmayaraq, onu görəndə sevinər.
Ancaq dediklərimi nəfsinə tabe olaraq, rədd edən insana isə deməyə söz tapmıram. Əyri budağın kölgəsi də əyri olar!
"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?"
(Quran, Caşiyə, 23)
Beləliklə, ucalardan Uca olan Allahdan diləyirəm ki, bu əməlimi qəbul etsin və Onun bəyəndiyi əməllərdən etsin. Bir də diləyirəm ki, Allah Taala müsəlman övladlarını rafizi alimlərinin və ağalarının yalanlarını, haqqa qarşı olduqlarını onlara bildirdikdən sonra haqqa hidayət etsin!
"Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar."
(Quran, ər-Rəd, 17)
(Bu yazıda) məqsədim çoxa az ilə qane olan, uzunçuluq əvəzinə müxtəsər kəlamla kifayətlənən ağıl sahiblərini oyandırmaqdır. Sözü insaf və ədalət tərəzisilə ölç! Hər kəsin haqqını ver! Çünki Allah Taala buyurur:
". Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).
Tərəzini düz tutun, çəkini əskiltməyin"
(Quran, ər-Rəhman, 7-9)
Şair də demişdir:"Əlinlə elə şeylər yaz ki, Qiyamət günü qarşına çıxanda sevinəsən".
Mən təəccüb edirəm və bu təəccübüm bitib tükənməyir. Axı insan nə üçün yalan danışır? Haqqa niyə tabe olmur? Niyə dəlilə dəlil ilə cavab vermir? Belə suallar çoxdur, buna cavablar isə azdır ya da heç yoxdur.
Şeyx əl-Müəllimi "əl-Fəz əgaid ilə təşih əl-əgaid" kitabında haqqa tabe olmağa mane olan bir çox səbərləri göstərmişdir:
1- Haqqa tabe olduğu təqdirdə, əvvəl batil əqidədə olduğu üzə çıxması. Bu da ona ağır gəlir.
2- Təkəbbürlük.Görür ki, haqqı etiraf etməsi bundan öncə nöqsanlı olduğunu etiraf etməsi deməkdir, başqa sözlə həm də başqa bir şəxs ona düz yolu göstərmişdir.
3- Batillə şan-şöhrət və ya var-dövlət qazanması. Beləliklə də o faydaları itirəcəyindən qorxur, haqqı etiraf etmək ona ağır gəlir.
4- Aydın olanda ki, hörmət etdiyi, uca tutduğu ataları, babaları, şeyxləri alimləri haqqa müxalif idilər, bir zaman təhqir etdiyi, istehza və kinlə baxdıqları, cəhalət və zəlalətdə olduqlarını güman etdiyi kəslər haqlıdirlar. Belə olan halda bu mənəvi zərbəyə dözməyi bacarmaması, qərar qəbul etməkdə acizlik göstərməsi.
Bunun müalicəsi isə aşağıdakıları göz önünə almaqla olar:
1. Haqqın uca və batilin rəzil olmasını fikrində tutmaq.
2. Fani və zəlil dünya ilə Allahın razılığının və Axirətin nemətlərini müqayisə etmək.
3. Aydın olan məsələləri götürüb əməl edərək, nəfsinə tabe olmamaq.
4. Dəlil ilə şübhəni fərqləndirməyə səy göstəmək.
5. Hər sözün dalınca getməmək.
6. Allaha haqqı haqq olaraq göstərmək və ona əməl etməklə mükafatlandırmasını, batili olduğu kimi göstərərək, ondan uzaq olmağını diləmək.
Əvvəldə və axırda (həmişə) dumız budur: Aləmlərin Rəbbinə həmd olsun!
Qeyd: Ticanidən gətirdiyimiz sitatlar onun kitablarının ərəbcə olan variantındandır.
Ticani, onun kitabları və metodu ilə tanışlıq.
Ticani iddia edir ki, o Tunisdə Zeytuniyyə universitetini bitirmişdir. Sufiliyin "ət-Ticaniyyə" firqəsinə mənsub olubdur. Sonralar Səudiyyə Ərəbistanı Krallığına köçərək, iddia və iftirasına görə "vəhhabiliyi" qəbul etmişdir. Daha sonra Tunisə qayıdaraq, özünün dediyi kimi sufilərə qarşı çıxaraq, "vəhhabiliyi" yaymaqla, məşğul olmuşdur. Daha sonra Beyruta yola düşmüşdür. Səfərdə gəmi ilə gedərkən, Munim adlı bir rafizi ilə tanış olub, ondan çox təsirlənmişdir. Ordan da İraqa gedərək, on iki imamçılığı-rafiziliyi qəbul etmişdir. Dediyinə görə, çox ciddi axtarışlardan, araşdırmalardan sonra ən nəhayət, sonda bu əqidəni qəbul etmişdir.
Cavab: Kaş ki, bu kişinin iddia etdikləri doğru olaydı. Biz də əlimizi ona uzadardıq. Ancaq çox təəssüf ki, o kitabını yalan, təhrif, aldatma, kələk, gəlmə, tənə və istehzalarla yazıb doldurubdur.
O, yazdığı dörd kitabında yalnız bir məsələyə, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) səhabələrini pisləməyə diqqət yetirir. Çünki əhli-sünnə ilə münaqişə etmək üçün rafizililərin bundan başqa əllərində bir şey yoxdur.
Şübhəsiz ki, bu məsələdə də dəlilləri yoxdur. Ona görə ki, əhli-sünnə səhabələrin fərd olaraq, məsum olduqlarını demirlər, əksinə, onların səhv edə bilmələrini mümkün sayırlar. Bununla belə onların məqamını yüksək tutur, xətalarına insaf gözü ilə baxır. Onların etdikləri azacıq xətalar çoxlu savablarının qarşısında müsqayisəolunmazıdır!
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) səhabələrini pisləyən rafizilərin tənələri dörd qismdir:
1. Səhabələrin demədiyi, onlar haqqında uydurulmuş yalanlar;
2. Səhabələrin ictihad etdikləri məsələlər (onların ictihadlarını səhv və ya sünnəyə müxalif kimi qələmə verirlər);
3. Cürbəcür yalanlarla şişirdilmiş (səhabələrin) etdikləri balaca xətalar;
4. Onların dənizlər boyda yaxşı əməlləri müqabilində etdikləri xırda səhvlər.
Əgər Ticani iddia etdiyi kimi, haqqı axtardığında doğruçu olsaydı, yalan söyləməzdi. Həqiqətən haqlı insan yalan deməz, batil olan isə doğru danışmaz!
Allah köməyimiz olsun!
Necə hidayət oldunuz?
Salam aleykum va rahmatullahi va barakatuhu. Müsəlman bacı və qardaşlarımız. Bizlər islamdan əvvəl cahil idik və Allaha həmd olsun ki, bizi islam dini ilə şərəfləndirdi. Burada islama necə gəldiyinizi və necə namaza başladığınızı yazıb bizə göndərin. Biz burada yerləşdirək və insanlar oxuyub ibrət alsınlar. Allah Təala bizi islamda və imanda sabit etsin. Amin!!!






