Ustad Dr. Məhəmməd Səid bin Molla Ramazan Əl-Bûtİ (1929 M., 1347 H.)
FIKHU'S-SİYRE
Bu məsələ Allah rəsulunun (s.ə.s) yeni qurduğu islam dövlətinin qanuni dəyəri ətrafında qurduğu prinsiplərin ən əhəmiyyətlisidir. İbn Hişam, Peyğəmbərin (s.ə.s) Mədinəyə gəlişindən qısa bir müddət sonra, ərəblərdən Mədinə xalqının hamısının islamı qəbul edərək onun ətrafında toplandıqlarını, Evs qəbiləsindən bir neçə nəfərdən başqa, ənsarın evlərindən hamısının müsəlman olduğunu rəvayət edir. Bundan sonra Məhəmməd peyğəmbər (s.ə.s) Ənsar ilə Mühacirlər arasında bir sənəd yazdırdı. O sənəddə yəhudilərlə sülh və müahidə etdi. Yəhudilərə mal və din azadlığı tanıdı. Onlara bəzi şərtlər gətirdiyi kimi, onların da bəzi şərtlərini qəbul etdi. İbn İshaq bu sənədi sənədsiz olaraq rəvayət etmişdir.
Davamı...
Əgər bir gün Peyğəmbər Əfəndimiz (s.ə.v) ziyarətinizə gəlsə yalnız bir neçə günlüyünə, birdən döysə qapınızı nələr edəcəyiniz mənim üçün maraqlıdır?...
Bilirəm belə şərəfli bir qonağa açacağınız ən gözəl otağınızı ONA açacaqsınız, bütün yeməklərin ən yaxşısını ona verəcəksiniz ....
Və inandırmağa çalışacaqsınız ki, O, evinizdə görüb xoşbəxtlik duyacağınız ən sevimli qonağınızdır. Həqiqətən də evinizdə ONA xidmət etməkdən ləzzət və həzz alacaqsınız…
Davamı...
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
2 - Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
3 - Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?
Davamı...
Sual: Qul dua etdiyi zaman ya Allah ya Rəhman" deməyəcək deyən bir kimsə haqqında soruşulmuşdur?
Cavab: Həmd Allaha məxsusdur . Bir qul Rəbbinə dua etdiyi zaman ya Allah, ya Rəhman deyə bilər, bu barədə müsəlmanlar arasında bir ayrılıq yoxdur. Bu islam dinində məcburi olaraq bilinməkdədir. Allah Təala: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 110) - buyurmuşdur. Davamı...
Sual: Duanı fərz namazların ardıncamı, sünnət namazların ardıncamı, yoxsa namazda təşəhhüddən sonramı etməliyik.
Cavab: Peyğəmbərin (s.ə.s) yerinə yetirdiyi və əmr etdiyi sünnət salamdan əvvəlki təşəhhüddə dua etməkdir. Səhih bir hədisdə təşəhhüddən sonra Peyğəmbərimiz (s.ə.s): “Allahumma inni əuzu bikə min əzabi cəhənnəm. Va əuzu bikə min azabil qəbr. Va əuzu bikə min fitnətil məhya vəl məmat – Allahım! Cəhənnəm əzabından sənə sığınıram. Qəbir əzabından sənə sığınıram. Həyatın və ölümün fitnəsindən də sənə sığınıram” (Kitəbu-s-sünnə və-l bidə) – dediyi sabit olmuşdur.
Davamı...
Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) “Kim mənə bir dəfə salavat oxuyarsa, Allah ona on dəfə salat edər. Kim mənə on dəfə salavat edərsə, Allah ona yüz dəfə salat edər. Kim mənə yüz dəfə salavat oxuyarsa Allah ona min dəfə salat edər. Mənə salavat oxumayan kimsə Cənnətə girsə belə onun qəlbində peşmanlıq olar” hədisi haqqındadır. Bir qul Məhəmməd peyğəmbərə (s.ə.s) salavat oxuduğu zaman Allah ona salavat (xeyir-dua vermək) edərmi, etməzmi?
Cavab: Allaha həmd olsun, səhih bir hədisdə peyğəmbərdən (s.ə.s) onun belə buyurduğu sabit olmuşdur: “Kim mənə bir dəfə salavat oxuyarsa Allah ona on dəfə salam-dua edər (Kitab-üz-zikr və-d dua). Sünəndə Peyğəmbərdən belə buyurduğu rəvayət edilmişdir: “Bir toplum bir məclisdə bir yerə gəlib, orada Allahı zikr etməzlərsə, mənə salavat oxumazlarsa qiyamət günü bu onlar üçün peşmanlıq olar”. Allah təala biz müsəlmanları bu cür qəflətdən qorusun.
Davamı...