Allaha həmd olsun ki, bizə mərhəmət edərək, günahlarımızdan təmizlənmək üçün Ramazan ayı kimi fürsət yaradıb. Həqiqətən, bu ay aylar arasında çox böyük və əhəmiyyətli yer tutur. Allah təala belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) müttəqilərdən olasınız!” (əl-Bəqərə, 183).
Davamı...
Üzümüzə müqəddəs Ramazan ayı gəlir. Bizim kimi bütün islam dünyası da Ramazan ayının gəlişindən xəbərdardır. Kimlərsə onu səbirsizliklə gözləyir, kimlərinsə də heç gəlib-yetişənə qədər Ramazandan xəbəri olmur.
Ramazan ayı Allahın əsl qulları üçün bir fürsətdir. Bu, Allaha yaxınlaşmaq və ibadətlərin qarşılığında daha yüksək savab əldə etmək fürsətidir. Ona görə də bu ayda Allahın rəhməti, məğfirəti, lütfü və bərəkəti itaətkar qullarının üzərində olur və Allah Ona yaxınlaşdıran yolları qullarına daha da asanlaşdırır. Məhz Ramazan ayında Allahın əmrilə ən pis və lənətlənmiş şeytanlar qandallanır, Cəhənnəmin qapıları bağlanır və Cənnətin qapıları açılır.
Davamı...

«500-dən çox insanın toplaşdığı zaman məscidə əl bombası atılırsa, bunun tək hədəfi Qamət Süleyman ola bilməz»
- Burada hədəf İslam təbliği və sabitliyin pozulmasıdır və belə bir qanlı olayın iki-üç nəfərlik başıpozuq bir qrup tərəfindən planlaşdırılıb-həyata keçirilməsinə inanmıram. Bu terror əməliyyatında Azərbaycanın sabitliyini istəməyən xarici qüvvələrin əlinin olması ehtimalı daha yüksəkdir.
- Yaralı, üstüm-başım qan içində və təkbaşına üz tutduğum 5 saylı xəstəxanada bildirdilər ki, cərrah əməliyyatdadır və sizə yardım edə bilmərik.
Davamı...
Saxlanılan şəxs Astara rayon sakinidir və onun adı hələlik açıqlanmır
Bakının Nərimanov rayonundakı Əbu-Bəkr məscidini partlatmaqda şübhəli bilinən şəxs saxlanılıb. «Trend» agentliyinin məlumatına görə, saxlanılan şəxs Astara rayon sakinidir və onun adı hələlik açıqlanmır. Bununla belə, hadisənin həmin şəxs tərəfindən törədildiyini sübuta yetirən kifayət qədər dəlil yoxdur.
Davamı...
Əgər bir gün Peyğəmbər Əfəndimiz (s.ə.v) ziyarətinizə gəlsə yalnız bir neçə günlüyünə, birdən döysə qapınızı nələr edəcəyiniz mənim üçün maraqlıdır?...
Bilirəm belə şərəfli bir qonağa açacağınız ən gözəl otağınızı ONA açacaqsınız, bütün yeməklərin ən yaxşısını ona verəcəksiniz ....
Və inandırmağa çalışacaqsınız ki, O, evinizdə görüb xoşbəxtlik duyacağınız ən sevimli qonağınızdır. Həqiqətən də evinizdə ONA xidmət etməkdən ləzzət və həzz alacaqsınız…
Davamı...
2005 - ci ildə İranın prezident aparatı iclas keçirəndə Əhmədinijadın birinci müavini Pərviz Davudi belə bir təklif vermişdi ki, necə ki, nazirlərlə Əhmədnijadın arasında müqavilə yazılıb, onlarla İmam Zamanın arasında da müqavilə yazılmalıdı. Fərz edin, evdən çıxıb yolla gedəndə ayağınızın baş barmağı daşa dəyir. Gecələr bayquşun ulamasın eşidirsiniz və ya dəfələrlə müəyyən yuxunu görürsünüz. Bu hadisələr dünyanın inkişaf tapmış ölkələrində yaşayan insanlara adi və gündəlik hadisələr hesab olunur. Amma Afrikada və hətta, Asiyada yerləşən bəzi ölkələrdə bu hadisələr qeyb aləmindən və ya başqa sözlə tanınmamış güclər tərəfindən göndərilən əlamətlər sayılır. O kəs ki, bu əlamətləri görür bir pis və ya yaxşı hadisə ilə üzbəüz olacağına inanır. Bu da ondan asılıdır ki, bu əlamətləri necə izah edələr. Misal üçün, Azərbaycanda gecələr bayquşun naləsin eşitmək, onu göstərir ki, çox yaxın zamanda hansısa bir pis hadisə baş verəcək. Alimlərin nəzərinə görə, bu cür gündəlik hadisələr, misal üçün, ayağın daşa dəyməsi, müəyyən yuxunu təkrar görmək, gecələr bayquş naləsin eşitmək və s. qeyri - adi qüvvələrdən bir əlamət kimi görmə xürafat adlanır və bu xurafata inananlar xurafatçı sayılırlar.
"Xurafat" -- batil rəyə deyilir və heç bir elmi əsası yoxdur.
Davamı...
Sual: Qul dua etdiyi zaman ya Allah ya Rəhman" deməyəcək deyən bir kimsə haqqında soruşulmuşdur?
Cavab: Həmd Allaha məxsusdur . Bir qul Rəbbinə dua etdiyi zaman ya Allah, ya Rəhman deyə bilər, bu barədə müsəlmanlar arasında bir ayrılıq yoxdur. Bu islam dinində məcburi olaraq bilinməkdədir. Allah Təala: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 110) - buyurmuşdur. Davamı...
Sual: Duanı fərz namazların ardıncamı, sünnət namazların ardıncamı, yoxsa namazda təşəhhüddən sonramı etməliyik.
Cavab: Peyğəmbərin (s.ə.s) yerinə yetirdiyi və əmr etdiyi sünnət salamdan əvvəlki təşəhhüddə dua etməkdir. Səhih bir hədisdə təşəhhüddən sonra Peyğəmbərimiz (s.ə.s): “Allahumma inni əuzu bikə min əzabi cəhənnəm. Va əuzu bikə min azabil qəbr. Va əuzu bikə min fitnətil məhya vəl məmat – Allahım! Cəhənnəm əzabından sənə sığınıram. Qəbir əzabından sənə sığınıram. Həyatın və ölümün fitnəsindən də sənə sığınıram” (Kitəbu-s-sünnə və-l bidə) – dediyi sabit olmuşdur.
Davamı...
Biz həmişə Peyğəmbərə salavat gətirəndə “Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd” deyirik. Yəni, “Allahım Məhəmmədə və Məhəmmədin ailəsinə salam olsun!” deyirik. Bu cür salamı, salavatı digər başqa bir kimsəyə oxumaq olarmı, bu doğrudurmu?
Cavab: Həmd Allaha məxsusdur. Alimlər Peyğəmbərdən (s.ə.s) başqa digər bir kimsəyə ayrıca olaraq salavat oxumaq haqqında iki qövl üzərində ixtilaf etmişlər. Birinci qövl (söz) bunun qadağan olunmasıdır. Bu qövl İmam Malik, İmam Şafiidən nəql edilmiş olub, Əbu əl-Bərəkatın tərcih etdiyi görüşdür. Davamı...
ƏVVƏLİ VAR
Cümə namazının fəziləti
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (əs) dedi: “Cənabət qüslü kimi qüsl edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz,beşinci saatında gedən isə bir yumurta qurban vermiş (sədəqə vermiş) kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər”. (Buxari 881, Müslim 1961)Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (əs) dedi: “Hər kəs beş namaz, cümə ilə cümə, ramazanla ramazan arası böyük günahlardan çəkinərsə kiçik günahları bağışlanar”. (Müslim 233)
Ramil, "Cümə namazı" kitabından seçmədir. Həmin kitabı tam olaraq yükləyə bilərsiniz. Allah təala faydalı etsin. Amin!
Məqalə şəklində ardını davamında oxuyun. Hər cümə hissə-hissə təqdim olunacaq.
Davamı...
Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) “Kim mənə bir dəfə salavat oxuyarsa, Allah ona on dəfə salat edər. Kim mənə on dəfə salavat edərsə, Allah ona yüz dəfə salat edər. Kim mənə yüz dəfə salavat oxuyarsa Allah ona min dəfə salat edər. Mənə salavat oxumayan kimsə Cənnətə girsə belə onun qəlbində peşmanlıq olar” hədisi haqqındadır. Bir qul Məhəmməd peyğəmbərə (s.ə.s) salavat oxuduğu zaman Allah ona salavat (xeyir-dua vermək) edərmi, etməzmi?
Cavab: Allaha həmd olsun, səhih bir hədisdə peyğəmbərdən (s.ə.s) onun belə buyurduğu sabit olmuşdur: “Kim mənə bir dəfə salavat oxuyarsa Allah ona on dəfə salam-dua edər (Kitab-üz-zikr və-d dua). Sünəndə Peyğəmbərdən belə buyurduğu rəvayət edilmişdir: “Bir toplum bir məclisdə bir yerə gəlib, orada Allahı zikr etməzlərsə, mənə salavat oxumazlarsa qiyamət günü bu onlar üçün peşmanlıq olar”. Allah təala biz müsəlmanları bu cür qəflətdən qorusun.
Davamı...