NAMİQ ZEYNƏDDİN (YENİ ÇAĞ)
İLAHİYYATÇI
İlham Əliyev öz əməlləri ilə Heydər Əliyevin davamçısı olduğunu sübut etdi. Ölkəmiz iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilir
İqtisadi cəhətdən qüdrətlənən ölkəmiz artıq regionun ən aparıcı dövlətlərindən birinə çevrilib. Hər bir ölkənin qüdrətlənməsində həmin ölkənin başçısının müstəsna xidmətləri var. Yaxşı dövlət başçısı ölkə, xalq üçün həmişə qiymətli tapıntı sayılıb, cəmiyyətin inkişafını təmin edən meyil və təmayülləri stimullaşdıran fenomenal qüvvə kimi çıxış edib. Bu mənada Azərbaycanın bəxti gətirib. Bu gün ulu öndərimiz Heydər Əliyevin adı yeni dünya siyasətinin bütöv bir epoxasını təşkil etmiş siyasət titanlarının adları ilə bir cərgədə çəkilir. O insan, o lider xoşbəxtdir ki, öz varisinə layiqli miras qoya bilir. Bu mənada Heydər Əliyev ziyasını, dövlətşünaslığını, vətənkeşliyini, bütövlükdə bu fitri genoloji xətti, nadir fenomeni daşımağa qadir yeganə şəxsin - cənab İlham Əliyevin ulu öndərimizi hakimiyyət sükanında əvəzləməsi, heç şübhəsiz, Azərbaycanın, Azərbaycan xalqının qazancıdır. Heydər Əliyev öz böyük əməlləri ilə ölkəmizin qüdrətlənməsində müstəsna xidmətlər göstərdi. Artıq ölkəmiz ərazidə ən inkişafda olan ölkələrdən biridir.
Salam, çox hörmətli prezidentimiz! Ali Baş Komandan. Cənab İlham Əliyev! Biz Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzunu olaraq, xalqın universitetlərdə oxudub ali təhsil verdiyi gənclər olaraq, AMEA-nın gənc alimləri olaraq sizə müraciət edirik. Biz, dövlətin nümayəndələriyik. Bizim qarşımızda siz varsınız. Siz bizə qol-qanad kimisiniz! Biz sizin sayənizdə bu xalqın içərisində yaşayırıq. Biz sizin daxili və xarici siyasətinizə hörmətlə yanaşırıq. Biz oxuduq. Tam şəkildə dini təhsil aldıq. Azərbaycanda bu gün həqiqətən də dini cəhətdən müəyyən nöqsanlar var. Biz bir İlahiyyatçı olaraq bu nöqsanları aradan qaldırmalıyıq. Biz bunun üçün yetişdik. Dövlət bizə buna görə dini təhsil verdi. Bu məsələ ciddi məsələdir. Sizin öndərliyinizlə biz İlahiyyatçılar bu məsələni yoluna qoymalıyıq. Davamı...
Salam, hörmətli Ali Baş Komandan. Cənab İlham Əliyev! Sizə xalqın içərisindən çıxan və xalqın içərisində olan bir insan kimi yazıram. Niyyətim dünyəvi mal yığmaq və ya nəyəsə müəyyən bir xeyirə nail olmaq deyil. Niyyətim tamahkarlıq deyil. Niyyətim sizin daxili və ya xarici siyasətinizə qarışmaq deyil. Allah məni bağışlasın. Bəzən biz insanlar həqiqətən də fikrimizi və sözümüzü yazanda və ya qarşımızdakına deyəndə niyyətimizi gizlədirik. Bəzən elə olur ki, qarşımızdakına, həmdə o adam müəyyən nüfuza malik olanda özümüzü elə təqdim etmək istəyirik ki, guya daxilimizdəki hər bir niyyəti açıb ortaya qoyuruq. Davamı...
|
|
| Islam, Haqq Din |
| Bu qrupa daxil ol! |

|
|
| Подпишитесь на Islam, Haqq Din |
| Перейти в эту группу |