İbn Əbu Şeybə və İmam Əhməd... Həsəndən rəvayət edirlər ki, Allah Adəm və zürriyyətini yaratdığı vaxt mələklər: “Yer bunları saxlaya bilməz” dedilər. Allah təala onlara belə cavab verdi: “Mən onların içinə ölümü göndərəcəm”. Mələklər dedilər: “Onda həyat onlara xoş gəlməyəcək”. Allah təala belə cavab verdi: “Mən onların qəlblərinə əməl yerləşdirəcəyəm”. Əbu Nueym “Hilye” kitabında Mücahiddən belə rəvayət edir: “Adəm (ə.s) yerə endiyi vaxt Rəbbi ona belə dedi: “Yıxılmaq üçün düzəlt, ölmək üçün doğur”.






